Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə18/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
Lito konspekt

Layüstü teksturalar. Bunlardan ən geniş yayılanı dalğa və axın teksturasıdır. Dalğanın, su axınının və küləyin təsirindən layların səthi, girintili və çıxıntılı olur. Hər bir agent (dalğa, su axını və külək) özünəməxsus tekstura, morfoloji xətt yaradır. Buna litologiyada valcıqlar deyilir. Axının və ya küləyin yaratdığı valcıqlar asimmetrik, dalğanın yaratdığı isə simmetrik olur. Eyni zamanda asimmetrik çıxıntının amplitudası simmetrik çıxıntıya nisbətən çox olur.
Struktura- Tərkib hissəciklərinin ölçüsü, forması və istiqamətlənməsi, bəzi hallarda isə onların kristallaşma dərəcəsini göstərən quruluşlara deyilir. Struktura əsasən mikroskopik əlamət olub gözlə əsasən çətin sezildiyindən şliflərdə öyrənilir. Qırıntı (terrigen) süxurlar qırıntı dənələrinin ölçülərinə görə 4 strukturaya ayrılır:
1.Psefit d 1mm
2.Psamit (qum) d=1-0,1mm
3.Alevrit d=0,1-0,01mm
4.Pelit d 0,01mm
Sementləşmiş süxurlarda qırıntı dənələrindən başqa sement maddəsi də iştirak edir. Belə hallarda sementin miqdarı və sementləşmənin xüsusiyyətlərinə görə aşağıdakı tiplər ayrılır:
1.Bazal-sementin miqdarı-40%
2.Məsamələri doldurma-25-40%
3.Kontakt (təmas) tip-25-15%
Sementləşmənin əmələgəlmə qaydasına görə krustifikasiya, regenerasiya və karroziya və s. strukturları ayırırlar.
Qırıntı süxurların strukturu onların tərkibindəki sement maddəsinin miqdarına, tərkibinə və sementləşməsinə sementləşmənin xüsusiyyətinə görə də dəqiqləşdirilir. Sement maddəsinin miqdarının və sementləşmənin xüsusiyyətinə görə bazal, təmas və məsamə tipli sementləşmə mövcuddur. Sement maddəsinin əmələgəlmə üsuluna görə psamit süxurlara krustifikasiya, regenerasiya və doldurulma tipli strukturlara ayrılır. Sement maddəsinin kristallaşma dərəcəsinə görə həmin süxurlar gizli kristallik poyklit, radial şüalı sementli strukturlara ayrılır.
Dərin metamorfizmə, katagenezə məruz qalmış çökmə süxurların strukturu tipik metamorfik süxurlardan az fərqlənir. Onların içərisində sement maddəsini müəyyən etmək qeyri-mümkündür. Strukturu mozaik və qranoblast olur. Metamorfizmə məruz qalmış süxurları şistli, qaymalı struktura malik olur.
2.Sementin miqdarına və sementləşmə üsuluna görə sementin strukturaları
Sementləşmiş süxurlarda qırıntı dənələrindən başqa sement maddəsi də iştirak edir. Belə hallarda sementin miqdarı və sementləşmənin xüsusiyyətlərinə görə aşağıdakı tiplər ayrılır:
1.Bazal-sementin miqdarı-40%
2.Məsamələri doldurma-25-40%
3.Kontakt (təmas) tip-25-15%
Sementləşmənin əmələgəlmə qaydasına görə krustifikasiya, regenerasiya və karroziya və s. strukturları ayırırlar.
Qırıntı süxurların strukturu onların tərkibindəki sement maddəsinin miqdarına, tərkibinə və sementləşməsinə sementləşmənin xüsusiyyətinə görə də dəqiqləşdirilir. Sement maddəsinin miqdarının və sementləşmənin xüsusiyyətinə görə bazal, təmas və məsamə tipli sementləşmə mövcuddur. Sement maddəsinin əmələgəlmə üsuluna görə psamit süxurlara krustifikasiya, regenerasiya və doldurulma tipli strukturlara ayrılır. Sement maddəsinin kristallaşma dərəcəsinə görə həmin süxurlar gizli kristallik poyklit, radial şüalı sementli strukturlara ayrılır.
Dərin metamorfizmə, katagenezə məruz qalmış çökmə süxurların strukturu tipik metamorfik süxurlardan az fərqlənir. Onların içərisində sement maddəsini müəyyən etmək qeyri mümkündür. Strukturu mozaik və qranoblast olur. Metamorfizmə məruz qalmış süxurları şistli, qaymalı struktura malik olur.

3.Alevritli süxurlar, onların xarakteristikası

Alevrit 0,1-0,01 mm ölçülü qırıntı dənədən ibarət süxurdur. Bunların sementləşmiş növü alevrit, sementləşməmiş növü isə alevrolit adlanır. Alevrit süxurun ölçüsünə görə 3 yerə bölünür:
1)iri ölçülü-0,1-0,075 mm
2)orta ölçülü-0,075-0,05 mm
3)xırda ölçülü-0,05-0,01 mm
Bu süxurun mineral tərkibində eynilə qum və qumdaşında iştirak edən minerallara rast gəlinir. Lakin davamlı mineralın miqdarı (kvars, mikalar, çöl şpatı və s.) artır və davamsız minerallar parçalanaraq məhv olur. Alevritin tərkibində müxtəlif struktur və tekstur müşahidə edilir. Löss adlanan süxur da alevrit süxuruna daxildir. Lösslərin ölçüsü 0,01-0,05 mm olur. Onların rəngi sarı, məsaməli, yüngül, qalın laylı süxurdur. Lössün tərkibində çox vaxt mexaniki qarışıq kimi qum, gil iştirak edir. Onlar əksər halda sement maddəsi kimi və ya müxtəlif formalı əhəngli konkressiyaya malik olur. Lösslər qalın laylı süxurdur. Çin respublikasında Xuanxe çayı vadisindəki lössün qalınlığı 100 m-lərlə ölçülür. Lössün yaranması haqqında müxtəlif fərziyyələr vardır. Onlardan kosmik tozun toplantısı olması, delta çay və ya eol çöküntüsü olması haqqında fərziyyələri göstərə bilərik. Ümumiyyətlə lösslər mexaniki davamsız süxurlardır və onların üzərində inşaat işi aparmaq məqsədyönlü deyil.
Alevrit qrupuna daxil olan gilcələr lösslərdən tərkibində qum və gil qarışıqlarının olması ilə seçilir. Alevrit və alevrolitin təsviri istər makroskopik, istərsə də mikroskop altında qum və qumdaşının təsviri kimi aparılır. Süxurun rəngi tərkibindəki qarışıqdan asılı olaraq müxtəlif olur. Məsələn, boz, açıq boz, qara, kərpici qırmızı, qonur, yaşıl, sarı və s.
Bunlarda qum süxuru kimi müxtəlif şəraitdə yaranır və onlardan Bunlardan ən geniş yayılanı dəniz, göl və eol növüdür. Alevrit süxurun quruluşu (struktur və teksturu), sementinin tipi və tərkibi əksər vaxt qum ilə oxşardır. Lakin alevrit üçün horizontal laylılıq xarakterikdir, bəzən çəp laylılıq da müşahidə edilir.
Alevritdə üzvi maddənin iştirakı da xarakterdir , həmçinin böyük miqdarda gil materialı, davamlı aksessor minerallar, Fe oksidi və s. iştirak edir. Aşağıdakı cədvəldə qarışıq tipli süxurun adı verilmişdir:

4.Gil süxurları və onların əsas xassələri


Bunlar çökmə süxurun içərisində ən geniş yayılmış törəmədir. Onların tərkib hissəsi gil mineralı və dispers qırıntı materialı pelit (ölçüsü 0,01 mm-dən kiçik olan hissəcik) hesab olunur. Gillərin ikinci dərəcəli kompanentinə qum və alevrit ölçülü mineral qırıntısı, CaCO3-ün, Mg və Fe-un qırıntısı, Fe-un oksidi və sulfidi, kömürləşmiş bitki qalığı və nisbətən az fosfat, sulfat və s. daxildir. Bu qarışıqların toplam miqdarı 50%-ə qədər çata bilir və ən geniş yayılmış hissəsi kalsitdir. O qırıntı süxurundakı gil materialı 50%-dən az təşkil edirsə, həmin gillər sement rolunu oynayır. Gil mineralı kimi kristallik birləşmə olub əsasən laylı silikatdan ibarət törəmədir (ölçüsü 0,001 mm-dən az olan hissəciklər). Onlar tetraedrik, oktaedrik və digər kristallik şəbəkə və ya elementar lay əmələ gətirir. Onlar da müəyyən şəkildə bir-biri ilə növbələşir. Nəticədə yaranmış struktur laylar öz arasında kation və hidroksil ilə birləşir. Tetra və oktaedrik şəbəkənin əsasını O2 təşkil edir. Hidroksil qrupu Si, Al və Mg təşkil edir. Brusit şəbəkəsini isə Mg, Fe və hidroksil qrupu əmələ gətirir. Layarası boşluğu dolduran kationlar Ca2+, Mg2+, K+ və Na+ ilə təmsil olunur. Gil mineralı tərkibi, quruluşu və xassəsinə görə 4 əsas qrupda birləşir:

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə