Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə41/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   37   38   39   40   41   42   43   44   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
112
Mərkəzi  (Think Tank)”  yaradılması  təşəbbüsü  ilə  çıxış  etmişdir  (!?).  Mərkəzin 
əsas məqsədlərindən biri  “eyni zamanda öz maraqlarına effektiv lobbiçilik edir”-
kimi müəyyən edilmişdir. Necə deyərlər şərhə ehtiyac yoxdur.
2
Yaxud da şərh etməyə cəhd etsək, “QHT-lər, ictimai birliklər və fondlar haq-
qında Qanunun” 2-ci maddəsində göstərilir  ki, QHT-lər siyasi hakimiyyət uğrun-
da mübarizə aparmır.  Bu baxımdan bəzi qurumlar məhz yalnız  siyasi məqsədlərlə 
məşğul olmaq üçün özlərini “beyin mərkəzi, fikir fabriki” adlandırmağı çıxış yolu 
hesab edirlər.
Aparılan araşdırmalar nəticəsində ABM-lərin vətəndaş cəmiyyətindən fərqli 
cəhətləri  sırasında  tədqiqatçıların    indiyə  qədər  qeyd  etmədiyi  4  cəhət  bizim  
tərəfimizdən müəyyən edilmişdir:
1.  Vətəndaş cəmiyyəti yalnız qeyri-dövlət təşkilatı (QHT) ola bilərsə, ABM-lər 
həm qeyri-dövlət, həm də dövlət təşkilatları  ola bilər. Dövlət QHT-lərə vəsait 
ayırsa da, onlar fəaliyyətlərində siyasi funksiyalara malik deyillər. ABM-lər 
isə bu funksiyaya malikdirlər.
2.   Vətəndaş  cəmiyyəti  institutu  həm  yerli,  həm  də  xarici  donordan  qrant  ala 
bildiyi halda, ABM-lər yalnız milli maraqlara cavab verdiyi halda özəl və ya 
xarici mənbələrdən maliyyə dəstəyi ala bilirlər. Hər halda dünya təcrübəsi 
bunu  sübut  edir.  Dövlətçiliyin  möhkəmləndirilməsinin  optimal  və  stra-
teji  yollarına  dair  ideyalar  yalnız  milli  maraqlar  baxımından,  milli  məkan 
və  milli  siyasi  subyektlər  üçün  prioritet  ola  bilər.  Xarici  ölkədən  outsor-
sinqin  (kənardan  ekspert  və  mütəxəissis  cəlb  edilməklə  layihələrin  həyata 
keçirilməsi) tətbiqinin qeyri-mümkünlüyü də bununla bağlıdır. ABM-lər xa-
rici ölkələrlə yalnız dövlətin maraqları çərçivəsində birgə layihələr icra edə 
və bu layihələr çərçivəsində qismən maliyyələşə bilərlər.
3.   Vətəndaş  cəmiyyəti  institutunun  fəaliyyəti  bütün  istiqamətlərdə  açıq,  şəffaf 
olduğu  halda  ABM-lərin  qapalı  olan,  ictimai  rəyə  açıqlanmayan  analitik 
fəaliyyətləri  də  olur.  Hətta  fəaliyyətinin  əhəmiyyətli  qismi  tamamilə  qapalı 
olan BM-lər də var.
4.   Vətəndaş cəmiyyəti qurumlarının sosial funksiyası onların məhsulunun əsasən 
sosial təbəqələrə ünvanlanmasını şərtləndirirsə, BM-lərinin analitik məhsulu   
bütövlükdə milli elitalara, xüsusilə də siyasi elitaya hesablanmışdır.
Azərbaycanda  ABM-lərin  təkamül  dinamikasının  izlənilməsindən  əldə 
edilən  mühüm  qənaətlərdən  biri  də  budur  ki,  onlar  artıq  təşkilatlanma  və 
fəaliyyət prinsiplərində dünyada analoji qurumların meyarlarını, standartlarını 
tətbiq etməyi gündəmə gətirmişlər. Bu proses ilk növbədə son illər dövlətin 
bu sahəyə həssas siyasətindən və  Azərbaycan Respublikasının Prezidenti ya-
2 http://www.tt-ipd.info/think-thank/?lang=az


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
113
nında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkə qarşısında 
duran məsələlərin həllində fəal mövqe tutmaq və uyğun təşəbbüsləri yaxından 
dəstəkləmək cəhdlərindən irəli gəlir. Təbii olaraq, bu mütərəqqi meyillərin fo-
nunda Azərbaycanda ictimai birliklər sırasında ABM-lərin hüquqi-qanunverici 
əsaslarının, statusunun hələ də müəyyən edilməməsi prosesləri ləngidən amilə 
çevrilir.  Bu  isə  siyasi  rəhbərliyin  həm  demokratik  dövlət  quruculuğunun 
təkmilləşməsi, həm də innovasiyalı cəmiyyətə keçid məsələlərinin  həlli kimi 
irəli sürdüyü vəzifələrə adekvat deyil.
“QHT sektorunun daha da güclənməsi, daha çox layihələrə imza atması üçün həm 
də hüquqi baza təkmilləşməlidir. Bu sektorun davamlı inkişafının vacibliyini nəzərə 
alaraq, Şura “QHT standartları” adlı sənəd hazırlamışdır. Bu sənədin mahiyyəti on-
dan ibarətdir ki, bu gün bir təsisçisi olan və ofisi olmayan təşkilat da özünü QHT 
sayır, böyük ofis və maddi bazaya malik olan təşkilat da. Qanunla onların fəaliyyəti 
bərabərdir. Bu gün oturuşmuş təşkilatların seçilməsi məsələsi gündəmə gəlib. Bu 
sənədə görə, standartlar müəyyən olunacaq və QHT-lərə sertifikat veriləcək. Bu ser-
tifikata sahib olan təşkilatlar isə daha böyük layihələr həyata keçirəcəklər. Bu tip 
məsələlər isə, təbii ki, hüquqi bazaya malik olmalıdır”. 
3
Təbii olaraq, bu proseslər sadəcə mərkəzlərin adına “araşdırma”, yaxud  “be-
yin mərkəzi” sözünü əlavə etməkə məhdudlaşmayıb, əslində ölkədə gedən ciddi 
və mütərəqqi islahatların nəticəsidir.
Bununla  belə  qeyd  edilməlidir  ki,  mətbuatda  bəzən  beyin  mərkəzləri  ilə 
bağlı məlumatlar verilsə də görülən işlər və  real fəaliyyət sezilmir. Məsələn, 
Azərbaycanda      gənclər  şəbəkəsi  və  German  Marşall  Fondu  tərəfindən   
«E-think-tank» («Ekspert») layihəsinin həyata keçirilməsi haqda da mətbuatda 
məlumatlar  verilir.  Bu  layihələrdə  qarşıya  “nəhəng”  məqsədlərin:  “dövlət 
idarəçiliyi  və  insan  kapitalı,  sosial  dövlət,  azad  bazar  iqtisadiyyatı,  gənclər 
siyasəti, insan haqları, ətraf mühit, hökumətin səmərəliliyini artırmaq, qərar 
qəbulunda  ekspertlərin  rolu, Azərbaycanda  şəxsi  həyatın  toxunulmazlığı  və 
ifadə  azadlığı  arasında  tarazlaşdırılmış  siyasətin  yaradılması,  regionlarda 
gənclərin  ictimai  fəallığının    artırılması, Azərbaycanda  yerli  özünüidarənin 
optimal təşkili və s.- qoyulduğu vurğulansa da  ortada konkret nəticələr və ya 
analitik məhsul görünmür.
Son illər Azərbaycanda ABM-nin yaranmasında xarici amillər də fəallıq nüma-
yiş etdirməyə başlamışdır. Belə ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (ACİ-
YF) qurumu tərəfindən siyasət tədqiqatları və monitorinqin aparılması, hökümətin 
hesabatlılığının artırılması və vətəndaşların maraqlarının vəkilliyi üzrə fəaliyyət 
3  http://www.  qhtxeber.az/  news/a-14015.html/  F.Qurbanov.  “  QHT  sektorunun  inkişafında  dövlət  qədər
özəl şirkətlər də maraqlı olmalıdır.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə