Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Dəmirli süxurlar (ferritlər)



Yüklə 0,62 Mb.
səhifə20/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Lito konspekt

Dəmirli süxurlar (ferritlər)
Dəmirli süxurlar qrupu öz tərkibində yüksək miqdarda dəmir saxlayan təbii birləşmələrdir. Burada dəmir-oksidləri (limonit, hematit), karbonat birləşmələri (siderit), sulfidlər (pirit, markozit), lekptoxloridlər (şamozit) şəklində iştirak edir. Süxurlarda dəmir mineralı ilə yanaşı bəzən çoxlu miqdarda Si – oksidi (30-40%-ə qədər ), Al – oksidi 25%-ə qədər, həmçinin, Mn, Ti, Mg, Ca, Vn, P və digər elementlər saxlayır. Dəmirli süxurların başlıca nümayəndələri qonur-dəmir, siderit və şamozit hesab ounur.
Qonur dəmirlər – Bunlar dəmir hidroksidlərinin (hetit-Fe2O3·H2O, limonit-Fe2O·nH2O) təbii qarışığından ibarətdir. Süxurun rəngi qırmızı-qonur, qırmızımtıl-qonur, narıncı, sarı rənglərdədir. Onlar xarici görünüşünə görə məsaməli, kovernoz və ya sıx massiv olub, bəzən oolitli və ya noxudvari strukturda rast gəlinir. Bu süxurlar kontinental (göl-bataqlıq) və dəniz şəraitində kalloidlərin koaquliyasiyasi nəticəsində və narın asılı hissəciklərin sonrakı çökməsi nəticəsində mexaniki-differensiasiya prinsipinə uyğun gəlir. Bundan başqa qonur dəmirlər sideritin və dəmir sulfidlərinin oksidləşməsi nəticəsində həmçinin hər hansı dəmir saxlayan süxurların aşınması hesabına və dəmirli mineralların ellüvi və ya aşınma qabıqlarında toplanması nəticəsində yaranır.
Sideritli süxurlar – Sideritli süxurları əsasən sideritdən FeCO3-dən ibarət olur. Lakin bundan əlavə çoxlu miqdarda müxtəlif qarışıqlar kvars, çöl şpatı, gil mineralı, kömürləşmiş bitki hissəciklərinin qalıqları və bir sıra digər komponentlər saxlayır. Üzvi maddələrin iştirakı ilə əlaqədar sideritlərin rəngi tünd boz, boz bəzən də qara olur. Üzvi maddə olmadıqda və ya az miqdarda iştirak etdiyi halda süxurların rəngi adətən daha açıq, açıq boz, göyümtül olur. Süxurlar Yer səthinə çıxdıqda oksidləşmə nəticəsində qonur rəngə boyanırlar. Sideritlər geoloji kəsilişdə laylar,linza, konkresiya şəklində rast gəlinir və əsasən diagenez törəmələr hesab olunur. Onlar əsasən bərpa, durğun şəraitlərdə, qələvi mühitlərdə əmələ gəlir.
Şamozitli süxurlar – Bunlar əsasən dəmir oksidlərinin alümosilikatları, şamozitindən (4FeO∙Al2O3∙3SiO2∙4H2O) və tərkibində çoxlu miqdarda gil və ya dəmir oksidi qarışıqlarından ibarət olur. Süxurların rəngi yaşılımtıl-qara, dəmir oksidləri olduğu halda isə qonuru olur. Süxurun strukturu həmçinin gizli kristallik bəzən isə oolitli və pizolitli olur. Şamozitli süxurlar durğun bərpa şəraitində həm dəniz, həm də kontinental şəraitdə yaranırlar.

6.Silisli süxurlar və onların növləri


Silsili süxurların kimyəvi tərkibi SiO2 x nH2O olan çökmə süxurlar daxildir. Onların baş süxur törədən mineralları opal, xalsedan, kvarsdır. İkinci dərəcəli minerallar kimi, karbonatlar, dəmir oksidi və hidroksidi, qlaukonit, xlorit, dəmir sulfatları iştirak edir. Silsitlər mənşəyinə görə kimyəvi, kimyəvi – biogen çökmə yolla əmələ gəlir. Kimyəvi yolla silsitlər dəniz, göl, su hövzələrində, qeyzerlerin, bəzi bulaqların suyundan kimyəvi çökmə yolu ilə əmələ gəlir. Bunlara misal qeyzerləri və əhəngli tufları göstərmək ola. Üzvi yolla silsitlər çanaqları, daxili skeletləri SiO2 x nH2O tərkibdə üzvi aləmin həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Onlara misal diatomitləri, radiolyaritləri, trepelləri sponqolitləri göstərmək olar.
Diatomitlər – yüngül, incəmasəməli, yumşaq, açıq ağ rəngli süxurlardır. Opal semetləşmiş diatom yosunu qabıqlarından təşkil olur. Xarici görünüşündən diatomit təbaşirə oxşayır, lakin təbaşirdən fərqli yazı lövhəsindən yazmaması HCl turşusunun zəif ( 5-10 % lik ) məhlulundan təsirlənməsidir.
Radiolyaritlər – boz rəngdən tünd boz rəngə dəyişir və laylı teksturaya malikdir. Opladan təşkil olub, daxil səpələnmiş halda çoxlu sayda radiolyari, gil hissəciklərin qalıqları, lalkonit, qumdaşı, alevrolit qarışığı ilə bitişmiş məsaməli, sıx süxurdur. Müasir dəniz çöküntülərindən 200 dən 500 metrə qədər dərinliklərdə əmələ gəlir.
Yəşəm ( jasper ) – Kəskin sürətdə dəyişilmiş xalsedon və kvars – xalsedon tərkibli süxurdur. Yəşəmdə müxtəlif minerallardan – dəmir oksidi və hidroksidi, gil mineralları, xloritlər, üzvi maddələr qatışığı olur. Belə qatışıqlar müxtəlif rəngli qonuru, qəhvəyi, qırmızı, sarı, boz, yaşıl, qara rəngli yəşəmlərin əmələ gəlməsinə səbəb olur.

7.Fosfatlı və manqanlı süxurlar və onların növləri




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə