Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Fosforlu süxurlar (Fosfatlar)



Yüklə 0,62 Mb.
səhifə21/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Lito konspekt

Fosforlu süxurlar (Fosfatlar)
Bu süxurlara tərkibində 10%-dən çox fosfor anhidridi (P2O5) saxlayan çökmə mənşəli süxurlar daxildir. Fosfatlı süxurların mineraloji tərkibi fosfat turşusunun duzları, hidroksilapatit, karbonat apatit, həmin minerallara yaxın olan dallit (podallit), kurskit, ştafellit və amorf fosfatkollofanit və s. aiddir. Ən vacib tərkib hissələri Ca, Mg və Fe karbonatlarının fosfatlarıdır. 2-ci dərəcəli mineralları opal, xalsedon, kvars, qlaukonit, dəmir sulfidləri, ağır minerallar, üzvi maddələr və s. olur. Fosforitlərdə P2O5 10-40% olub, adətən, torpaq və radioaktiv elementlərin konsentrasiyasına da rast gəlinir. Fosforitlərin rəngi ağ, boz, tünd boz, yaşılımtıl-boz, qara və s. olur. Onların quruluşu laylı, oolitli, konkressiyalı, orqonoglu, klastik və s. olur. Fosforitlərin yaranması haqqında bir neçə hipotez vardır.

  1. Dənizlərdə bəzi üzvi aləmin məhv olması və çürüməsi zamanı ayrılan P2O5-dən fosfatlı minerallar əmələ gəlib, çökməsindən toplanan fosforitlər. Bu cür fosforitlər isti və soyuq su cərəyanlarının toqquşduğu yerlərdə, yəni üzvi aləmin kütləvi qırılma yerlərində rast gəlinir.

  2. Dəniz və okeanlarda dərinliyin azalması ilə karbon qazı parsial təzyiqidə böyüyür, T- azalır və belə termodinamik dəyişiklik karbonatların və fosfatların suda həll olub konsentrassiyalarının artmasına, şelf sahələrdə isə suyun yuxarıya doğru qalxaraq karbon qazının parsial təzyiqinin aşağı düşdüyü yerlərdə karbonatların və fosfatların çökməsinə səbəb olur. Sudakı P2O5-in mənbəyi plankton orqanizmlərin çürüməsinə səbəb olur. Fosfatlı süxurlardan daha çox aqronomik filiz kimi yəni, kənd təsərrüfatında gübrə kimi istifadə olunur.

Manqanlı süxurlar (manqanitlər)
Manqanlı çökmə süxurlara tərkibində 10%-dən çox Mn-oksidi saxlayan təbii birləşmələr aiddir. Onların tərkibinə Mn-nın müxtəlif mineralları əsasən oksidləri (manqanit, psilomelan, piroluzit, braunit) və karbonatları (rodoxroxit, manqanokalsit) daxildir. Bunlardan əlavə onların tərkibində adətən çoxlu miqdarda digər komponentlər (90%-ə qədər) iştirak edir. Onlar dəmir birləşmələrinin oksidləri, gil mineralları, kalsit, qırıntı mineralları, silisli törəmələrlə təmsil olunur. Süxurun rəngi, əsasən, tünd boz, qara, bozumtul-qəhvəyidir. Karbonatlarda isə açıq çəhrəyımtıl rəngdədir. Quruluşu torpaqvari, sıx, oolitli, noxudvari, bəzən də konkressiyalı olur.
Mn-lı süxurların digər tipi də karbonatli manqan süxurlarıdır. Onların da rəngi qonuru-qara, bozumtul-qonur və s. rəngdədir. Bunlar müxtəlif qalınlıqlı yığımlar əmələ gətirir və əsasən dənizlərdə yaranırlar. Mn-lı süxurlar müxtəlif sahələrdə əmələ gəlməklə dayaz dəniz hövzələrində kalloid məhlullardan kimyəvi çökmə yolu ilə bataqlıq göl şəraitində kimyəvi dəyişikliklər və biokimyəvi çökmə nəticəsində əmələ gəlir. Mn-ın məşhur yataqları Gürcüstandakı Çiaturi Mn yatağı və Ukranyadakı Nikopo Mn yatağıdır.

****
1.Karbonatlı süxurlar, əsas növləri və yayılması


Karbonatlı süxurlar bütün çökmə törəmələrin həcmini 15-20 % - ni təşkil edir. Geniş yaş diapazonundakı – Kembriyəqədərdən indiyə kimi – komplekslərdə rast gəlir və platforma və geosinklinal əyalətlərin ərazilərində nəhəng neft və qaz yataqları saxlanılır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə