FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə23/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   19   20   21   22   23   24   25   26   ...   130
[kitabyurdu.org]-KY0000338

I
a b d
II 
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi. 
Burada 
a, b, d – yenidən bölüşdürücü münasibətlər; 
I – dövlət büdcəsi; 
II – ümumi daxili məhsulun ilkin bölüşdürülməsi 
Dövlətin xeyirinə ümumi daxili məhsulun yenidən bölüşdürülməsi 
ictimai istehsalın iki iştirakçısı arasında həyata keçirilir: işləyənlərdən 
gəlir vergisi formasında və təsərrüfat subyektlərindən mənfəət vergisi
əlavə dəyər vergisi və s. formasında. 
Müəyyən vergilər müəssisənin xərclərinin tərkibinə daxil 
edildiyindən istehsal xərcləri kimi onları da sabit və dəyişən vergi 
xərclərinə ayırmaq olar. Sabit vergi xərcləri məhsul (yerinə yetirilmiş 
işin, göstərilmiş xidmətin) həcmindən asılı olmur. Məsələn, əmlak 
vergisinin, torpaq vergisinin həcmi sabit vergi xərcləridir. Dəyişən vergi 
xərclərinin həcmi isə məhsulun (yerinə yetirilən işin, göstərilən 
xidmətin) həcminə mütənasib olaraq dəyişir. Dəyişən vergi xərclərinə 
misal olaraq əlavə dəyər vergisinin, mənfəət vergisinin və s.-in həcmini 
göstərmək olar. 
Artıq qeyd edildiyi kimi heç bir dövlət vergi tutmadan mövcud ola 
bilməz. Kommunizm iqtisadiyyatının banisi K.Marksın yazdığı kimi 

BÜDCƏ 
ÜDM = + +


KitabYurdu.az 
24


«vergilərdə dövlətin iqtisadi cəhətdən ifadə olunmuş varlığı təcəssüm 
etdirilmişdir». 
Vegilərin ümumi xarakterini istənilən dövlətin maliyyə 
sistemində əsas yer tutan büdcə sistemi şərtləndirir
. İstənilən 
səviyyəli büdcə dövlət gəlirləri sistemi vasitəsi ilə formalaşır. 
Yenidən bölüşdürmənin nəticəsi olan büdcə gəlirlərinin özü 
sonradan yeni bölüşdürücü mexanizmlər yaratmağa başlayır, çünki 
onlardan ərazilərin, sahələrinə büdcə fondlarının formalaşdırılması üçün 
istifadə olunmağa başlanılır. 
Xarakterik xüsusiyyətlərini əks etdirən əlamətlərindən asılı olaraq 
dövlət gəlirlərinin müxtəlif təsnifatını vermək olar. Ödənişlərin özünün 
formasından və tutulma üsulundan asılı olaraq büdcə gəlirlərinin şərti 
olaraq üç əsas mənbəyini qeyd etmək olar: 
1. Dövlət əmlakı, ümumdövlət ehtiyatları. Onlardan istifadəyə görə 
haqq tutula, müəyyən ödəniş həyata keçirilə bilər. 
2. Hüquqi və fiziki şəxslərdən vergi şəklində tutulan məcburi 
ödənişlər və qeyri-vergi ödənişləri. 
3. Dövlət istiqrazları, dövlət qiymətli kağızlarının, lotereyaların və 
s. satışından əldə olunan gəlir formasında cəlb edilmiş ehtiyatlar. 
Eyni zamanda bir təsərrüfat subyekti kimi dövlət, ictimai 
istehsalda bilavasitə iştirak etməklə nisbətən az gəlir əldə edir və onun 
azalması tendensiyası müşahidə olunur. 
Belə bir vəziyyətdə büdcə gəlirlərinin əsas hissəsini vergilər təşkil 
edir. Məsələn, son illərdə Azərbaycan Respublikasında büdcə 
daxilolmalarının 73-75 faizini vergilər təşkil edir. Bu rəqəm dünya 
göstəricilərinə də uyğun gəlir. Belə ki, vergilər Yaponiyada büdcənin 75 
faizini, Almaniyada 80 faizini təşkil edir. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, vergitutmanın büdcə 
prosesinə təsiri ilə yanaşı əks təsir də baş verir, yəni büdcənin vəziyyəti 
vergitutmanın inkişafına təsir göstərir. Vergilər və büdcə bir-biri ilə 
qarşılıqlı əlaqədədir və bu əlaqə ikitərəfli, qırılmaz xarakter daşıyır.
Vergi
– dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı 
məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin 
ögəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə 
köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 
Müasir vergitutma nəzəriyyəsində vergilər əsasən aşağıdakı 
xüsusiyyətlərinə görə növlərə ayrılırlar: 
-
tutulma üsuluna görə; 
-
subyektinə görə; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə