AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
99
daha geniş aspektdən nəzər salınmış, eyni zamanda, hələlik transmilli ABM-nin
yaranmasında geosiyasi formata, “bloklaşma məntiqinə” müvafiq olaraq qlobal
və regional təşkilatlanma meylinin üstünlük təşkil etməsinə diqqət cəlb edilmişdir.
Müəllifin fikrinə görə, bu proseslərdə də qlobal geosiyasi məkanda olduğu kimi
ABM-nin qütbləşməsinin aparıcı meylə çevrilməsi arzuolunmaz hal olardı.
Bəşəriyyətin ümumi gələcəyi naminə, yaradılacaq transmilli beyin mərkəzlərinin
problemlərin həllində “qütbləşməsinin” deyil, prioritet kimi “beynəlxalq
təhlükəsizliyin təmin edilməsini” önə çəkməsinin və bu yöndə ən böyük maneə
olan həll olunmamış münaqişələrin aradan qaldırılmasına öz töhfəsinin verməsini
vacibliyi qeyd edilmişdir.
18
Beləliklə, TBMŞ-nin intensiv inkişafı istər-istəməz bir məsələ barədə
düşünməyə əsas verir. Həm də belə bir sual yaranır ki,
“beyin m
ərkəzləri”nin
ideya rəqabətinin dünyada (Şərqdə və Qərbdə) balansı mövcuddurmu, yoxsa
ideyalar birtərəfli - ABM-lərin çoxdan yarandığı ölkələrdən digərlərinə doğru
istiqamətə yönəlmişdir? ABM-lərin yeni qlobal şəbəkələşməsində Şərq və Qərb
ölkələrinin ABM-lərinin nisbəti necə görünür? Bu mənzərədə balans olmasa da,
müəyyən səylərin göstərilməməsi dünyaya hansı perspektivləri vəd edir?
Maraqlıdır ki, strateji düşüncə, stratagemalar ilk dəfə qədim Şərqdə yaranmış
fenomendir.
Stratagema - hər hansı strateji məqsədin, prinsipin obrazlı, simvolik
ifadəsidir və əsasən rasionallığa köklənən Qərbdən fərqli olaraq Şərq təfəkkürünə
xasdır
19
.
Ümumiyyətlə, Şərq-İslam ölkələrində hər hansı
transmilli “b
eyin mərkəzləri”
və onların şəbəkələşməsindən danışmaq olarmı?
2012-ci ildə nəşr edilmiş “
An Arab Think Tank Directory” adlı sorğu-
məlumatda, ərəb-islam ölkələrində 212 beyin mərkəzinin mövcud olduğu
qeyd edilir. Bu heç də kiçik rəqəm deyil. Həmin məlumata əsasən, Misirdə 38,
İordaniyada 37, Fələstində 23, Tunisdə 28, Livanda 22, Mərakeşdə 20, İraqda 17
və s. beyin mərkəzi mövcuddur.
20
Bu bölgədə regional və ya transmilli beyin mərkəzlərinin formalaşması
məsələləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin təşkilatçılığı ilə 1-3 mart 2012-ci il tarixlərində Bakıda keçirilən
“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin “beyin mərkəzləri”nin III
Forumu”nda SAM ekspertlərinin səsləndirdiyi təkliflər sırasında olmuşdur.
18 Elnur Aslanov. Think Tank Diplomacy: Towards new intellectual space . İn : “Change
and Transformation
in the Organisation of Islamic Cooperation (OIC) Countries”. 3rd THINK
TANK FORUM OIC member states
2-3 march, 2012 , p.21-27.
19 Н.А.Медушевский,Криппендорф К. 36 стратегий для победы в эпоху конкуренции /Перев. с англ.
– СПб.: Питер, 2005. – 256 с.
20 http://foundationforfuture. org/en/Portals/0/Conferences/Think%20Tank%20 Forum/Directory%20
of%20 Arab%20Think%20 Tanks % 20%28draft%2916July.pdf
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
100
Məlum olduğu kimi İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu «İƏT
ölkələrində dəyişikliklər və transformasiya” ümumi mövzusu altında keçirilmişdir.
Forumda 5 bölmə- «Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası», «Milli
və beynəlxalq siyasətin inkişafına baxış», «İdarəetmədə və dövlət idarəçiliyində
innovasiyalar», «İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması
missiyası» və «Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı»-
üzrə edilən məruzələr kitab şəklində ingilis
dilində çap edilmişdir
21
.
İƏT üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda 40-dan çox ölkəni
təmsil edən dövlət xadimləri, alimlər, deputatlar, beyin mərkəzlərinin rəhbərləri,
tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrin iştirak etdiyi
Forumda SAM-ın təşəbbüsü ilə Şərq bölgəsində yaradılacaq TBMŞ-nin ilkin
layihəsi də təqdim edilmişdir. Təkliflər belə əsaslandırılmışdır ki, müasir dünyada
baş verən qlobal dəyişikliklərə və kollektiv səylərin birləşdirilməsi rəğmən bəzi
qüvvələrin islamofobiya mövqeyindən çıxış etməsi sivilizasiyalararası dialoq
və inteqrasiya prosesində fəal iştirak edən transmilli şəbəkələşməni gündəmə
gətirmişdir. Bunlar İƏT-ə üzv ölkələrdə də yeni nəsil BM-lərin yaradılmasını,
elmi-intellektual potensialın BM-lərin timsalında təşkilatlanmasını zəruri edir. O
da vurğulanmışdır ki, Şərqdə: 1.insan resurslarının, 2. təbii sərvətlərin və 3. zəngin
tarixi elmi irsin olmasına baxmayaraq, bu prosesin gecikməsi dövrün çağırışlarına
adekvat olan vəziyyət deyil.
İƏT-ə üzv ölkələrin 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və
ikinci forumlarından sonra sayca üçüncü olan bu tədbirdə Azərbaycandan səslənən
təşəbbüsün ortaq platforma və qlobal şəbəkələşmə formatında reallaşması
transmilli ABM məkanında balansın təmin edilməsinə doğru ilk ciddi addım ola
bilərdi.
2.6. Dünyada Araşdırma və Beyin Mərkəzlərinin gender landşaftı
ABM-lərin daha bir xüsusiyyətinə diqqət yetirmək maraqlı olardı. Qlobal
məkanda BM-lərin gender aspektində mənzərəsi necədir? Qlobal reytinqdə əksini
tapan dünyanın 182 ölkəsindəki 6545
BM-in rəhbərliyində qadınların sayı nə
qədərdir?
XX əsrdə qadınların, demək olar ki, heç bir BM rəhbərliyinin təmsilçiləri
sırasında olmaması kimi təəccüblü ənənə XXI əsrdə dəyişə bilmişdirmi?
Qadınların bu sahədə fəaliyyəti başqa sahələrdən fərqlənirmi?
21 Change and Transformation in the Organization of Islamic Cooperation (OIC) Countries. 3rd
Think Tank
Forum OİC Member States. Baku, 2-3 March 2012.480 p.