ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Əsəd Əliyev 
 
 
46 
“baldız”, qardaşı arvadına isə “elti” deyirdi. Qızın valideynləri 
oğlana “kürəkən”, qardaşı isə “yeznə” deyə müraciət edirdi. 
Maddi durumu  babat olan ail
ələr bəlgədən bir ay, bir ay 
yarım sonra “nişan” mərasimi keçirərdilər. Nişan mərasimində 
“oğlan  evi  qohum-qardaşı,  qonşuları,  qismən də  daha  yaxın 
h
əmkəndliləri evə  dəvət edib, müəyyən  edilmiş  bir  gündə  qız 
evin
ə  nişan  aparılmasını  agah  edərdi. Bu o demək idi ki
qohumlar,  qonşular  da  nişana  hazırlıq  görməli,  daha  yaxınlar 
is
ə  hətta “xonça” bəzəməli idilər” (12,92).  Adı  çəkilən 
m
ərasimdə  hər iki tərəfdən 60-70 nəfərə  yaxın  adam  iştirak 
ed
ərdi. Nişan  günü  qıza  “qaşlı  üzük”,  “sırğa”,  “bilərzik”, 
“boyunbağı”,  “pal-paltar”, eləcə  də  mer-meyvə  və  şirniyyat 
dolu xonçalar g
ətirirdilər.  Ayaqqabı  “darlıq”,  “sıxıntılıq” 
nişanəsi kimi yozulduğundan,  qıza  ayaqqabı  və  ya çəkmə 
aparmazdılar.  Yuxuda  ayaqqabı,  çəkmə  geyinməyi də  yaxşı 
əlamət saymırdılar. 
Qeyd ed
ək  ki,  qıza  aparılan  üzüklər içərisində  nişan 
üzüyü öz formasına görə fərqlənirdi. Belə ki, “nişan üzüyünün 
altı düz, üstü isə qabarıq formada, həm də nisbətən qalın və ağır 
olurdu. El arasında nişan üzüyü məhəbbət rəmzi, mənəvi mehr 
v
ə  bağlılıq  simvolu  kimi  qiymətləndirilirdi.  Nişan  üzüyü  sol 
əlin “gəlin barmağı”na taxılırdı” (59,98). Buna bəzən “nişan”, 
yaxud “x
əzinə barmağı” da deyilirdi. 
Üzük bar
ədə  belə  bir rəvayət mövcuddur:  “Deyilənə 
gör
ə  ilk dəfə  barmağa  üzük  taxan  Cəmşid  olmuşdu  (Cəmşid-
q
ədim  İran  tarixində  Pişdadilər sülaləsinin  dördüncü  padşahı 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
47 
sayılır).  Bir  dəfə  ondan  soruşurlar:  -Nə  üçün zinəti sola 
veribsiniz, halbuki f
əzilətdə  sağ  ondan  üstündür.  O,  deyir:  - 
Sağa sağlığın özü böyük zinətdir” (75,269). 
Nişan günü qız evində kəsiləcək 3-4 baş erkəyi (və ya 
qoçu),  istifad
ə  ediləcək  ərzaq  və  tərəvəz  (acılıq  hesab edilən 
soğandan  başqa)  məhsulunu  oğlan  evi  verərdi.    Qız  evinə 
gönd
ərilən erkəklərin  buynuzuna  qırmızı  kəlağayı  bağlayar, 
boynundan is
ə ipə düzülmüş şirniyyatlar asardılar. Bunları qız 
evin
ə aparan oğlan adamına qızgilin ailəsi pul, yun corab və ya 
cib d
əsmalı hədiyyə edirdi. 
Nişandan bir müddət sonra qız evi “nişan qabı”nı geri-
oğlan  evinə  qaytarırdı.  Buna  xalq  arasında  “qabaqqaytarma” 
deyirdil
ər. Nişan qablarının biri kürəkən, biri ailədə olan digər 
kişilər, o birisi isə qız və qadınlar üçün bəzədilərdi. Kürəkənin 
adına  bəzədilən xonçaya ona məxsus cürbəcür hədiyyələr, 
kişilərə  köynək,  corab,  yaylıq,  qadınlara  isə  müxtəlif rəngli 
donluq parçalar v
ə  baş  şalı  qoyurdular.  Boş  qalan  qablara isə 
“qatdama”  v
ə  şirniyyat  məmulatları  yığırdılar.  Qabaqqaytar-
ma
da yalnız qadınlar iştirak edirdi.  
M
əqamı  düşmüşkən bir məsələni də  açıqlamağı  vacib 
sayırıq.  Belə  ki,  50-60 il bundan öncə  oğlanın  və  qızın  öz 
b
əlgə-nişan-toy mərasimində iştirakı yasaq sayılsa da, artıq bu 
qadağalar  əhəmiyyətini  itirmişdir.  İndi  bəy və  gəlin onlarla 
bağlı bütün tədbirlərdə iştirak edirlər. Hazırda əksər kəndlərdə 
nişan mərasimindən sonra oğlanı dost-tanışlarıyla birgə qonaq 


Əsəd Əliyev 
 
 
48 
çağırmaq adəti mövcuddur. Xalq arasında bu, “bəyin qayınata 
evin
ə ayaqaçdı” mərasimi adlanır. 
T
ədqiq etdiyimiz bölgələrdə qızları 15-16, bəzən isə 13-
14 
yaşlarında  nişanlayırdılar  (məs:  Qarayazı  bölgəsinin 
Muğanlı  kəndindən olan Minəxanım  (1925-ci  il)  ağtəhləli 
Xan
əhməd  Əlləz  oğluna  nişanlananda  13  yaşı  varmış). 
N
işandan sonra qız 1-2 il öz atası evində qalırdı. Bu, hər şeydən 
əvvəl,  oğlan  evinin  maddi  durumunun  məhdudluğu  ilə  bağlı 
olurdu.  H
ətta  nişanlılıq  dövrü  3-4 il çəkənlər də  az deyildi. 
H
əmin ərəfədə hər bayram günü oğlan evindən qızgilə müxtəlif 
çeşidli  şirniyyat,  qoz-fındıq, qatdama  dolu xonçalar və 
buynuzuna q
ırmızı lent bağlanmış quzu göndərilərdi. Şübhəsiz 
ki, burada qıza məxsus digər hədiyyələr də olurdu. H.Sarabski 
yazırdı  ki,  yay,  bahar,  payız  dönüşü,  Novruz  bayramında  qız 
üçün  bayram x
ələti, nübar meyvə,  yemiş,  habelə, Qurban 
bayramında  qoyun  alıb  göndərərdilər.  Oğlan  evinin  borcu  idi 
ki, qız nə qədər atası evindədir, onun paltarlarını alıb göndərsin 
(69,100). 
Topladığımız  etnoqrafik-çöl  materialları  göstərir ki, 
oğlanın  nişanlısı  ilə  görüşü  nişandan  sonra  mümkün  idi.  Bu 
görüş həm oğlan tərəfdən bir qadının, həm də qızın xalasının və 
ya anasının vasitəçiliyi ilə baş tutardı. Təşkil edilən gizli görüş-
d
ən qızın atasının, qardaşının, eləcə də digər kişi qohumlarının 
x
əbəri olmazdı. 
Nişanlılıq müddətində oğlanın böyük bacısı, bibisi və ya 
xa
lası qızın anasının razılığı ilə onu yaxın qohumların nişanına, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
49 
toyu
na  aparardı.  Oğlanın  qardaşı, yaxud digər qohumu  qızın 
könlü ç
əkən havanı çaldıraraq onu oynadar və əlinə çoxlu şabaş 
ver
ərdi.  Bu cür hallar gəlinə  olan hörmətin, onu qiymətlən-
dirm
ənin  əlaməti kimi dəyərləndirilirdi.  Qohum-əqrəbanın 
toyunda 
oğlan  adamları  tərəfindən  çıxarılıb  oynadılmayan 
nişanlı  qıza  el içərisində  “indidən  bunu  saymırlar,  gəlin 
köç
əndən sonra nə qiymət qoyacaqlar”- deyərdilər.   
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  nişandan  xeyli  müddət 
ötdükd
ən sonra toya hazırlıq 
m
ərhələsi başlanardı. 
 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə