Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə42/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   38   39   40   41   42   43   44   45   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
114
göstərən  QHT  və  alyansların  gücləndirilməsi  məqsədi  ilə  layihələr  həyata  ke-
çirmişdir. Sitat: “ 2008-ci ildən başlayaraq, siyasət tədqiqatlarının keyfiyyətinin 
artırılması  və  ölkədə  müstəqil  siyasət  araşdırmaları  mərkəzlərinin  davamlı  in-
kişafını  təmin  etmək  üçün  “Analitik  Mərkəzlərə  yardım    proqramı”  fəaliyyətə 
başlamışdır. ACİ–Yardım Fondunun analitik qruplara (think tank) yardım proq-
ramının 2009–cu il müsabiqəsinin nəticəsində təqdim edilən 8 siyasi araşdırma 
təklifi  dəstəklənmişdir. Təklifləri  :  İqtisadi  və  Siyasi Araşdırmalar  Mərkəzi,  İc-
timai Vəsaitin Monitorinqi Mərkəzi, Siqma Mərkəzi, İntellekt İB,  AKTAM İB, 
Azərbaycan Hüquqşünaslar Assosiyasiyası,  İqtisadi Tədqiqatlar Mərkəz və İqti-
sadi İnnovasiya Mərkəzi təqdim etmişdir”.
ABM-lərini ictimai siyasət və ümumiyyətlə, siyasi aktorlardan fərqləndirmək 
üçün metodoloji yanaşma kimi təşkilatlanma və subyekt amillərindən çıxış etmək 
lazım gəlir. Bu amillərin uğurlu təhlili isə (əvvəldə qeyd edilən) struktur və funk-
sional yanaşmada aşkara çıxa bilər.
Ölkə  miqyasında  məhz  təşkilatlanması  və  fəaliyyətində  analitik,  tətbiqi 
tədqiqatlara  istiqamətlənən,  daxili  inkişafının  daha  səmərəli  strategiyaları-
nı planlaşdıran, siyasi məkanda iştirakını və qərar qəbul edən şəxslərə təsirini 
hiss ediləcək dərəcədə artıran, bu təsiri cəmiyyətdə etiraf edilən mərkəzlər artıq 
fərqlənir.
Bu  baxımdan,  formalaşdıqları  ilk  dövrlərdə  Azərbaycanda  araşdırma 
mərkəzləri öz üzərlərinə onlara xas olmayan missiyanı, yəni siyasi dəyişikliklərin 
həyata  keçirilməsi  kimi  taktikanın  daşıyıcıları  olmaq,  ictimai-siyasi  maraqları 
yönləndirmək (maraq qruplarının, siyasi partiyaların və s.)  kimi siyasi funksiyanı 
götürmüşlər.  
Son dövrdə QHT-lərin fəaliyyətində sosial sifarişlərə çevik cavab verə bilən 
kreativ  layihələrin  işlənməsinə,  vətəndaş-dövlət  dialoqunun  əsas  məkanına 
çevrilməsinə cəhdlər  göstərilməsi müşahidə edilir.
Bu  prosesdə  özlərini  Qərb  standartarına  müvafiq  “beyin  mərkəzləri”  ilə 
identikləşdirən təşkilatlar da var və onlar seçdikləri istiqamətdə inkişaf etməkdə 
iddialıdırlar.  Real  və  obyektiv  araşdırmalarla  siyasi  proseslərə  praqmatik  təsir 
etmək məqsədi olduqda problemlər də həllini tapa bilir. Qeyd edilən cəhət hələlik 
bu  gün  ənənəyə  çevrilməsə  də,  davamlı  olduğu  halda,  dünya  təcrübəsində  rast 
gəlinən BM-lərin keyfiyyət xüsusiyyətlərinə transformasiya prosesləri başlanğı-
cını götürə bilər.  
ABM-lər,  qeyd  edildiyi  kimi,  bilavasitə  cəmiyyətin  elitaları,  o  cümlədən 
başlıca olaraq siyasi elita ilə işləyir və öz analitik məhsullarını ona ünvanlayırlar. 
Azərbaycanda  bu  xüsusiyyət,  yəni  elita  ilə  ABM-lər  arasında  münasibətlərin 
infrastrukturu hələlik formalaşmamışdır.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
115
3.4. Azərbaycanda qeyri-dövlət analitik mərkəzlər:  
fəaliyyətin xüsusiyyətləri
Azərbaycanda “beyin mərkəzləri”ni ictimai birliklər kimi hər hansı məlumat 
kitabında izah edən oxşar söz birləşməsi yoxdur. Milli qanunvericilikdə də “qeyri-
dövlət analitik “beyin  mərkəzləri”nin”izahı verilmir.   Bu o deməkdir ki, de-yure 
olaraq BM-ləri hazırda cəmiyyətin intellektual qüvvəsi kimi  dərk edilməmiş fe-
nomen şəklində qalır. Eyni zamanda BM-ri de-fakto olaraq indiki dövrdə ölkənin  
ictimai-siyasi proseslərinə mühüm təsir göstərən və xüsusilə gələcək üçün əvəzsiz 
perspektivlərə malik olan qurum kimi mövcuddur. 
Vətəndaş cəmiyyəti sistemində ABM-nin mövcudluğunun dünya təcrübəsinə 
nəzər salsaq,   məsələn, Qeyri-Hökumət Təşkilatlarının Qlobal İndeksinin statis-
tik məlumatlarına görə  ABŞ-dan bu reytinqdə əks olunan 5329 QHT-nin 1815-i 
analitik mərkəzlərdir. Dünya Bankının məlumatına görə, ABŞ-da əhalinin ümumi 
sayına düşən QHT-lərin sayı 240 nəfər əhaliyə 1 QHT, (1/240), müvafiq olaraq, 
Polşada-1/900,  Fransada—1/80,Ukraynada-1/1500,  Estoniyada  1/150-dir,  Be-
lorusda-1/4500    kimidir. Azərbaycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  və 
təşkilatlanması kəmiyyət baxımından da bir çox MDB və başqa dövlətlərindən 
öndə  olması  ümuməm  qəbul  edilmiş  qənaətdir.  Bununla  belə,  “Demokratiyanı 
Öyrənmə İctimai Birliyinin   hesablamalarına  görə, Azərbaycanda hər 10 min 
nəfərə 3 QHT düşür”. Fikrimizcə bu rəqəmin dədqiqləşdirilməsinə ehtiyac var.
Son  illərdə  qeyri-hökumət  analitik  strukturları  şəbəkəsi  genişlənib,  “Qeydə 
alınan 2725 QHT mövcuddur. Eyni zamanda, onların ancaq yarısı aktiv fəaliyyət 
göstərir,  1350  QHT  maliyyə  hesabatı  verir.  Təqribən  1000  QHT  qeydiyyatsız 
fəaliyyət göstərir”. 
4
Azərbaycanda  orta  qeyri-hökumət  analitik  mərkəzi  dedikdə  göz  önünə  nə 
gəlir?  “Beyin  mərkəzi”  anlayışına  hansı  qeyri-dövlət  subyektləri  aid  ola  bilər? 
Ümumiyyətlə,  hər  hansı  bir  QHT  “beyin  mərkəzləri”nin  funksiyalarının  yalnız  
bir qismini yerinə yetirirsə, onu BM kimi qiymətləndirmək olar, ya yox?
Vətəndaş cəmiyyəti əsasında yaranan analitik mərkəz dedikdə göz önünə yığ-
cam ştatlı (10-15 nəfərlik) müstəqil struktur gəlir. Onun əməkdaşlarının 60-70%-i 
xarici dil bilir. Zəruri hallarda ekspert resursları kənardan cəlb edilməklə sayı iki 
dəfə çoxala bilər ki, bu da tədqiqatların keyfiyyətini və çevikliyini təmin edir.  
Bir  qayda  olaraq,  mərkəz  iki-üç  istiqamətli  tədqiqatlara  köklənir  (əsasən 
iqtisadi,  daxili  və  xarici  siyasət,  sosial  sahə). Analitik  məhsul  əsasən  hazırlıqlı 
auditoriyaya  ünvanlanır,  kütləvi  fəaliyyət  isə  ictimai  rəyə  təsir  etməyə  yönəlir. 
4 İSİM. 2011-ci il üçün QHT-lərin Davamlılıq İndeksi. iyun 2012


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə