Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə39/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   35   36   37   38   39   40   41   42   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
108
rın tapşırığı ilə akademik institutların hazırladığı analitik məruzələr və hesabatlar 
geniş  vüsət  almışdı.  Elmi  əsaslandırılmış  arqumentlərin  və  siyasi-tarixi  təhlilin 
dövlət siyasətinə dəstəyi həmin dövrdə dərk edilən mühüm həqiqətlərdən olmuş-
dur.
Eyni zamanda, müstəqil milli dövlətin olmaması səbəbindən XX əsrin 1990-cı 
illərinin ortalarına qədər milli maraqlara xidmət edən siyasətin planlaşdırılması, 
reallaşdırılması və qiymətləndirilməsi ilə bağlı Qərb modelli analitik mərkəzlər 
praktiki  olaraq  mövcud  olmamışdır.  Sovet  respublikalarında  xarici  siyasət 
sahəsində simvolik strukturlar fəaliyyət göstərirdi və onlar üçün milli maraqların 
təmin edilməsi mövzusu yasaq idi.
Digər tərəfdən, ABM-lər dedikdə dövlətyönlü akademik strukturlar  nəzərdə 
tutularsa,  analoji  qurumlar  da  praktiki  olaraq  Avropada  “fikir  fabrikləri”nin 
siyasətin müstəqil subyektinə çevrilməsi ilə eyni vaxtda yaranmağa başlamışdı. 
Məsələn, XX əsrin 50-60-cı illərində Azərbaycan Elmlər Akademiyasının ictimai 
elmlərlə məşğul olan institutlarında partiyanın aparıcı xəttini müəyyənləşdirməyə 
çalışırdılar. Onlar  birbaşa KP MK-dan, yaxud dolayısı ilə Elmlər Akademiyasın-
dan bu və ya digər problemlərin araşdırılması, tövsiyələr verilməsi ilə bağlı mü-
vafiq tapşırıqlar alırdılar. Bununla yanaşı, onlar öz analitik işlərini və tövsiyələrini 
MK-ya təqdim etmək üçün “rəqabət”aparırdılar. Belə demək olarsa,   sovet döv-
rünün ictimai elmlər institutları bilavasitə siyasi kursun elmi başa düşülən olmasa 
da, analitik siyasi-ideoloji təminatı funksiyasına xidmət edirdi.
Bu  funksiyanın  daha  bir  problemi  ondadır  ki,  sovet  dövrünün  politolo-
ji  ictimaiyyətşünaslıq  elmi  qısa  müddətdə  çeviklik,  refleksivlik  nümayiş  etdirə 
bilməmiş,  yeniləşmə  və  transformasiya  dövrü  uzun  çəkmişdir.  Bunun  da  ob-
yektiv  və  subyektiv  səbəbləri  mövcuddur.  Sosialist  sistemində  mövcud  olan 
ictimaiyyətşünaslıq qısa vaxtda ABM-lərinə, onları kadrla təmin edə biləcək analitik-
ekspert cəmiyyətinin formalaşmasına transformasiya etməyə qadir olmamışdır.
Sosialist  sisteminin  çökməsi  və  müstəqil  dövlətçiliyin  qurulması  ilə 
Azərbaycanda bu mühit köklü transformasiyaya uğradı. Dünya təcrübəsində rast 
gəlinən  vətəndaş  cəmiyyətləri  qurumları  yaranmağa  və  intensiv  şəkildə  inkişaf 
etməyə başladı. Azərbaycanda BM-lərin inkişaf tarixini, məlum şərti bölgüyə uy-
ğun olaraq, üç mərhələyə -  formalaşma, inkişaf və təkmilləşmə dövrlərinə ayır-
maq olar.  
Müstəqilliyin  əldə  edilməsi  ilə  ölkədə  vətəndaş  cəmiyyətinin inkişafı,      de-
mokratik dövlət quruculuğunun prioritet istiqaməti bəyan edilmiş, dövlətlə qar-
şılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin yeni modelinin, vətəndaşların 
təşəbbüskarlığı üçün dialoq məkanının formalaşması yönündə ciddi addımlar atıl-
mışdır. 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
109
Vətəndaş  cəmiyyəti  institutlarının  intensiv  dinamikasını  statistikada  qabarıq 
şəkildə görmək olar. Əgər 1988-1993-cü illərdə (5 il ərzində) cəmi 198 ictimai bir-
lik qeydə alınmışdısa, bununla müqayisədə təkcə 2011-ci ildə (1 ildə) Azərbaycan 
Respublikasında 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır. Ha-
zırda Azərbaycanda onların sayı 3600-ü ötmüşdür. QHT Əməkdaşlıq Alyansının 
apardığı “Vətəndaş Cəmiyyətinin dünəni, bu günü və sabahı” adlı təhlildə qeyd 
edildiyinə görə,  2010-cu ilə qədər 2612 QHT rəsmi qeydiyyatdan keçmişdir. Bu 
gün isə onların sayı artıq 3000-ə yaxınlaşıb.”(http.www.modern.az|15.04.2013)
 
3.2. İnkişafın yeni mərhələsi – “beyin mərkəzləri”nin yaradılması 
sahəsində dövlət siyasəti
Kitabın əvvəlində beyin mərkəzlərinin ilk olaraq yarandığı ölkə kimi ABŞ-da, 
həmçinin ilk dövlət yönlü beyin mərkəzinin prezident Franklin Ruzvelt tərəfindən 
yaradıldığını xatırladaraq, bu hadisənin  Amerikada yeni ənənənin başlanğıcı kimi 
analoji qurumların inkişafına təkan verici amil olduğunu qeyd etmişdik.
Tarixi paralel aparılarsa, Azərbaycanda da ABM-lərinin yaranmasına ölkədə 
ilk belə mərkəzin (Strateji Araşdırmalar Mərkəzinin (SAM)) dövlətimizin siya-
si lideri, Prezident İlham Əliyevin sərəncamı  ilə   yaradılmasının həlledici təsir 
göstərdiyi  obyektiv  reallıqdır.  Bununla  da  “beyin  mərkəzi”  anlayışının  rəsmi 
dövlət dilinə və milli leksikona daxil edilməsi, eləcə də ümumişlək söz kimi ge-
niş tətbiq edilməsi başlanğıcını götürmüş, özlərini ABM kimi identikləşdirən qu-
rumların sayı artmağa, ölkəmizdə“analitik düşüncə mədəniyyəti” formalaşmağa 
başlamışdır. 
Dövlətin  ictimai  siyasət  institutlarının  inkişafına  himayəsi  xüsusilə 
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsep-
siyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli Prezident Sərəncamı 
ilə keyfiyyət mərhələsinə keçmişdir. Növbəti addım Azərbaycan Respublikasının 
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur.  
Bu  proseslərə  paralel  olaraq, Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  elmi  cəmiyyətin  formalaşması,  təhsilin  modernləşməsi,  milli  intellek-
tual  potensialın  və  insan  kapitalının  reallaşmasına  yönələn  tarixi  əhəmiyyətli 
sənədlər: 4 may 2009-cu il tarixli “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli 
Strategiya”nın və həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqra-
mının, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublika-
sının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiqi haqqında, 
21oktyabr    2009-cu  il  tarixli  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə