Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə40/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   36   37   38   39   40   41   42   43   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
110
Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamlar imzalamışdır. Bü-
tün  bunlar  intellektual  mərkəzlərin  inkişafı  və  təkmilləşməsinə  təkan  verməyə 
bilməzdi.
Müstəqilliyin ilk illərində ölkədə əsasən xarici mənbələrdən maliyyələşən və 
yad  dövlətlərin  strategiyalarının  və  beynəlxalq  qruplaşmaların  maraqlarının  re-
allaşmasına  xidmət  edən,  BM  statusuna  tam  uyğun  olmasa  da,  onun  müəyyən 
funksiyalarını yerinə yetirən araşdırma mərkəzlərinin yaranması üstünlük təşkil 
etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu cəhət dünyada “beyin mərkəzi” fe-
nomeninin və missiyasının mahiyyətinə adekvat olmamışdır. Çünki BM institu-
tu  təmsil  etdiyi  ölkənin  milli  maraqlarının  və  dövlətçiliyin  möhkəmlənməsinə 
yönələn fəaliyyətlə məşğul olur. Bunun əksi olan nümunə mövcud deyil.
İnkişafın yeni mərhələsindən başlayaraq dövlətin elm və intellektual potensia-
lın, insan kapitalının inkşafına göstərdiyi diqqət sayəsində bu meyil əks istiqamətə 
dəyişməyə başlamışdır və bu, özü mühüm nailiyyət hesab edilməlidir.
Yaranmasının ilk dövründə, 1993-2003-cü illərdə yerli ABM-lərin təşəkkülündə 
xarici amillər - donor təşkilatların geosiyasi rəqabət və mübarizə amilinin də təsir 
etdiyi qrant vəsaitləri (siyasəti) üstünlük təşkil etmişdir. Bu illərdə ABM-lər akade-
mik elmlə cəmiyyət arasında formalaşan boşluğu dolduran ilk qurumlar kimi çıxış 
etmiş, bir çox mövzu və problemləri ictimai müzakirəyə çıxarmış, təhlil etmişdir.    
Eyni  zamanda,  yarandıqları  ilk  dövrlərdə  bəzi  ABM-lər  Azərbaycan 
dövlətçiliyinin təməl dəyərlərinə və milli maraqlarına zidd olan neoliberal ideoloji 
mövqelərdə durmuş, xarici maliyyə mənbələrini məmnun salmaq üçün  “qrantdan-
qranta” prinsipi ilə işləmişdir. Hazırda bu cür mərkəzlər cüzi saydadır və onları   
özlərindən başqa “BM kimi” tanıyan yoxdur.
İnkişafın  yeni  mərhələsindən,  2003-cü  ildən  sonra ABM-lərin  yaranmasına
daxili amillər, dövlət siyasəti təkan verməyə başladı.
ABM-lərin Azərbaycanda siyasi proseslərdə birbaşa, yaxud dolayısı ilə işti-
rakı, ictimai rəydə mühüm əks-səda doğurması belə düşünməyə əsas verir ki, bu 
strukturlar yaxın gələcəkdə əvvəl olduğundan daha intensiv inkişaf edəcək,  dövlət 
siyasətinin formalaşmasına daha səmərəli təsir göstərməyə başlayacaqdır. 
Azərbaycanda da ABM adlanan qurumların sayının artması, bir çox araşdırma 
mərkəzlərinin özlərini bu institutla identikləşdirməsi nikbin qənaətə gəlməyə əsas 
verir.
Hələlik BM-lərin imkan və potensialı həm ictimai şüurda, həm də daha yüksək 
strukturlar  səviyyəsində  ətraflı  dərkedilmə  səviyyəsindədir  və  onun  ictimai 
rəydə qiymətləndirilməsi prosesləri gedir. Tədqiqatlar göstərir ki, ölkədə BM-lər 
getdikcə daha çox nəzərə çarpmağa başlayıb və bir çox məsələlərdə cəmiyyətdə 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
111
gedən proseslərin əhəmiyyətli iştirakçılarına çevrilməkdədirlər. Yerli tədqiqatçılar, 
müşahidəçilər üçün xarici siyasi proseslərin planlaşdırılması və reallaşdırılması 
mexanizmlərinin  öyrənilməsi  daha  asandır,  “beyin  mərkəzləri”nin  qeyri-rəsmi 
institutlar  kimi  öyrənilməsi  isə  xarici  siyasi  təşəbbüslərin  və  qərarların  dərk 
edilməsi üçün yeni perspektivlər açır, həmçinin ölkədə prioritet elan edilən inno-
vasiyalı cəmiyyətə keçid və kreativ potensialın reallaşması haqqında düşüncələrə 
vadar edir. Şübhəsiz ki, araşdırma  mərkəzləri ölkənin daxili və xarici siyasətinin 
təkmilləşməsinə dəyərli töhfə verə bilər və verirlər. Əsas məsələ onların təsirinin 
nə  qədər  güclü  olması,  fəaliyyətlərini  hansı  metodlarla  həyata  keçirməsi  və 
keyfiyyəti  ilə bağlıdır.  Bu suallara cavab həmin təşkilatların rolu və funksiyaları, 
onların siyasi proseslərdəki yeri haqqında tam məlumat əldə etməyə imkan verir.        
Bu gün Azərbaycanda  iqtisadiyyatda keçid dövrü başa çatdığından ABM-lərin 
fəaliyyəti növbəti intensiv inkişaf  mərhələsinə qədəm qoymuşdur.
3.3. Araşdırma və Beyin Mərkəzləri və vətəndaş cəmiyyəti:  
oxşar və fərqli cəhətlər
Vətəndaş cəmiyyəti və ABM-lərin fəaliyyəti arasında ümumi cəhətlər olsa da, 
mahiyyətləri arasında fərqlər mövcuddur. Bu mövzuda ədəbiyyat olmadığı üçün 
bəzən onlar eyni funksiyalı qurumlar kimi dərk edilir. Halbuki bu fərqlərin aşkar 
başa düşülməsi qeyd edilən institutların identikləşməsi və fəaliyyətini məhz BM 
funksiyalarına müvafiq qurması işinə bilavasitə təsir edir.
ABM-nin  hüquqi  statusu  və  qanunverici  əsaslarının  müəyyən  edilməməsi 
ilə yanaşı ilk növbədə bu sahədə geniş elmi tədqiqatların olmaması da mövcud 
vəziyyətin şərtləndirən səbəblər sırasındadır. ABM-nin xüsusiyyətləri və meyar-
larınını aydın olmaması üzündən istənilən qrup və birlik özünü “beyin, düşüncə 
mərkəzi, fikir fabriki” adlandırmağa iddialı olur.  Paradoksal hallardan biri də bu-
dur ki, bəzən yaradılan qurum öz adında   sadalanan bütün bu  ifadələri  əks  etdi-
rir. (Məsələn, mətbuatda - «Fikir Fabriki İnstitutu» (FFİ) Beyin Mərkəzi  İctimai 
Birliyi yaradıldı” kimi məlumat verilmişdir.)
1
Digər misal daha maraqlıdır. SİTAT:1998-ci ildə yaradılmış Piyadalar Əleyhinə 
Minaların Qadağan Olunması uğrunda Azərbaycan Kampaniyasının (Azerbaijan 
Campaign to Ban Landmines) təsisçilərindən biri olan, Cənubi Qafqaz Qadınla-
rının Dialoqunun Azərbaycan bölməsi kimi fəaliyyət göstərən,  Azərbaycan Qa-
dınları Cənubi  Qafqazda  Sülh  və  Demokratiya uğrunda  Cəmiyyətinin   layihəsi 
olan    “Sülh  və  Demokratiya  İnstitutu”,  2004-cü  ildə  Azərbaycanda  “Düşüncə 
1 http://www.milli.az/news/society/166183.html; http://www.fikir.ffi.az/ info/lahaq da.html;


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə