FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə43/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

VII. OXUDA VURĞU.
Vurğunun müxtəlif növləri var: heca vurğusu, fraza vurğusu, məntiq vurğu, emfatik vurğu.
Nitqdə səs seli cümlələrə ayrılır. Cümlədə isə səslər mənasına görə ritmik qruplarda birləşir. Bunu tələffüz xarakterli nitq taktı və ya fraza adlandırmaq olar hər bir nitq taktından sonra azacıq fasilə verilir. Cümlədən kiçik olan bu intonasiya – məna parçası qavrayış üçün daha əlverişli olduğundan oxunan mətn yaxşı başa düşülür.
Oxu zamanı frazadakı sözlərdən birində vurğulu heca qüvvətli səslə tələffüz olunur. Bu, frazeoloji vurğu adlanır: «Yaxşı, siz deyən olsun, mənim mehriban balalarım». « Səs gələn yerə yaxınlaşanda gördük ki, ayının dal ayaqları palıdın haçasına keçib, qabaq ayaqları isə güclə yerə dəyir».
İfadəli oxuya hazırlıq işində heca vurğusu da xüsusi əhəmiyyət kəsb edir.
Adətən vurğu cümlədə nitq situasiyası baxımından daha mühüm sözün üzərinə düşür. Bu məntiqi vurğudur. Üzərinə vurğunun düşdüyü söz qüvvətli, ucadan deyilir. Məntiqi vurğu yerinə düşməyən nitqdə məna dinləyiciyə aydın, dəqiq çatmır. Cümlədə vurğunun yeri dəyişdikdə məna təhrif olunur, yeri məzmun kəsb edir.
Məntiqi vurğu ədəbi əsərlərdə xüsusi əhəmiyyətə malikdir. T. Mütəllibovun «Nailənin arzusu» şerində bir parçanı nəzərdən keçirək:
- Bir arzum var, ata can,
Tezcə yaşa dolaydım.
Böyüyüb sənin kimi
Bir maşinist olaydım.
Bu parçada vurğu böyüyüb sözünün üzərinə salınarsa, dinləyici belə düşünər ki, qız atası kimi böyüməyi, yaşa dolmağı, sonra isə maşinist olmağı arzulayır. Vurğu sənin sözünün üzərinə düşdükdə isə məna tamamilə dəyişir. Məlum olur ki, Nailənin atası yaxşı maşinistdir. Nailədə böyüyüb, adicə maşinist deyil, məhz atası kimi maşinist olmağı arzulayır.
Əgər sözlər məntiqi cəhətdən düzgün seçilərsə və onları tələffüz edərkən vurğu düzgün təmin olunarsa, oxunun ifadəliliyi xeyli yüksələr. Səsi həddən artıq gücləndirmək, oxunu sürətləndirmək, fasiləyə yol verməmək, oxunun qışqırtıya çevrilməsi ilə nəticələnər.
Şagirdlər ifadəli oxumağı öyrətmək üçün müəllim əvvəlcə cümlədə başqalırından fərqli sözləri yadın səslə (başqa sözlərə nisbətən ucadan və ya yavaşca) deməlidir. Bu sahədə bir qədər iş aparıldıqdan sonra tədricən şagirdlər üzərinə məntiqi vurğu düşən sözləri ayırmağı öyrənirlər.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə