Bir neçə vaxtdan sonra Cəmil dayı da dünyasını dəyişdi...Lakin sirli qızıl
söhbətinin müqəddəratı hələ də həll olmadı
III
Rəsul həkimin diplom işi
“Fə-izə bəriqəl bəsər.Və xəsəfəl qəmər. Və
cumi’ əş şəmsu vəl-qəmər.Yəqulul insanı
yəvmə-izin əynəl məfərr - Göz (heyrətdən)
bərələcəyi.Ay tutulacağı.Günəşlə ay birləşəcəyi
(hər ikisinin qərbdən çıxacağı, nurunun
gedəcəyi) zaman.Məhz o gün insan: “Qaçıb
can qurtarmağa yer haradadır?” –
deyəcəkdir.”
Quranı-kərim, Qiyamət surəsi, 7-10 (tərc.
V.Məmmədəliyev)
00:24 Bazar ertəsi
Əzizbəyov rayonu X saylı poliklinika
Otuzillik ildönümünü bir həftə öncə qeyd etmiş Orucov Rəsul (həkim)
poliklinikanın göz yorucu ağ fonda monotonluğu bir qədər öldürməyə xidmət edən
lakin aidiyyatı olmayan şəkillərə (Aşka sürgün serialının A3 formatda divar kağızı,
2006-cı il FİFA Dünya çempionatında yer alan komandaların qruplarını, oyun
sxemlərini və s. özündə ehtiva edən plakat, holivudun xanım ulduzlarından birinin
yarı çılpaq və biabırçı pozada şəkli və sair) bəzədilmiş bufetdə köhnə stollardan
birinin arxanında əyləşmişdi. O, bufet panelinə yaxın quraşdırılmış kiçik ölçülü
televizora tərəf biganə şəkildə başını fırlatdı və öz-özlüyündə - Yəqin Rüstəm dayı
“qəşəng” kinonun başlamağını gözləyir, yenə...-Fincanındakı tək-istifadəlik çay
bağlamasının sapından tutub yaxşıca çarxaladı və gözünü fincanın içinə zillədi.
Lakin istədiyi effekt baş vermədi. Rəng açıq olaraq qalmaqda idi. Görünür
dördüncü istifadə idi. Sadəcə susuzluğu yatırmaq lazım idi. Bir nəfəsə artıq
soyumuş çayı boğazına aldı. Fincanı yenidən masanın üstünə qoyub, stulun
arxasına söykəndi. Bufetdə kino manyakı Rüstəm dayıdan başqa heç kim və
maraqlı heç nə olmadığından gözlərini yenidən plakatlara zillədi. İçəri girən
ortaboylu, uşaq sifətli feldşer – Dilavər içəri daxil olanda, Rəsul hələ də xəyallarda
uçurdu. Dilavər növbəti addımları atıb bufetin hüdudlarına tam girməzdən əvvəl
bir qədər boylandı ki, Rəsulun nəyə baxdığını görsün. Orada çoxlu plakatlar
arasında, yarı-çılpaq gözəlçəyəyə gözü sataşanda...bərkdən gülməyə başladı. Rəsul
diksindi.
-
Başın xarab olub, taxtabaş.- əlini ürəyinə qoyub- ürəyim yerindən çıxdı
ki,.
-
Fikrinnə qəşəng qızlar keçir?
-
Dəlisən...Mənim fikrim başqa yerdədi.
Dilavər söhbətin bufetin girəcəyində davam etdirilməsini yersiz bilib, içəri keçdi
-
Bilmək istərdim, bu gecə vaxtı səni düşündürən nədir belə görəsən?...
-
Dilavər, elə eləmə, keçən dəfəki kimi aramızda söhbət düşsün. Sənin
gic-gic zarafatdarın məni boğaza yığıb
-
Yaxşı da. Oldu keçdi. Bağışla- deyə Dilavər dərhal ciddi görünüş aldı.
Elə bil o özündən 3-4 yaş kiçik Rəsulun işıldayan gözlərindən qorxdu.
Tam fərqli tonla – Vızov va, dedilər ki, arvad ölür...Doktor Atayev, səni
göndərir.
-
Sən doğurdan da xəstəsən. Camaat orda can verir, sən də xəbər
verməmiş sırtıqlıq edirsən.
-
Onsuz də ölən deyil...Bizə zəng vuranların hamsı guya ki, ölür. Gedib
görürsən ki, hələ an azı 10 il morqa yolu düşməyəcəy.
-
Nə isə mən qaçıram- deyə o, stulun belinə sardığı ağ xalatı geyinib
bufeti tərk etdi. Birinci getdiyi yer doktor Atayevin – növbətçi olan baş-
həkimin otağına getdi. Tuk-Tuk! –qapını döydü.
-
Gəl –deyə içəridən 40-45 yaşlı bas kişi səsi səsləndi.
-
Doktor, gəlməy olar?
-
Gəl,gəl. Harda qalmısan.
Rəsulun Dilavərdən xoşu gəlməsə də, satqın deyildi. Bir qədər fikirləşib.
-
Heç. Yuxuya getmişdim. Dilavər də oyada bilmirdi. Axırda üzümü
yaxşıca şillələdi.
-
Kənd sovetinin yanındakı binadan vızov var. Xəstə yaşdı
arvaddı.Dediklərinə görə can üstündədir. Səni bura birinci dəfə intern
kimi gələndə, mənə sənin necə deyərlər, güclü rekamendasiyanı
vermişdilər. Referatlarından birinin mövzusu “Aqoniya” olub ki,
başqalarından fərqli olaraq bütün referatı özün yazmısan, nəzəriyyəyə
çox az yer vermisən. İşin əsas məğzi sənin öz müşahidələrin olub; yəni,
öləni can üstündəykən ziyarət etmisən. Referata hələ kalorit də qatmağı
unutmamısan. Fantastik, parapsixoloji yanaşmalarda bulunmusan.
Doğruya qalsa, baş həkimin belə simpatiyası onun ürəyincə idi. Bununla belə,
xəstənin can üstündə olması belə söhbətləri yersiz edirdi. Rəsul qaş-gözünü
büzməyə başladı.
-
Sabir Rəhimovu yaxşı tanıyıram. O, sənin referatını oxumağa təkid
etdi...Sözün düzü sənin yazın mənə Məxfi materialları xatırlatdı. Nə
isə... Deyirlər referatı müdafiə etsən də, hələ də bu mövzunu
müşahidələrinlə davam etdirirsən...Nə deyirsən? Referatı bu gün davam
etdirmək fikrin var...? Mənə oxucu kimi maraqlıdır – Rəsul onun əl
çəkməyəcəyini bilib laqeydcəsinə cavab verdi:
-
Nə bilim... Doktor bəlkə artığ gedim?
-
Hə, get.- həkim saatına baxdı – Tofiq maşını binanın qabağında
qızdırır,... ona xəbər eləmişəm. Di tərpən...Bir məsələ də var sənə
demək istəyirəm.
-
Eşidirəm.
-
Sözün düzü, sən 10 dəqiqə ərzində ora gedəcək ikinci həkimsən
-
Başa düşmədim
-
Səndən qabaq ora Cabbarı göndərmişdik...Amma o dəli olub, nədir.
Bloka girir və dediyinə görə nəsə onu pilləkanları qalxmağa qoymur.
Bir ağırlıq...Mən bilirdim gecələr işləməkdən axır-əvvəl onun vaxtıda
gələcək. Eləmə tənbəllik “vurur şoferi də qoltuğuna” qayıdır
xəstəxanaya. Qəribədir...Heç xəstənin qapısını belə döymədən. Nə isə,
di get. Yazıq arvad öldü orda.
Rəsul baş həkimlə söhbətin ikinci yarsına heç bir əhəmiyyət verməmişdi.
Sadəcə ardıcı söz birləşmələri və sözlər idi ki, bu qulağından keçib o biri
qulağından çıxırdı. Elə bil nəsə onun bu sözlərə əhəmiyyət verməməyə məcbur
edirdi.Onun fikri aqoniya məsələsində idi. Rəsulun baş həkim Atayev haqqında
fikirləri dəyişməyə başlamışdı. Gözünə illərdi pulgir, doqmatist və ətrafdakılara
yuxarıdan baxan bir dikbaş kimi görünən baş həkim bu münasibətiə tam fərqli təsir
bağışladı. Psixoloji nəzəriyyələr, insanların davranışlarını və temperamentlərini
müəyyən edən, tədqiq edən yazılar heç də hər zaman düz çıxmır. Hər şey materiya
ilə ölçülə bilməz. Maddənin qurtardığı yerdə-qeyri maddə üzə çıxır. Yəni ruh.
“Zoom” deyilən düymə ilə insana baxsaq nələr görərik, nələr. Düyməni bir dəfə
basırıq və buyur. İnsanın hüceyrələri, DNT. Bir dəfə də basaq. Mürəkkəb
molekulyar quruluş, bədənimizdə H2O-dan tutmuş zəhərə kimi bütün maddələr.
Düyməni daha bir dəfə basaq. Artıq hansısa maddənin atomunu görmüş oluruq.
Mustafa İslamoğlunun sözləri ilə deyilsə, elektron durmadan nüvəni tavaf edir,
hacc mərasimində zəvvarlar Kəbəni tavaf edənlər kimi. Zoom düyməsini yenidən
basmalı oluruq. Neytron və Proton. Birdə... Kvarklar...Yenidən...Bu dəfə yenicə
kəşf olunmuş ən kiçik hissəcik- daha doğrusu “kölgəcik” – spinləri görmüş oluruq.
Birdə basırıq...Düyməyə nəsə oldu. Birdə basırıq. Birdə basırıq...Axı artıq heç nə
görünmür. Müasir alimlər buna qeyri-maddə adı veriblər. Bəli maddiyatın
qurtardığı yerdə, ruh başlayar.Bax belə. Rəsul bütün elmi araşdırmalarını qeyri-
maddə prinsipini öndə tutaraq aparırdı. Referatın mövzusunu təzəcə seçmişdi ki,
qohumlarından birinin can üstündə olması xəbərini eşitdi. Vidalaşmaq adı ilə bir
təhər özünü ora çatdırdı. Və preaqoniya fazasından sonra xəstənin özünü aparması,
sayıqlamaları onu dəhşətə gətirirdi. Terminal fasilədən ( preaqoniya və aqoniya
arasında olan faza, bir növ klinik ölüm) sonra çarpayıda meyit kimi uzanmış xəstə
birdən ucadan qışqırmağa başladı. Bədəninin aşağı yarısı uzanmış vəziyyətdə
Dostları ilə paylaş: |