AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
120
nə üçün qlobal donor və yardım təşkilatları elmi və intellekti inkişaf etdirə bilən
təşkilatları deyil, məhz siyasi profilli təşkilatları, yalnız “söz, insan hüquqları və
azadlıqları” ilə məşğul olan təşkilatları dəstəkləyirlər? Bu sualın cavabı da ideoloji
müstəvidədir.
“Region” Beynəlxalq Analitik Mərkəzi İdarə Heyətinin sədri Razi Nurulla-
yev xarici donorlar və onların yerli QHT-lərə münasibətləri barədə danışarkən
qeyd edir: “Məsələ burasındadır ki, yerli QHT-lər layihələri Azərbaycan dilində
hazırlayıb sonradan ingilis dilinə tərcümə etdirirlər. Bu zaman haradasa 20 faiz
təhrif mümkündür. Bunun nəticəsidir ki, xarici donorların keçirdikləri qrant
müsabiqələrinin qalibləri elə xarici QHT-lər olurlar. Həmin QHT-lər sonradan
Azərbaycan QHT-lərini formal olaraq tərəfdaş kimi seçirlər. Onu da deyim ki,
xarici QHT-lər, adətən, aldıqları qrantların böyük bir qismini adminstrativ xərclərə
yönəldirlər. Birbaşa nəzərdə tutulan məqsədə yönəldilən vəsaitlərin həcmi isə
çox az olur. Başqa sözlə, xarici donorların ayırdığı qrantlar Azərbaycanda de-
mokratiyanın, insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafına deyil, onla-
rın öz ölkələrini təmsil edən QHT-lərin imkanlarının artırılmasına yönəlir. Bu,
çox pis tendensiyadır. Çünki beynəlxalq donorlar həmişə elan edirlər ki, onlar
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihələr həyata keçirirlər.
Bu barədə ağızdolusu danışırlar, amma əməli işə gələndə kənaraçıxmalara yol
verirlər.
Baş verənlər sadəcə beynəlxalq donorların müəyyənləşdirdiyi yeni siyasətin
nəticəsidir. Onlar sadəcə ayırdıqları pulla öz təşkilatlarını maliyyələşdirmək
istəyirlər. Qalanları isə hamısı bəhanədir”.
8
Son dövrlər yerli məkanda “beyin mərkəzi” adı altında fəaliyyət göstərən bəzi
mərkəzlər xarici donorlar tərəfindən qeyd edilən geosiyasi məqsədlərə xidmət
edən qrant layihələri ilə maliyyələşdirilir. Bu o deməkdir ki, xarici maliyyə donor
təşkilatları Azərbaycanda BM-lərin formalaşması və funksiyalarını bu mərhələdə də
yanlış istiqamətdə yönləndirməyə cəhd edirlər. Özlərindən asılı olan və istədikləri
nəticələri onlara təqdim edən QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin olduğunu
görərək, BM adı altında haradasa loyal və elmi-intellektual çərçivədən kənar təsisat
yaratmağa cəhd göstərirlər ki, bu da açıq şəkildə hiss olunur.
Beynəlxaq donor təşkilatlarının bu maraqları tədqiqatçıların da diqqətini cəlb
edir. Məsələn, Şotlandiyalı analitik Cerri Xasan “Beyin mərkəzləri”nin inqilabı-
nın hüdudları” adlı əsərində yazır: “Nə üçün postdemokratik ölkələrdə intellektual
strukturların inkişafına diqqət yetirilmir, nə üçün burada intellektual innovasiyalar
ləngiyir?”
9
8 www.civil-soc.org/blog/?paged=4// “Xarici donorlar Azərbaycan QHT-lərinə hörmətsizlik edirlər”
9 Gerry Hassan. The Limits of the ‘Think Tank’ Revolution.
Open Democracy, 8.09.2008.// http://www. open-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
121
Qeyd edilənlər fonunda Azərbaycanda ABM-lərin ideoloji statusu ilə bağlı
məsələnin aktual olmadığını düşünmək yanlışlıq olardı. Bu həm də mərkəzlərin
özlərini araşdırma qurumu kimi identikləşdirməsinə dəlalət edən xüsusiyyət kimi
də maraqlıdır.
Keçən əsrin 90-cı illərinin ortalarında ölkədə ideoloji oriyentasiya baxımın-
dan fərqlənən çoxsaylı mərkəzlər formalaşmağa başlamışdır. Onların fəaliyyəti
və istiqamətlərindəki fərqlərə baxmayaraq, milli məkanda BM-lərin yaranması,
kəmiyyət baxımından artması, ideoloji yönümlülüyü, tədqiqat istiqamətləri və
təqdim etdiyi analitik məhsula görə müəyyən qənaətə gəlmək olar.
Digər tərəfdən qeyd edilməlidir ki, yerli məkanda formalaşan BM-lərin, demək
olar ki, əksəriyyəti aydın ideoloji istiqamətə malik olmadığını düşünsə də, bu belə
deyil, yaxud da bu mümkün deyil. Halbuki inkişaf etmiş ölkələrdə BM-lər öz ide-
oloji seçimləri barədə aşkar mövqe nümayiş etdirirlər.
Əsas tədqiqat istiqamətləri üzrə ümumiləşdirmək istəsək, ictimai siyasət insti-
tutlarının fəaliyyətində yarandığı ilk illərdə
neoliberal demokratik, bəzi hallarda
radikal ritorikanın üstünlük təşkil etdiyi mərhələdən, inkişafın yeni mərhələsindən
etibarən isə milli praktikada geniş vüsət alan sosial-iqtisadi araşdırmalarda mötədil
liberal mövqeyə və son illərdə dövlətçilik maraqlarına uyğun gələn
mərkəzçi möv-
qenin önə keçdiyi mərhələyə istiqamətləndiyi qeyd edilə bilər. ABM-lər inkişaf
mərhələsindədir və onların fəaliyyətinin cəmiyyətin intellektual səviyyəsinin
modernləşməsinə və transformasiyasına töhfə verəcəyi şübhəsizdir.
Azərbaycanda da özəl sektorun, imkanlı insanların ABM institutuna çox həssas
olması həm onların, həm də ölkənin perspektivləri
üçün olduqca əhəmiyyətlidir
Azərbaycanın analitik-ekspert cəmiyyətlərini yalnız “sollara” və “sağlara”
bölmək onların əksəriyyətinin aşkar ifadə edilmiş ideya mövqeləri olmadığı üçün
çox çətindir. ABM-lərini ideoloji yönünə görə fərqləndirmək üçün əsas kimi möv-
cud olan siyasi ideologiyalar çərçivəsindən (“sollar”, “sağlar”, “mərkəzçilər”)
istifadə etmək lazım gəlir
Ölkədə “sağ” və “sol” sözləri ilə ifadə edilən ideoloji istiqamətlər aşkar
sezilməsə də, liberal, neoliberal, “mərkəzdən bir qədər sola” və “mərkəzdən bir
qədər sağa” adlandırılmalı olan mövqelər mövcuddur. Yarandığı ilk illərdə yerli
ABM-lərin fəaliyyətində liberal və neoliberal, hətta radikal meyillər daha güclü
olmuşdur. Bu həm xarici donorlardan və qrantlardan asılılıqla, həm də təsisçilərin
siyasi-ideoloji mövqeləri ilə bilavasitə bağlı olmuşdur.
10
Bir daha yuxarıda qeyd
democracy.net/article/yes/the-limits-of-the-think-tank-revolution
10 Özünü “Azərbaycanda yaradılan ilk “düşüncə mərkəzi”, “fikir fabriki” bəyan
edən Sülh və Demokratiya
İnstitutunun
fəaliyyəti, onun ABM-lərin meyarlarına nə dərəcədə cavab verdiyi cəmiyyətə aydındır. Maraqlıdır
ki, mərkəz öz vəzifələrini “hazır ideyaların (!?) və mexanizmlərin təbliği və tətbiqi”, “öz maraqlarına
effektiv
lobbiçilik”(!?) kimi müəyyən etmişdir.//http://www.tt-ipd.info/think-thank/Think Thank