Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə37/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   33   34   35   36   37   38   39   40   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
101
Tədqiqatçıların  fikrincə,  qadınlar  dünyada  BM-lərin  kadrlar  korpusunun 
bəzən əksəriyyətini təşkil etsələr və aparıcı əməkdaşlar kimi fəaliyyət göstərsələr  
də, BM-lərin rəhbərliyi səviyyəsində cüzi təmsil olunublar. Bu haqda vəziyyəti 
öyrənən  tədqiqatların  sayı  çox  olmasa  da,  son    illər  müəyyən  məlumat  əldə 
edilmişdir. BM-lərin fəaliyyətinin tədqiqinə geniş yer verən internet mənbədə bu 
problemin hazırda araşdırma mərhələsində olduğu qeyd edilir.
22
 
Müəlliflər  qeyd  edirlər  ki,  “dünyada  rast  gəlinən  qadınların  rəhbərlik  etdiyi 
azsaylı BM-lərin  başlıca profili  əsasən sosial məsələlər, təhsil və ya sosial-iqtisadi 
inkişaf  kimi sahələrdə  fəaliyyətdir
Maraqlıdır ki,  Şərqi Avropada qadınlar nüfuzlu BM-lərə rəhbərlikdə çoxluq 
təşkil  etdikləri  halda,  BM  institutunun  ilk  olaraq  yarandığı ABŞ-da  bu  sahədə 
“gender diskriminasiyası” və dərin uçurum mövcuddur. Bundan başqa,  tədqiqatçı 
Amanda  Markot  BM-lərdə  artıq  “kişi  işi”  və  “qadın  işi”  kimi  formalaşan 
sahələrin,  konkret  mövzuların,  tədqiqat  sahələrinin,  olduğuna  diqqəti  cəlb  edir. 
Məsələn, iqtisadiyyat, təhlükəsizlik, beynəlxalq münasibətlər və s.-nin “kişi işi”,   
təhsil, səhiyyə, yoxsulluq və s. problemlərin araşdırılmasının isə “qadın işi” kimi 
ixtisaslaşması ənənəsi formalaşıb”. Müəllif tədqiqat sahələri və karyera seçimləri 
zamanı bu vəziyyətin  könüllülük prinsipinə əsaslanaraq formalaşmasına şübhə 
edir  və  onu  “şüşə  tavan”  (qadınlarda  gender  stereotiplərini  ifadə  edən  termin) 
effekti ilə izah edir.
23
Bununla belə,  Devid Kallahan  və digər tədqiqatçılar son illərdə ABŞ-da bu 
ənənənin  dəyişməsi  yönündə  ümidverici  dəyişikliklərin  baş  verdiyini  də  qeyd 
edirlər.  Məsələn,  təkcə  2012-ci  ilin  birinci  yarısında  ABŞ-da  milli  BM-lərin 
dördünün  prezidenti  qadınlar  seçilib  və  bu,  ənənəvi  olaraq  kişilərin  rəhbərlik 
etdiyi BM-lərin gender landşaftını dəyişib.
“Amerikada ilk qadın BM prezidenti olan Linda Tar-Velanın rəhbərliyi 1986-
2001-ci illəri əhatə etmişdir.  (Linda Tarr-Whelan, Center for Policy Alternatives). 
Ondan sonra 2007-ci ildə Karneqi Fondunun prezidenti seçilən  Cessika Tulman 
Metyuz isə “qadın məsələlərinin təhlili ilə bağlı olmayan” profil üzrə fəaliyyət 
göstərən  ilk BM rəhbəri idi. Lakin 2012-ci ilin 1-ci yarısında ABŞ-da daha dörd 
qadın BM-in prezidenti  seçilmişdir. Rokfeller Fondunun proqram rəhbəri Janis 
Nitoli  (Janice  Nittoli)  “XXI  əsr  Fondu”nun  yeni  prezidenti  seçilmişdir.  Yaxud  
Nera  Tanden  Amerikanın  Tərəqqisi  Mərkəzinin  prezidenti  seçilmişdir  (Neera 
22  http://onthinktanks.org/2012/07/25/women-as-think-tank-leaders-around-the-world/;  Diana  Stone.
‘Better Knowledge, Better Policy, Better World’: The Grand Ambitions of a Global Research Institution, Glob-
al Social Policy, 4(1) 2004
23 Why Aren’t More Policy Experts Female?By Amanda Marcotte | Posted Wednesday, July 11, 2012, at 1:36
PM EThttp://www.slate.com/blogs/xx_factor/2012/07nd


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
102
Tanden,  Center  for American  Progress).  Əvvəllər  Hillari  Klintonun  köməkçisi 
olan Nera Tanden həmin mərkəzin baş icraçı direktoru işləmişdir. Daha bir qadın 
Felisiya Vonq Ruzvelt İnstitutunun prezidenti seçilmişdir (Felicia Wong, Roosevelt 
Institute). Felisiya Vonq  əvvəllər həmin mərkəzin baş icraçı direktoru olmuşdur. 
Həmçinin Sara Rosen Vartel Urban İnstitutunun presidenti seçilmişdir. Bundan 
əvvəl o, Amerikanın Tərəqqisi Mərkəzinin vitse-presidenti işləmişdir. Həmçinin 
qeyd  edilməlidir  ki, ABŞ-ın  dörd  ştatının  BM-lərinin  də  rəhbərləri  qadınlardır. 
Amerikada  BM-lər  ən  nüfuzlu  institutlardan  sayılır,  buna  görə  də  bu  sektorda 
qadınların təmsilçiliyi gender bərabərliyinin təminatının  göstəricisidir”. 
24
Amerikada  qadınlar  tərəfindən  idarə  edilən  beyin  mərkəzlərinin  sayına  dair 
ən son göstəriciyə gəldikdə isə,Ceyms Mak-Qann qeyd edir ki, Amerikadakı 50 
ən yaxşı beyin mərkəzindən 42-sinə, yəni 84%-nə kişilər8 %-nə isə qadınlar  
rəhbərlik edir.
Qadınların rəhbərlik etdiyi beyin mərkəzləri aşağıdakılardır:
25
1.  Karneginin Beynəlxalq Sülh Fondu (Carnegie Endowment for International 
Peace)- Cessika T.Metyuz (Jessica T. Mathews)
2.  Vudro  Vilson    Beynəlxalq    Alimlərə  Dəstək  Mərkəzi  (Woodrow  Wilson 
International Center for Scholars)- Ceyn Harman (Jane Harman)
3.  Amerika  Tərəqqi  Fondu  (Center  for American  Progress  )  -  Nira  Tanden 
(Neera Tanden)
4.  Qlobal  İnkişaf  Fondu  (  Center  for  Global  Development)  -    Nensi  Bödsal 
(Nancy Birdsall)
5.  Şəhər İnstitutu (Urban Institute)- Sara Rozen Uortel ( Sarah Rosen Wartell)
6.  Yeni Amerika  Fondu  (  New America  Foundation)  –  Anne  Mari  Slauter 
(Anne-Marie Slaughter)
7.  Qlobal İqlim Dəyişikikləri Fondu (Pew Center on Global Climate Change)- 
Elin Klausen (Eileen Claussen)
8.  Stimson  Mərkəzi  (Stimson  Center  (FNA  Henry  Stimson  Center)-  Elen
Leypson (Ellen Laipson)
Həmçinin,  “Yaxın  Şərq  İnstitutu”na  (Middle  East  Institute)  (Uendi 
Çemberlin), Trumanın Milli Təhlükəsizlik Layihəsinə (Truman National Security 
Project) (Reçel Kleynfild)  və  Milli Təhlükəsizlik Şəbəkəsinə (National Security 
Network) (Heza Holburt) daxil olan bəzi şöbələr  qadınlar tərəfindən idarə olunur.  
24 David Callahan Women Leaders at Progressive Think Tanks//http://www.policyshop.net/home/2012/3/8/
women-leaders-at-progressive-think-tanks.htmlMarch 8, 2012;
25 http://blog.foreignpolicy.com/posts/2013/04/04/how_many_american_think_tanks_are_run_by_women


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə