Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə43/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   39   40   41   42   43   44   45   46   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
116
Mərkəzin ekspertləri ayda orta hesabla 10 dəfəyə yaxın milli media-məkana çı-
xırlar.  Mərkəzin  şəxsi  veb-saytı,  dövri  mətbuatı  olur.  Mütəxəssislərə  və  dövlət 
hakimiyyəti orqanlarına yönəlmiş kitabları, broşüraları (təxminən 1000 nüsxədə) 
çap olunur. Nəşriyyat fəaliyyətinə xüsusi diqqət yetirilir, çünki o dövlətdən asılı 
olmayan məlumat kanalı kimi çıxış edir. Lakin reallıqda informasiya məkanındakı 
bu mövcudluq heç də proseslərə təsir etmək bacarığı ilə bağlı göstərici deyil. Belə 
ki, analitikanın nüvəsi olan yenilikçi ideyalar, alternativ təkliflər kimi məhsul o 
qədər də çox deyil.     
Bu gün üçün qeyri-dövlət yönlü ABM-lərinin fəaliyyətində canlanma hiss olu-
nur. 
Əsas olan odur ki, onlar ictimai proseslərin subyektlərindən biri kimi fəaliyyət 
göstərirlər. ABM-lərin müəyyən qədər kadr və intellektual resursu toplanıb, digər 
ölkələrin tədqiqat təşkilatları ilə əməkdaşlıq təcrübəsi var. Təcrübə göstərir ki, bu 
strukturlar dövlət tədqiqat müəssisələrindən fərqli olaraq daha çevikdirlər, araş-
dırmalar üçün lazımi ekspert ştatı cəlb edə və dövlətə peşəkar hazırlanmış analitik 
məhsul, yeni qərarlar və onların reallaşdırılması üçün mexanizmlər və texnologi-
yalar təklif edə bilərlər. 
Tam  əsaslarla  demək  olar  ki,  qeyri-hökumət  analitik  mərkəzlərinə  tələbat 
var.  Bununla  yanaşı,  bu  mərkəzlər  cəmiyyətin  etimad  və    inamına  malik  olub, 
hakimiyyət və cəmiyyət arasındakı özünəməxsus “intellektual dialoq və körpü” 
ola bilərlər.    
Dünya təcrübəsində analoji qurumlar, tədqiqat strukturları analitik məhsul, in-
novasion qərarlar, onların reallaşdırılması mexanizmləri təklif etməklə hakimiyyət 
üçün yeni ideyaların generatoru kimi çıxış edirlər və bu zaman büdcədənkənar 
vəsaitlərdən  istifadə  edirlər.  Yəni  dövlət  büdcənin  üzərinə  “ağırlıq  salmadan”, 
vəsait sərf etmədən lazımi intellektual ehtiyatları cəlb və səfərbər edə bilər.
Analitik  mərkəzlərin  iştirakı  zamanı  vacib  strateji  sənədlər  (doktrina,    kon-
sepsiya, proqram və s.) hazırlanır və müstəqil ekspertlər qanun layihələrinin ha-
zırlanmasında  və  ekspertizasında  iştirak  edirlər.  Dünyada  ABM  ekspertlərinin 
müxtəlif problemlərlə bağlı (Avropaya inteqrasiya, enerji strategiyası, intellektual 
mülkiyyətlə bağlı qanunvericilik, söz azadlığı və informasiya təhlükəsizliyi və s.) 
parlament dinləmələrində iştiraka fəal cəlb edilməsi parlament praktikasına daxil 
edilib. Onlar vacib dövlət qərarlarının və sənədlərinin hazırlanmasında yaxından 
iştirak edirlər. Qeyri-hökumət analitiklərinin hakimiyyət orqanları yanında ictimai 
ekspert şuralarında, parlament komitələri yanında ekspert şuraları da daxil olmaq-
la təmsil olunması kimi müsbət  təcrübəsi yerli praktikada tətbiq edilir və daha 
miqyaslı şəkil ala  bilər. 
ABM-lər  yalnız  intellektual mühit  və  dövlət  aparatı arasında  vasitəçi deyil, 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
117
həm də vətəndaş nəzarətinin  vasitəsi, ölkə qarşısında duran problemlərin kütləvi 
müzakirəsinin təşəbbüskarıdırlar. Məhz onların təşəbbüsü ilə cəmiyyət həyatının 
müxtəlif sahələrində (sosial, iqtisadi, hüquqi, hərbi və s.) islahatlar, seçki qanun-
vericiliyi və s. problemlər  kütləvi müzakirəyə çıxarılır.  
Qeyri-hökumət analitik mərkəzləri müstəqil tədqiqatlar apara, eyni problemi 
müxtəlif mövqelərdən araşdıra, tədqiqat mərkəzləri arasında rəqabət yarada bilərlər 
ki,  bu  da  tədqiqatların keyfiyyətini  yüksəldə  bilər.  Ümumilikdə  isə  cəmiyyətdə 
qeyri-hökumət analitik mərkəzlərinin fəaliyyətinin zəruriliyini dərketmə və onlara 
inam var. Lakin bu mərkəzlərin “faydalı iş əmsalı”nın daha yüksək olması üçün 
cəmiyyət və əlaqədar təşkilatlar bu strukturların inkişafına kömək etməli, onların 
araşdırmalarından səmərəli istifadə etməlidirlər.
Hakimiyyətlə  səmərəli  əməkdaşlıq  formalarına  gəldikdə,  tədqiqat  gedişində 
sorğunu  cavablandıran  ekspertlərin  əksəriyyəti  hesab  edirlər  ki,  analitik 
mərkəzlərin  inkişafının  qarşısını  alan  əsas  problem  hüquqi  bazanın  boşluğu  və 
cəmiyyətin, müvafiq strukturların onlarla əməkdaşlıqda maraqlı olmamasıdır. 
Hakimiyyətlə qeyri-hökumət analitik mərkəzlərinin bu strukturlar çərçivəsində 
əməkdaşlığının  nəticələri  bir  sıra  səbəblərlə  -  strateji  planlaşdırma,  davamlı 
layihələr, qarşılıqlı  əlaqələr və maliyyə təminatı - şərtlənir və zəifdir. 
Bu  gün  qeyri-hökumət  analitik  mərkəzlərinin  inkişafına  təsir  edən  ümumi 
amillər sırasında daha çox müsbət olan məqamlar var.
Xarici donordan asılılığın isə  daxili səbəbləri mövcuddur.Azərbaycanın dün-
yadakı  intellektual  rəqabət  imkanlarının  əsas  tərkib  hissəsi  olan  yerli  analitik 
strukturlar bu gün daxili dəstəkdən çox xarici dəstək alır, reallıqda maliyyə disba-
lansı mövcuddur. Qeyri-hökumət analitik mərkəzlərinin illik büdcə strukturunun 
faiz nisbətində xarici qrantlar daxili  mənbələri üstələyir.  
Bu  vəziyyətin  əsas  daxili  səbəblərindən  biri  də  qeyri-hökumət  analitik 
mərkəzlərinin fəaliyyət göstərdiyi mühitin təkmilləşməsi ilə bağlıdır. 
Azərbaycanda  “beyin  mərkəzləri”nin  yeni  sistemli  modelini  formalaşdır-
maq  məqsədini  həyata  keçirərkən,  dünya  təcrübəsindəki  ən  yaxşı  cəhətlərdən 
bəhrələnməyin,  qanunauyğunluqları nəzərə almağın vacibliyi diqqət mərkəzində 
olmalıdır. Bütün dünyada “beyin mərkəzləri”ni, innovasiya ənənələrini yaradan-
lar sırasında orta sinif aparıcı yer tutur.  
Azərbaycanda bu günə qədər hələlik bu maliyyələşmə üsulu inkişaf etməmişdir, 
çünki müstəqil biznesmen, qrant verə bilən aktorlar mövcud deyil. Digər resurslar 
isə (iqtisadi, təşkilati, siyasi və s.) dövlətə məxsusdur. (Təbii ki, demək olar ki, bü-
tün özəl biznes strukturlarında, bank sistemlərində belə mənbələrdən maliyyələşən 
analitik departamentlər burada nəzərdə tutulmur.) 
Yerli BM-lər Amerika və Avropadakı həmkarlarından onunla fərqlənirlər ki, 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə