AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
87
Onların yalnız akademik jurnallarda dərc edilməsi və öz tədqiqatlarını yaymaq,
təbliğ etmək barədə düşünməməsi də əhəmyyət kəsb etmir. Əks-təqdirdə kim izah
edə bilər ki, Ukraynada 47 BM var və bu, dünyada 25-ci yerdir, yaxud Macarıstanda
39, Çexiyada 25 BM var. Mən Serbiyanı izləyərək, cəmi 3 icmal-araşdırması olan
QHT-ləri, siyasi partiya BM-lərini, universitet tədqiqat mərkəzlərini, dövlətyönlü
qurumları bir-bir saysam da, reytinqdəki 24 rəqəmini ala bilmədim”.
10
Müəllif reytinqdə qeyri-real mənzərənin yer aldığına dair fikrini davam edərək
yazır ki, “Dünyanın aparıcı BM-ləri” nominasiyasında Slovakiyanın Fridrix Ha-
yek Fondu ən yaxşı “beyin mərkəzi” kimi yer alıb. Halbuki bu təşkilat ötən illərdə
özünün iki təsisçisinin dövlət əmlakını oğurlamasına görə böyük qalmaqal ya-
şamışdı və hazırda öz adını yenidən bərpa etməyə cəhd edir. Eyni dərəcədə Açıq
Cəmiyyət İnstitutunun da BM kimi (Open Society Institute (OSI) reytinqə salınması
təəccüblüdür. Bu, artıq heç bir çərçivəyə sığmır. Çünki BM və donor təşkilatları
müxtəlif fenomenlərdir.
Digər təəccüblü məqam “Avropa Sabitlik Təşəbbüsü” (European Stability Initi-
ative) mərkəzi ilə bağlıdır. Türkiyədə və Berlində ofisləri, Brüsseldə nümayəndələri
olan bu mərkəz reytinqdə Yaxın Şərqin və Şimali Afrikanın (Middle East and North
Africa (MENA) 12-ci yerdə duran BM-i kimi təqdim edilib. Halbuki “Avropa Sa-
bitlik Təşəbbüsü”, başlıca olaraq, AB-nin məsələləri, AB-nin genişlənməsi, Cənubi
Qafqazda, Balkanlarda sosial-iqtisadi inkişafla bağlı problemlər üzərində çalışır. Ya-
xın Şərq və Şimali Afrika ilə bağlı isə heç nə etmir. Türkiyə ilə bağlı məsələlər onun
ümumi işinin 20 faizini təşkil edir. Bu, açıq şəkildə göstərir ki, reytinqdə nə və necə
təsvir edilir.
Məqalədə vurğulanır ki, ən çox etiraz doğuran məqam müxtəlif tipli, fəaliyyəti
bir-birinə tamamilə əks olan təşkilatların BM adı altında reytinqə daxil edilməsidir.
“Dünyanın ən yaxşı - top BM-ləri sırasında yer alan
Amnesty Internatio-
nal və
Transparency International əslində BM deyillər. Bu təşkilatların davamlı
olaraq apardıqları tədqiqatlar, onların mandatı və fəaliyyət tipi BM-də olduğun-
dan fərqlidir və çox genişdir. Belə getsə artıq “Human Rights Watch” təşkilatının
da BM olmasını fərz edə bilərlər. Yaxud apardığı tədqiqatların 80 faizinin siya-
si araşdırmaya heç bir aidiyyəti olmayan təşkilatları BM elan etməyə nə ehtiyac
var? “Mənim əsas məqsədim odur ki, reytinqi tərtib edən komanda öz meyarlarını
dəqiqləşdirə və BM olmayanları bu cür təşkilatlardan ayıra bilsinlər. Reytinqə da-
xil edilən ABŞ-ın “Milli Demokratiya İnstitutu” da (National Endowment for De-
mocracy) BM deyil, donor təşkilatdır. İstəniliən bakalavr dərəcəsi olan tələbə də
donor təşkilatla BM arasındakı fərqi dərk edə bilər. Əgər Açıq Cəmiyyət İnstitutu
ilə bağlı səhvi bağışlamaq olarsa, bunu bağışlamaq qeyri-mümkündür”.
11
10
Yenə orada
11 Op.site.........