FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə22/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   18   19   20   21   22   23   24   25   ...   130
[kitabyurdu.org]-KY0000338

1. Vergilərin iqtisadi mahiyyəti 
Öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizmlər yaradan 
və onlardan istifadə edən dövlətin və dövlət aparatının yaranması 
vergilərin yaranmasına səbəb olmuşdur. Ancaq vergilər ilk növbədə 
mühüm maliyyə – iqtisadi kateqoriyadır. 
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr 
ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili 
məhsul adlanır. Dəyər formasında ümumi daxili məhsul istehlak 
olunmuş istehsal vasitələrinin dəyərindən (c), ödənilmiş əmək haqqının 
məbləğindən (v) və mənfəətdən (m) ibarətdir. Bu zaman yeni yaradılmış 
dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz hərəkətində ümumi daxili 
məhsul və ümumi milli gəlir aşağıdakı dörd mərhələdən keçir: 
-
istehsal; 
-
bölüşdürmə; 
-
mübadilə; 
-
istehlak. 
Ümumi daxili məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə 
cəlb edilməsinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya 
çıxır. Çünki istehsalçıların və cəmiyyətin digər subyektlərinin ümumi 
daxili məhsuldakı payları məhz bu mərhələdə müəyyən edilir. Qeyd 
etmək lazımdır ki, ümumi daxili məhsulun ilkin bölüşdürülməsi prosesi 
dövlətin iştirakı olmadan həyata keçirilir, çünki istehsal – bölüşdürmə 
prosesini istehlak edilmiş istehsal vasitələrinin dəyərinin ödənilməsi
əmək haqqının verilməsi və mənfəətin əldə edilməsindən başqa cür 
təsəvvür etmək mümkün deyildir. 
Eyni zamanda bəşəriyyətin inkişafının müəyyən mərhələsində 
cəmiyyətin idarə edilməsinin üstqurum forması kimi yaranan dövlət 
obyektiv olaraq öz mövcudluğu üçün maddi əsasın olmasını tələb edirdi. 
Bunun əsas mənbəyi isə maddi istehsal sahəsidir. Məhz dövlətin 
yaranması ilə yenidən bölüşdürücü (artıq bölüşdürülmüş ümumi daxili 
KitabYurdu.az 
23


məhsulun yenidən bölüşdürülməsi) münasibətlər sistemi formalaşmağa 
başlayır. 
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsinin əsas üsulu 
onun müəyyən bir hissəsinin öz maliyyə ehtiyatlarını formalaşdırmaq 
üçün dövlət tərəfindən birbaşa olaraq alınmasıdır. Elə bu da 
vergitutmanın iqtisadi mahiyyətini təşkil edir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə