-
Allah sizdən razı olsun, həkim. Çox sağol
Rəsul pulu cibindən çıxartdı və dəyərinə baxmadan dərhal onu geri qaytardı.
-
Yaxşı olardı bu pula retseptdə göstərdiyim dərmanları alasız.
-
Çox sağol, məllim...Heç sözüm yoxdu.---Bir qədər qabağa əyilib sakitcə
Rəsulun qullağına pıçıldamağa başladı – Həkim məllim, anam sluçaynı
sizə qızıl haqqında heç nə dimiyib ki?
Bu nə əclaf adamdı belə, anasını boğmağı bəs deyil hələ də hansısa qızıl
barədə söhbət açır...Başqa yerdə, başqa zaman olsaydılar bəlkə də onun
ənginə yaxşı irişdirərdi. Ama nə etmək olar...Onun xarakteri buna imkan
vermir. Hiddətini cilovlaya bilməyib acı-acı “YOX” cavabı verdi.
Qapı bağlandı və Rəsul Dilarənin ardınca blokun pilləkanlarını düşməyə başladı.
Onlar ambulansa tərəf irəlilədilər. Saat gecə ikinin yarısı idi. Binadan beş-altı
metrə uzaqlaşmışdılar ki, tibb bacısı Dilarə bayaqdan bəri özündə saxladığı zəhəri
bayıra buraxdı.
-
Rəsul, yenə pul almadın. Özün bilirsən axı sonra bizdən yapışırlar. İtin
ağzından çıxanı deyirlər bizə. Eh...Mən elə ona görə səninlə vızovlara
getmək istəmirəm.
-
Sən axı Hippokrat əmiyə and içmişdin---deyə Rəsul
zarafatyana bildirdi--
-deyərsən ki, vəziyyətləri çox ağır idi, pul yox idi.
Artıq maşına minmişdilər ki, Dilarə üzünü ona çevirib sakit tonla
-
Rəsul, məni bağışla...ancaq belə getsə səni bayra atacaqlar.
V
İnsomnia - Yuxusuzluq
14:30 Çərşənbə axşamı
X saylı poliklinika
Günəş Rəsulun düz təpəsinə vururdu. Başı gecə və səhər yuxusuzluğundan
partlayırdısa, digər tərəfdən də günəş bunu ümumiyyətlə dözülməz edirdi. Yolun
böyük hissəsini yenicə istifadəyə verilmiş 24 saylı avtobusda gəlsə belə, bu istidə
başına kepka qoymadığına heyfslənirdi. Ümumiyyətlə o, yaşı bir qıdır az olmasa
da, sport stilində geyinməyə üstünlük verirdi. Bundan heç kompleks yaşamırdı
belə. Artıq poliklinikanın həyətinə daxil olmuşdu və səki ilə 30 metrə yaxın
məsafəni binaya tərəf qət etmək məcburiyyətində idi. Rəsul təcili tibbi yardım
maşınlarının durduğu yerə baxıb öz-özünə, “maqnit qasırğası” dedi. Belə ki, Rəsul
və onun əməkdaşlarının Hidrometrologiya departamenti ilə heç bir əlaqəsi olmasa
da, günəşdəki partlayışlardan doğan maqnit qasırğalı günləri asanlıqla müəyyən
edə bilirdi. Belə ki, belə günlərdə çağırışlar çox olduğundan stansiyanın 5
maşınından ən çoxu birini dayacaqda görmək mümkün idi. Bu dəfə Rəsul
dayanacaqda ümumiyyətlə heç bir maşın görmədi. Əlbəttə baş həkimin və digər
işçilərin şəxsi avtomobillərini çıxmaq şərtilə. Rəsul binanın insanı depressiyaya
salan darıxdırıcı foyesinə daxil oldu. Sekyuriti Nazim həmişəki kimi qeydiyyat
məntəqəsində stulun arxasında oturub qızlarından biri ilə telefon laqqırtısı aparırdı.
Bir neçə dəfə elə qismət olmuşdu ki, (çox zaman bayırda yağış yağdığından
sürücünü foyedə gözləyən zaman) Rəsul, onun ət-tökən söhbətlərini qulaq-ucu
etmişdi. Sözün düzü, Rəsul elə güman edir ki, o, digər qızlarla da eyni şablon
dialoqlar üzrə danışır. Rəsul məntəqənin şüşəsini ev açarları ilə döyəndə Nazim
diksindi.
-
Bir dəqiqə gözlə - deyə Nazim telefondakına səsləndi və dəstəyi üzü aşağı
sağ çiyninə s. – Salam, Rəsul müəllim. Axı bu gün sənin smenin deyil.
Nəsə baş verib? – kim bilir, Rəsulun qanlı gözlərini və bir qədər şişmiş
sifətini görüb ağlına nə gəlmişdi
-
Salam. Sakitçiliydi?
-
Maşallah bu gün kalan vızov var. Yay sezonu hər zaman bizə sərf edir.
Rəsulun onsuz da bu tip insandan zəhləsi gedirdi...Belə axmaq zarafata nə cavab
verə bilərdi axı!? Hiddətini cilovlayaraq abu havanı ciddi şəklə salmaq üçün qalın
səs tonu ilə.
-
Hidayətovun (doktor Fuad) maşını görürəm. Elə belə gəlib, yoxsa ciddi
nəsə baş verib?
-
Xəbərim yoxdu. Smeni dəyişəndə artıq maşını burda idi...Bir dəki özün
bilirsən də, biz qarolçular ikinci sort adam sayılırıq,...lap tutalım onu
gördüm...Məgər o mənə nə üçün bu gün gəldiyini otçyot verəcəy...Qəribə
insansan.
-
Yaxşı, gedim görüm içəridə vəziyyət necədi- deyə Rəsul dəhlizə doğru
irəlilədi və sola dönüb axırıncı otağa, dispetçerin oturduğu yerə istiqamət
götürdü.
Rəsul qapını döymədən içəri daxil oldu. Bunun bir səbəbi var idi ki, o da Rəsulla
hər iki dispetçer istər Aytən xanım istərsə də Nərminə xanımın isti münasibəti idi.
Əslinə qalsa Aytən xanımın ona qarşı simpatiyası var idi...Və hər zaman gözləyirdi
ki, haçansa Rəsul onu harasa dəvət edəcək...Rəsulun xoşuna gəlmək üçün istifadə
etmədiyi qadın hoqqalarından qalmamışdı. Rəsulu bunu hiss etsə də, onu sadəcə
bir rəfiqə kimi sevirdi...Və çalışırdı ki, Aytənə az ümid versin, onun növbəsi
olanda çalışırdı bacardıqca az bu otağı ziyarət etsin.Və indi otağa girməmişdən
əvvəl öz-özünə fikirləşirdi ki, görəsən bu gün hansının növbəsidir...O artıq bir
həftə gərgin rejimdə işləyirdi...Dispetçerlə maraqlanmağa vaxtı olmurdu belə. İçəri
girəndə dispetçerin Nərminə olduğuna çox sevindi...Artıq onun fikrlərinə əlavə
fikirlər təzyiq etməyəcəkdi, fikirləri iş üzərində konsentrasiya etmək olardı.
-
Salam...Nərminə xanımın bu gün vəziyyəti ?
34 yaşlı lakin hələ də subay Nərminə, qara çiyinlərə qədər uzunluqda saçlı...,
həmişəki kimi konservativ geyim tərzini qoruyaraq uzun qara velvet yubka və tünd
göy qısaqol köynək geyinmişdi...Rəsulun səsini eşidib, öz xəyallarından diksinərək
ayrıldı və üzünü ona tərəf çevirdi.