AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
128
məkanına inteqrasiyaya imkan verir. Eyni zamanda, xarici tərəfdaşlar da yerli
məkanda bu istiqamətdə fəaliyyətini gücləndirmək niyyətini gizlətmir.
Yerli məkanın reallığından çıxış edərək, ABM-lərin ictimai siyasət institutu
olaraq təsnifatını, tipologiyasını, həyata keçirdiyi funksiyalarını və əhəmiyyətini
müəyyən etmək üçün qlobal reytinqdə tətbiq edilən 30-dan çox meyarın hamısı
deyil, bəzi mühüm meyarlar köməkçi rolunu oynaya bilər. Çünki yerli ABM-lər
formalaşma və inkişaf mərhələsindədir. Mühüm hesab edilən bəzi xüsusiyyətləri
qeyd edək:
Təşkilat tərəfindən həyata keçirilən layihələr təkcə məlumat xarakterli deyil,
analitik xarakterli olmalıdır. Bu meyar tətbiq edildikdə mövcud mərkəzlərin
öz əsas vəzifələrindən biri kimi cəmiyyətin müxtəlif sosial qruplarını bu və
ya digər problemlər və ya məsələlər haqqında məlumatlandırmağı vacib hesab
edir. Lakin bu funksiya öz-özlüyündə təşkilatı BM-ə aid etməyə imkan vermir.
Tədqiqatlar bir şəxs tərəfindən deyil, qrup tərəfindən həyata keçirilməlidir.
Yerli mərkəzlərdə fəal tədqiqatları bəzən 1-2 nəfər aparır. Bu nöqteyi-nəzərdən
hazırlanacaq son beyin məhsulu yalnız bir şəxsə məxsus olur. Nəticədə belə
qurum “beyin mərkəzi” sayıla bilməz. BM-də kadrların minimum və maksi-
mum hüdudları mövcuddur. Əgər kadrlar minimumdan az olarsa, qrup dina-
mikliyini itirir, yaxud maksimum həddi keçərsə, onda yeni ideyaların forma-
laşması keyfiyyətdən məhrum olur. BM bürokratik çalarlar kəsb edir.
Novasiyalar və əhəmiyyətli sahələrdə tədqiqatların aparılması da təşkilatın “be-
yin mərkəzi” olmasını müəyyən edən faktorlardan biridir. Belə ki, onlar digər
ölkələrdəki kimi Azərbaycanda da dövlət, cəmiyyət və milli maraqlar səviyyəsində
olmayan bir problemin və ya məsələnin tədqiqi ilə məşğuldurlar. Lakin milli
mənafe, maraqlar və fəaliyyətin genişliyi nöqteyi-nəzərindən bu cür təşkilatları
tam şəkildə “beyin mərkəzləri” kimi qiymətləndirmək düzgün olmazdı.
Siyasi proseslərə təsiri və nüfuz kapitalı. Bu meyar inkişaf etmiş demokratiya-
larda əsas göstəricilərdən biri hesab olunur. Lakin Azərbaycanda demokratik
və liberal siyasi mədəniyyətin, partiya beyin mərkəzlərinin formalaşma prose-
sinin davam etdiyi bir dövrdə bu meyar tətbiq edilərsə, o zaman ümumiyyətlə,
müvafiq “beyin mərkəzi”
tapmaq çox çətin olar.
“Beyin mərkəzi” tərəfindən analitik məhsulun təqdim forması. BM-lər
məhsullarını əsasən üç formada həyata keçirirlər. Birincisi, hakimiyyətə dövlət
siyasəti ilə bağlı tövsiyə-təkliflər paketini təqdim etmək və ya dövlət sifarişini
yerinə yetirərək bu və ya digər tədqiqat layihəsini həyata keçirmək. İkincisi,
beyin məhsulunu bu və ya digər böyük biznes təşkilatına satmaq. Bunu əsasən
sosial-iqtisadi sahədə fəaliyyət göstərən “beyin mərkəzləri” həyata keçirirlər.