ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

Əsəd Əliyev 
 
 
54 
toplayardılar. Nəmər əsasən pul və ev əşyalarından ibarət olurdu 
ki, bu da qıza çatırdı. 
Toy m
ərasimi kiçicik fərqlərlə Borçalının Təkəli, Böyük-
Muğanlı,  Keşəli,  Kosalı,  Görarxı,  Alget,  İlməzli,  Yuxarı  və 
Aşağı  Saral,  Mameyi,  Seyidxocalı,  Sadaxlı,  Dəmyə-Görarxı, 
İmir,  Qaçağan,  Qullar,  Qızılhacılı,  Kəpənəkçi,  Qasımlı, 
Hallavar,  Baytallı  ;  Bolusun    Saraclı,  Darvaz,  Qoçulu,  Arıxlı, 
Faxralı, Bala-Muğanlı, Bəytəkər, Dəllər, Kolagir, Sisqala, Zol-
Göy
əc, Hasanxocalı, Daşdıoğullar; Başkeçidin Hamamlı, Aşağı 
v
ə  Yuxarı  Oruzman,  Aşağı  və  Yuxarı  Qarabulaq,  Gəyliyən, 
Qızılhacılı,  Armudlu,  Şindilər, Baxcalar,  Dağ-Arıxlı,  Qamışlı, 
Q
əmərli, Lök-Candar,  Saca,  Qızılkilsə,  Örmeşən,  Yırğançay; 
Qarayazının Ağtəhlə, Qaratəhlə, Qaracalar, Soğanlıq, Muğanlı, 
Birlik, T
əzəkənd, Kəpənəkçi,  Kosalı,  Nəzərli, Candar, 
Ulyanovka-
Vayovka;  Qaraçöpün  Qarabağlı,  Düzəyrəm, 
L
əmbəli, Keşəli, Muğanlı, Tüllər, Qazlar; Laqodexin Qaracalar, 
Qabal;  Kaspinin  Ferma,  Tatuşağı  (Sakadaqiano),  Çəngilər; 
Telavın  Qaracalar; Muxran çökəyinin Çömbərli (Sixizdziri) 
k
əndlərində, o cümlədən soydaşlarımız yaşayan digər qəsəbə və 
şəhərlərdə aşağıdakı kimi keçirilərdi: 
Toyun ilk günü oğlan evinə iki aşıq dəvət olunardı. Birinci 
v
ə  ikinci gecə  onlar  dastan  danışır  və  müxtəlif  havaları  sazda 
çalıb–oxuyurdular.  Məhz bu gecələrə  xalq  arasında  “dastan 
gec
əsi” və ya “qonaqlıq” deyərdilər. Məclis əhli ilk gecəni çayla 
keçins
ələr də, ikinci və “nəmər gecəsi” adlanan üçüncü gecədə 
(b
əzi kəndlərdə  oğlan  evində  toy  iki  gün  olardı,  1-ci gün 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
55 
“qonaqlıq”,  2-ci gün isə  “mağar”  adlanardı)  onlara yemək 
paylanardı.  Birinci  və  ikinci  gecələrdə  olduğu  kimi,  üçüncü 
gec
ədə  də  aşıqlar  axşam  saat  7-8 radələrindən gecə  saat 3-4-ə 
q
ədər çalıb-oxuyar, dastan söyləyər və şahidi olduqları maraqlı 
əhvalatlar  danışardılar. Müəyyən  vaxtdan  sonra  “toybaşı” 
aşıqlara işarə edərdi ki, nəmər yığmağın vaxtıdı, nəmər yığılana 
kimi onlar  dinc
əlsinlər. Toybaşının işarəsi ilə aşıqlar saza-sözə 
ara ver
ərdilər. Sonra toybaşının qabaqcadan təyin etdiyi bir şəxs 
əlində sini və ya balaca taxta çamadan məclisə daxil olardı. Bu 
sini v
ə ya çamadana xalq arasında “nəmər sinisi”, yaxud “nəmər 
çamadanı” deyərdilər. Nəmər puldan ibarət idi. Pul yığan şəxs 
hamının  eşidəcəyi tərzdə  pul verənin  adını  çəkər, onun da 
ail
əsində belə toy  günü  olmasını arzulayardı  (məs: filankəs 10 
manat, oğlu sağ olsun, onun da oğlunun və ya nəvəsinin toyuna 
yığışaq).  Nəmər  yığıldıqdan  sonra məclis üzvlərinə  yemək 
verilirdi. T
əkcə kişilərin iştirak etdiyi belə toylar-aşıq məclisləri 
çox t
əmtəraqlı,  yaxından-uzaqdan qonaq-qaralı  olmağı  ilə 
s
əciyyələnirdi.  Bu  baxımdan  tədqiq etdiyimiz dövrün toy 
m
əclisinin mənzərəsini  dolğunluğu  ilə  əks etdirən,  Bolusun 
Arıxlı  kəndindən  olan  Uzunbaşoğlu  Məhəmmədin  qardaşı 
N
əsibin  toyunun  şair  Nəbi tərəfindən tərif və  təsviri yer alan 
aşağıdakı  şeir  nümunəsi  (şeiri  ixtisarla  veririk-  Ə.Ə.) 
diqq
ətəlayiqdir: 


Əsəd Əliyev 
 
 
56 
H
ər şenlikdən adam gəldi, 
K
əpənəkçiynən, Faxralı. 
Mol
la Hacı əvvəlindən, 
Dolanıbdı qeyrət yolu. 
D
əli Nəsib, Molla İsə, 
R
əis idi Təhməzqulu. 
Hat
əmi dövran verdilər, 
 X
əzələ saydılar pulu. 
Haqverdiyn
ən, Saraclı Qurban, 
Ayvazınan, İsmayılı. 
Mahmudnan, Molla Namaz
 
Münasibdi İmirzalı. 
 
İsə kişiynən, Rustam ağa. 
Astannan, Bayramalı, 
Hansı məclisə girəndə, 
Cibl
ərinə düşmən əli. 
H
ər şair bir söz deyər, 
T
ərifi dastana düşər. 
Qızılhacılı Almaz ağa, 
Yanında Cöyüroğlu Qara. 
 Haqq özü k
ərəmindən, 
 
Xoş nəzər salıb onlara. 
Aslan ağa sərrafıdı, 
Qiym
ət qoyur ləl-gövhərə. 
İsrafıl ağanın murazı, 
 
Qılınc ağası Heydərə. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
57 
Süleyman ağanı sevmişəm, 
T
əhlədən məşədi Əsgər, 
Nişan saldı bu diyara. 
Dil
əmişəm o kimsədən, 
M
əhşərdə yanmasın nara. 
O vergid
ə insan olmaz, 
Qulaq verir mahallara. 
S
əxavətdə qəhrəmandı, 
C
ənnəti-Rizvana düşər. 
Uzun
başoğlu bir toy elədi
Siz bilin xublar 
əlası. 
Gör
ənlər mətəl qaldılar, 
Verildi xeyir-
duvası. 
Doğruluqda belə xərcə, 
Dayanmaz Qarsın qalası. 
Yağılcada yatağı var, 
Sürüdaşda mal binəsi. 
Yaxınlara vəsv elədim, 
Uzaxlara çatsın səsi. 
İstambula xəbər getsin, 
Eşitsin İran ölkəsi. 
M
əclisin mətanəti, 
 Moyroy Quludu yezn
əsi, 
B
əylərdə Səməd ağa, 
Onun var açıq süfrəsi, 
S
ədrəddin layiq olub


Əsəd Əliyev 
 
 
58 
Bir mahalın qlavası. 
Ç
əkisində ağır gəldi, 
Muğanlı Hüseyn kirvəsi. 
Şair Nəbi yaxşı deyir, 
Aşıq Hasan müxəmməsi. 
Sığalda naxışkardı, 
 O gövh
əri-kana düşər (11,106-107
). 
 
Etnoqrafik v
ə  ədəbiyyat  materiallarından  aydın  olur  ki, 
araşdırdığımız  bölgələrin  toylarında  saz-söz məclisini  “Xəstə 
H
əsən, Aşıq Şenlik, Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost 
Pirm
əmməd,  Aşıq  İbrahim,  Şair  Nəbi,  Qul  Allahqulu,  Şair 
Ağacan,  Aşıq  Sadıq,  Sarvan  Bayram,  Xındı  Məmməd” (11,3), 
Aşıq Cəfər, Dədə Ələsgər, Aşıq Talıb, Aşıq Əsəd, Aşıq Nəcəf, 
Aşıq  Mirzə, Dədə  Əmrah,  Şair  Novruz  Təhləli,  Şair 
Qulammirz
ə,  Aşıq  Əsgər,  Hüseyn  Saraclı,  qaraçöplü  Aşıq 
Musa, 
Aşıq  Kamandar,  Aşıq  Əlixan  Qarayazılı,  Aşıq  Aslan 
Kosalı,  Aşıq  Əsəbəli,  Əhməd  Sadaxlı,  Məhəmməd  Sadaxlı, 
Aşıq Nurəddin, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Ədalət, Aşıq 
Xanlar, 
Aşıq  Taharmirzə,  Aşıq  Məşədi,  Aşıq  Teymur,  Aşıq 
M
əhəmmədəli və s. kimi adlı-sanlı sənətkarlar aparardılar.  
N
əmər gecəsinin səhərisi  meydan  çalğıçı  dəstəsinə 
veril
ərdi. Dəstə üç nəfərdən- iki zurnaçı və bir nağara vurandan 
ibar
ət olurdu. Zurnaçının biri müəyyən el havasını çalır, digəri 
is
ə  züy tuturdu. Nağara  vuran  isə  zurnada  çalınan  havaların 
ah
ənginə  uyğun  olaraq  kiçik  ağac  alətlərlə  nağaranı  döyürdü. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə