Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə19/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
Lito konspekt

1)Kaolinit
2)Hidromika
3)Montmorillonit (smektit)
4)Xlorit
Bunlarin adlandırılması aparıcı minerala görə verilmişdir. Bunlardan əlavə qarışıq laylı törəmə ayrılır ki, onlar bir neçə tipin struktur layından təşkil olunur. Gil mineralına həmçinin paleqorskit və speditlər də aid edilir ki, onlar laylı və zəncirli silikat arasında aralıq mövqeyi tutur.
Kaolinit-Qrupuna dikkit, nakrit, kallozazil daxildir.
Hidromika-nümayəndəsi qlaukonithidromikadır.
Montmorillonit-qrupuna montmorillonit, beydellit, volkonskilsapomit aiddir.
Xlorit-qrupuna şamozitxlorit aid edilir. Onlar öz arasında dəmirli, dəmirli-Mg-lu növə ayrılır.
5.Allitli (alüminiumlu) və dəmirli süxurlar, onların əsas növləri
Aliminiumlu süxurlar (allitlər)
Bu süxurlar Al-oksidlərinin yığımlarından təşkil olunmuş çökmə süxurlardır və onların tərkibində monohidratlar (oliaspor, bemit- AlOOH) və trihidratlar (hidroargillit-Al(OH)3) iştirak edir. Al-oksidlərinin miqdarı geniş həddə dəyişir yəni 30-50% arasındadır. Al süxurları içərisində qarışıqlar da müəyyən %-lər təşkil edir. Onlardan dəmir oksidləri (10-30% bəzən 50%), şamozit, kaolinit, Ca və MgCO3-lar, həmçinin qırıntı minerallar (kvars, çöl şpatları, muskovit, rutil) və s. iştirak edir. Al – süxurlarının əsas nümayəndələri lateritlər və boksitlərdir.
Lateritlərparlaq rəngli, əsasən qəhvəyimtil qırmızı bəzən isə bozumtul çəhrayı rəngli süxurdur. Kövrək, məsaməli, su keçirici və ya sıxlaşmış olur. Süxurların rəngi onun tərkibində dəmirin oksid formalarinin iştirakı ilə müəyyənləşir. Əsas Al – saxlayan hidroargillit hesab olunur. Lateritlər alümosilikatlarla zəngin olan isti və dəyişən mülayim iqlimə malik şəraitlərdə aşınma qabıqları formasında əmələ gəlir.
Boksitlər – Bunlar da lateritlər kimi əsasən qəhvəyimtil-qırmızı, çəhrayı-qırmızı, narıncı-qırmızı rənglərdə olur. Lakin, açıq boz, ağ və hətta qara növləri də rast gəlinir. Süxurların rəngi onun tərkibi və qarışıqların miqdarına görə müəyyən edilir. Süxurun davamlılığı sabit olmayıb, bəzən kövrək və çox sıx növlərinə rast gəlirik ki, onlar şüşəni cıza bilirlər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə