Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə44/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   40   41   42   43   44   45   46   47   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
118
burada orta sinfin, sahibkarların təsis etdiyi və ya xeyriyyə vəsaiti əsasında yara-
dılan  təsisatlar yoxdur. Adətən, xarici təcrübədə bu mərkəzlər sahibkarlar, ictimai 
xadimlər və alimlərin təşəbbüsü ilə yaradılır və bir qayda olaraq qeyri-hökumət 
mənbələrindən maliyyələşirlər. Digər tərəfdən, milli xeyriyyəçilik ənənələrinin bu 
sahəyə yönəldilməsi üçün qanunvericiliklə möhkəmləndirilmiş stimullar, səmərəli 
iqtisadi təşəbbüs və təşviqlər də yoxdur. Milli biznes üçüncü sektora xeyriyyəçi 
yardımlar  edilməsində  maraqlı  deyil.  Bu,  Azərbaycan  reallığının  ən  qabarıq 
göstəricisidir.  Belə  ki,  kitabın  əvvəlində  qeyd  edildiyi  kimi,  dünyada  BM-lərin 
yaranması və inkişafı tarixi sübut edir ki, bu institutun fəaliyyəti sahibkarlar və iş 
adamlarının  dəstəyi olmadan mümkün ola bilməzdi.
Orta  sinfin  bu  istiqamətdə    işlərə  həssaslığına  təkan  vermək  üçün    ilk 
növbədə  müəyyən  qanunverici-hüquqi  baza  təmin  olunmalıdır.  Bununla  bağlı 
qanunvericiliyə dəyişikliklər edilməli, ABM-lərə, özəl sektorun QHT-lərə dəstək 
verməsinə mane olan obyektiv və subyektiv  müddəalar təhlil edilməlidir.   
Ölkədə vətəndaş cəmiyyəti və sahibkarlar arasında hər hansı münasibətlərin 
inkişafı və mövcudluğu haqqında danışmaq çətindir. Lakin bir sənəd ilk nümunə 
kimi qeyd edilə bilər. 
“2011-ci ildə Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına Yardım Fon-
du”  QHT-lərin  məsuliyyət  Xartiyasını  hazırlamışdır.  Xartiyanın  imzalanmasın-
da məqsəd ümumi iş prinsiplərini müəyyən etmək, daxili və xarici hesabatlılığı, 
maraqlı  tərəflərlə  qarşılıqlı  münasibətləri  möhkəmləndirmək,  dünya  təcrübəsini 
nəzərə almaq və s. olmuşdur. Lakin Xartiyanın imzalanmasından keçən dövrdə 
hər hansı nəzərəçarpacaq müsbət dəyişikliklər olmamışdır”. 
5
Analitik mərkəzlərin müasir şəraitdə xarici donorlar və ya dövlət tərəfindən 
maliyyələşməsi yeganə maliyyə mənbəyi və  çıxış yolu ola bilməz.
   Qanunvericilikdə  bu  məsələləri  tənzimləyən  məqamların  əksini  tapmama-
sı analitik mərkəzlərin fəaliyyətini məhdudlaşdıraraq problem yaradır. Beləliklə, 
məlum olur ki, bu sektorda “xarici amilin güclü olması” hər şeydən əvvəl daxili  
mühit və amillərin nəticəsidir. Ölkənin hazırkı inkişaf meyillərini nəzərə alaraq 
demək olar ki, belə bir vəziyyətin aradan qaldırılması olduqca vacib, eyni zaman-
da həlli mümkün məsələdir.     
3.5. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ideoloji statusu
Analitik mərkəzlər aşkar şəkildə olmasa da müxtəlif  siyasi, ideoloji, yaxud 
metodoloji  yönlü  ola  bilər.  Bu  onların  vətəndaş  cəmiyyəti  qurumlarından  mü-
hüm  fərqlərindən  biridir.Ümumiyyətlə,  dünyada  ABM-lərin  müxtəlif  ideoloji 
5 İSİM. QHT Davamlılıq İndeksi-Azərbaycan, s.7.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
119
oriyentasiyalara  xidmət etməsi, daha doğrusu, onların  növləri içərisində ideo-
loji istiqamətli qurumların olması təbiidir. Dünya təcrübəsində, məsələn, ABŞ-da 
ideoloji status BM-lərin təsnifat meyarları sırasında ən mühümlərindən biri sayı-
lır. Hətta tamamilə yeni ideologiyanın yaranması və dünyada yayılmasına xidmət 
etmək funksiyasını daşıyan BM-ri də var. (Məsələn, ABŞ-dakı “İrs” (Heritage) 
fondu kimi)
Hər il aparılan reytinqlərdə davamlı olaraq birinci yerdə duran Brukinqs İnsti-
tutu BM-zi mərkəzçi (sentrist) ideoloji mövqeyə malikdir.
6
Amerikada  BM-lərin  ideoloji  oriyentasiyasını  digər  bir  meyil  də  izah  edir:  
“XX  əsrin  sonlarından  BM-lərin  sırasında  mühafizəkar  yönümlülər  liberal 
yönümlüləri    2  dəfə  üstələyib. Yerli  və  regonal  BM-lər  sırasında  isə  bu  rəqəm 
3:1-ə nisbəti kimi olub. İdeoloji baxımdan neytral olan BM-lər resursların daha 
çox hissəsini - ümumi maliyyə həcminin yarısı qədər - alırlar. Bu həm də onunla 
əlaqədardır  ki,  nəhəng  tədqiqat  qurumları  (məsələn,  RAND  və  s.)  bu  qəbildən 
olan BM-lərdir. Bununla belə, “müəyyən ideoloji oriyentasiyaya malik olmayan” 
mərkəzlər çıxılarsa, qalan resursların ümumi həcmindən dörddən üçünü konser-
vativ yönümlü BM-lər alırlar. Narahatlıq doğuran isə belə bir məsələdir ki,  BM-
lərin ideoloji qarşıdurmasının qütbləşmə formasını alması müasir dövrdə onların 
inkişafına qlobal  xas olan xüsusiyyətdir. Bu meylə Qərb ölkələrinin, daha çox isə 
Almaniyanın BM-lərində rast gəlinir.
7
XX əsrin 90-cı illərindən etbarən dünyada ideoloji oriyentasiyalı BM-lərin in-
kişafında yüksəliş müşahidə edilmişdir. 
Qərb  ölkələrində  analitik  mərkəzlərin  tədqiqatlarının  siyasi  istiqamətləri 
haqqında  danışarkən  bir  çox  ekspertlər  müxtəlif  ideoloji  yönlü  mərkəzlər  üçün 
informasiya  əldə  edilməsində  bəzi  maneələrin  olduğunu  qeyd  edirlər.  “Sol” 
yönlü analitik mərkəzlərdən fərqli olaraq mühafizəkar yönlü analitik mərkəzlər 
(öz  rəhbərlərinin  əlaqələrindən  istifadə  edərək)  əsasən  korporasiya  və  iri 
biznesmenlərdən  həm maddi, həm də siyasi dəstək (“ianə”, şəxsi və korporativ 
yardımlar, tədqiqat sifarişləri formasında) alırlar. “Sol” baxış isə əsasən bir qayda 
olaraq universitetlər hesabına yaşayan akademik mərkəzlərdə üstünlük təşkil edir.
Şərqi Avropa ölkələrində liberal-demokratik istiqamətli analitik mərkəzlər sayca 
nisbətən çoxdur. Bu analitik mərkəzlərin keçid ölkələrindəki mövcud rolu müvafiq 
olaraq davamlı və birmənalı demokratiya subyektinə olan tələbatla bağlıdır.
BM-lər demokratik cəmiyyətin atributlarından biri kimi ictimai siyasət institut-
ları sırasında aparıcı mövqeyə malikdirlər. Lakin nədənsə xarici donor təşkilatları 
bu qəbildən olan qurumların yaradılmasında fəallıq göstərmirlər. Maraqlıdır ki, 
6 http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness & Accuracy in reporting (FAIR’s)
7 McGann, J.G. Global trends in think tanks and policy advice. Philadelphia, PA: TTCSP, 2007. - 17 p.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə