Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Metagenez də iki mərhələ ayrılır



Yüklə 0,62 Mb.
səhifə17/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
Lito konspekt

Metagenez də iki mərhələ ayrılır:
İlkin mərhələ - 7000 – 8000m H – da, 200 – 3000 C T – da, 180 MPa təzyiqdə ( 2000 – 3000 kq/sm3 ) baş verir. Bura kvarsvarı qumdaşları gil şistləri təkrar kristallaşmış əhəngdaşları, daş kömür və antrasitin olması səciyyədir. Məsaməlik 2 – 4 %.
Son və dərin metagenez mərhələsi – 3000 C dən artıq T – da, 9 – 10 km – dən artıq dərinlikdə, və 270 Mpa – dan çox təzyiqdə baş verir. Bu zona üçün kvarsit, qumdaşları və kvarsitlər aspitli şistlər, antrasitlər, qrafitləşmiş antrasitlər ,mərmərləşmiş əhəngdaşları xarakterdir. Metamorfik süxurların xarakter strukturları şistli, zolaqlı stilolitli və.s olur məsaməlik 1 -2 % olur. Flüidlərin hərəkəti ancaq çatlar üzrə və ya diffuziya yolu ilə mümkündür. Sıxlaşma dərəcəsi yüksəkdir. ( Kб= 0.98 – 1 ). Üzvi maddələrdə qrafit halına qədər dəyişmə səciyyəvidir.

9.Hipergenez (aşınma) prosesi haqqında məlumat


Hipergenez və ya aşınma mərhələsi müxtəlif xarici faktorlar təsiri ilə yer səthindən süxurların mexaniki və kimyəvi aşınması proseslərindən ibarətdir.


Bu mərhələ çökmə süxurlarda digər süxurlara nisbətən, fərqli baş verir, bunun da səbəbi süxurun mineral tərkibi, quruluşu və fiziki xassələrindəki fərqlər hesab olunur. Hipergenez zonasının qalınlığı qrunt sularının nüfuz etmə dərinliyinə görə müəyyənləşdirilir. Bu zaman relyefin, süxurların tərkibi və xüsusiyyətlərinin, strukturu və iqlim şəraitinin rolu əhəmiyyətlidir. Hipergenez mərhələsində termobarik şəraitlərdə aşınma fəal gedir. Lakin sırf çökmə süxurlarda bu mərhələ üçün oksidləşmə, bərpa, hidrotasiya, hidroliz, həll olma və kation mübadiləsinin olması xarakterdir. Bu qeyd etdiyimiz faktorların müxtəlif qarışığından asılı olaraq, hipergenez müxtəlif istiqamətdə baş verə bilər. Hətta oxşar şəraitlərdə hipergenz reaksiyaların məhsulları eyni olmur.
Sürətlə qalxan və yüksək parçalanmış relyefli rayonlarda aşınma qabığının formalaşmasına sürətli yuyulma (denudasiya) mane olur.
Beləliklə, kimyəvi aşınmanın inkişafı və qalın aşınma qabığının yaranması üçün tektonik hərəkətlərin müəyyən rejiminin olması lazımdır, yəni ərazinin zəif qalxması və stabil (sabit) vəziyyətdə olması lazımdır.
Aşınma proseslərinin tədricən inkişaf edir və bir sıra stadiya və ya mərhələlərdən keçir. Aşınma prosesinin mərhələli olması aşınma qabığının zonallığını şərtləndirir. Müasir və qədim aşınma qabıqlarının öyrənilməsi göstərir ki, zonallıq yaxşı əks olunub.

***
1.Çökmə süxurların struktur və teksturaları


Süxurların quruluşu onların tekstur və struktur əlamətlərinə görə müəyyənləşir. Çökmə süxurların tərkib hissələrinin istiqamətlənməsi, bir-biri ilə qarşılıqlı əlaqədə olmasına görə daşıdığı quruluşlara deyilir. Başqa sözlə süxuru təşkil edən dənələrin qarşılıqlı yerləşmə xüsusiyyətlərinə görə müəyyən edilən əlamətə deyilir.


Tekstura - Çökmə süxurlara xas olan teksturalar əmələgəlmə vaxtlarına, mərhələlərinə görə iki qrupa ayrılır: İlkin tekstura, sonrakı tekstura;
İlkin tekstura öz növbəsində 3(üç) qrupa ayrılır:
a) Layüstü tekstura;
b) Lay teksturası;
c) Layaltı tekstura, yaxud heroqliflər

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə