“Əsl həqiqət “niyə”,” necə” sualları ilə məhdudlanmır”
Hakim Sənai
I
TRANS
Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə
boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi.
İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə
doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...Bəlkə
başqası olsa idi belə vəziyyətdə şoka düşərdi. Mənzərə o qədər dəhşətli idi ki, o,
inilti səsləri çıxarır və çabalarla irəliyə doğru israrla addımlayırdı. Lakin bunlar
boşa idi. Külək onu elə hey arxadakı zülmət içində olan quyuya doğru aparırdı. O
qorxusundan heç fırlanıb quyuya da baxmırdı. Sadəcə inildəyirdi...Buna səbəb
onun qorxusunu son həddə çatdıran və quyudan çıxan körpə uşaq bağırtısı
idi...Uşağı elə bil doğrayırdılar...Bu dəhşətli səs onun qulağını maqnit sahəsinin
təzyiqi kimi sıxırdı. Çabalarını getdikcə artıran “O, həmən adı çəkilən” küləyin
sürətinə daha həssas olurdu. Artıq quyuya təxminən 4 metr qalmışdı. Bilmək
olmurdu ki, o, axı niyə quyuya nəzər salmırdı. Yalnız küləyin təkidi ilə dal-dala
gedirdi. Bir neçə saniyə də keçdi. Dabanı quyunu daş divarına toxunanda o,
özündən getmək üzrə idi. Halbuki simulteyn olaraq küləyin və uşaq bağırtısının
kəsilməsi və kosmik sükutun yaranması onun xəfifcə və tədricən nəisə olacaq bilə
quyuya tərəf dönməsinə səbəb oldu. O bunu etmək istəmirdi. Lakin bədəni artıq
onun şüuruna tabe deyildi. Onu başqa qüvvə idarə edirdi. Əllərini quyunun
divarlarına qoydu və tədricən başını qabağa verib, quyunun zülmət içinə
boylanmağa başladı. Ürək döyüntüsü sükunətin təsirindən olduqca asta idi.
İnterval böyümüşdü. Dərin nəfəs buraxaraq ah çəkdi. 5 saniyə, 10 saniyə, 15
saniyə hələ heçnə görünmürdü. Gözü hələ də quyunun zülmətinə alışa bilmirdi.
Birdən elə bil arxadan ona tərəf lampa işığı saldılar. Diksinsə də dərhal
arxasındakını adam bilib geri çevrildi. Lakin arxada nə işıq nə də ki insan var idi.
Üzünü quyuya tərəf qaytarmağı ilə , quyunun içindən “qara kölgənin” onu içəri
dartması bir oldu. Şok vəziyyətində 2-3 saniyədən sonra nəyləsə toqquşduğunu
hiss etdi. Əslində belə toqquşmadan onun sağ çıxması qeyri-mümkün idi. Lakin o
sağ və hətta sağlam olduğuna tam əmin idi. Toqquşan zaman heç bir ağrı
olmamışdı , sadəcə elə bil əzələsindən kiçik bir cərəyan keçirmişdilər ki, bununla
bütün bədəni silkələnmişdi. Başını qaldırdıqda önündə dairəvi şəkildə işığın
teatrlarda olduğu kimi bir qoca qadını işıqlandırdığını gördü. Arxaya çevrilib işıqın
haradan düşdüyünə baxmağa başladı...Lakin arxada yenə zülmət idi. Üzünü
əvvəlki vəziyyətinə çevirəndə isə onu dəhşətə gətirən mənzərəni gördü. İşıq hələ
də ağ uzun turbanda olan qoca qarını işıqlandırırdı. Axı bu ola bilməzdi. Bu
fırlanmanı bir-neçə dəfə təkrarladı. Heç bir dəyişiklik yox idi. Bu o demək deyildi
ki, o üzünü çevirəndə işığı tez yandırırdılar. Xeyr. Sadəcə olaraq işığın mənbəsi
görünmürdü. Nəhayət (qorxu hissləri
özü də bilmədən yox olmuşdu, o həyatında
özünü belə rahat hiss etməmişdi) qalxıb həmən üzü örtülü qadına tərəf hərəkət
etdi. Qəribədir qadının üzü bağlı idi, halbuki o həmən qadının qoca olduğunu
əminliklə hiss edirdi. Qadının bağlı sifəti ona doğru istiqamətlənmişdi.
Yaxınlaşdıqda qadının yanında bir taxta və ya taxtaya bənzər qurğunun yavaş-
yavaş jalyuzi effekti ilə peyda olmağa başladığını gördü. Qadına 2 metr qaldıqda o
artıq həmən taxta qurğunun beşik olduğunu gördü. Beşiyin içində isə 3-4 aylıq
körpə var idi. Və sadəcə gülümsəyirdi. İnanılmaz idi...bu bağırtı yəqin ki, bu
körpədən çıxırdı. Körpənin olduqca nurani sifəti var idi. Birdən qadın mətanətli
səslə “ Mən sənin yaxşı əməllərinəm, o isə günahlarındır” – bu cümlə bir neçə dəfə
eyni tonla təkrarlandı və fasilədən sonra həmən qadın “o vaxta kimi ki sən qızıla
sahibsən” – yenə də pauza... Qadının səsi birdən yoğunlaşmağa başladı “ Qızıl
sənə sahib olsa isə bizim yerlər dəyişəcək” – deyə bağırdı və əynindəki ağ turban
qırmızı rəngə çevrildi və qadının üzünü örtən dəsmal çıxdı. Mənzərənin dəhşəti
olduqca, amma olduqca dəhşətli idi. Bu dəhşəti təsvir etmək qeyri mümkündür.
Həmən eybəcər birdən libasından nizəyə bənzər bir şey çıxartdı və ildırımsürətilə
beşikdəki uşağa soxdu....
Həmən an Rəsul yuxudan durdu və həmən gecəni yanıq işıqlar altında
keçirdi, yatmadı.
II
Emosional partlayış
00:20 Bazar ertəsi
Mərdəkan qəsəbəsi Əvhədi küçəsi,
2-ci bina 2-ci blok, 2-ci mərtəbə, mənzil 6
-
Qalmışdun da qızıvın xarabasında, nə var tezdən gəldin. Mən səni
havayı saxlıyan deyiləm...
-
Oğlum, anannan belə danışma...Səni doğulannan Şah Abbasın
nəvəsi
kimi böyütmüşəm, nə lazım olub...hamsını...
-
Yenə başdama, ağzıvı bağla, kaftar...İndi də sənə filan şeyi aldım, səni
türmədən qurtardım...belə qara cəhənnəmə...
Orxan bir qədər fasilə etdi. Halbuki, bu onun hirsini cilovlamaq üçün atılmış
addım deyildi. Əksinə o, söhbəti pik nöqtəyə çatdırmağın yollarını axtarırdı və bu
dava-dalaşa səbəb olmuş qızıl söhbətini yenidən ortaya qoymağa səy etdi. Lakin
bunun açıq aydın rüsvayçılıq olacağından qorxub, həmin söhbəti açmağa
tələsmədi. Anasının zəif damarını tutmuşdu.
-
Xoşduqla deyirəm evdimdəm rədd ol
Ana bu ana
qədər özünü saxlaya bilmişdisə, bu sözlərdən sonra sındı, şüur-
altında bir anlığa ildırım sürətilə, ana oğul arasında yaşanmış bir çox emosional
anlar, xoş məqamlar metamarfoz şəklində oynadı. Son kadr beynindən keçmişdi