AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
141
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM)
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-
Tədris Mərkəzi (METM) 05 iyun 2002-ci il tarixində yaranmış və qeydiyyatdan
keçmişdir. Mərkəzin hazırkı rəhbəri Hüseynov Elman İslam oğludur.
Mərkəzin ünvanı- Az 1154, Bakı şəhəri, Heydər Əliyev prospekti 50 yeni 10),
rəsmi veb-səhifəsi: www.tedris-maliyye.gov.az-dır.
Hazırkı dövrdə maliyyə vəsaitlərinin, xüsusilə də dövlət maliyyəsinin
proqnozlaşdırılması, icrası və istifadəsinə nəzarət eləcə də beynəlxalq və milli
mühasibat uçotu standartlarının tədrisi sahəsində Azərbaycanın təlim xidmətləri
bazarında aparıcı rola malik olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi
yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM) uzun bir tarixi yol keçmişdir.
SSRİ Maliyyə Nazirliyinin “Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli
kursların və iqtisadi seminarların təşkili haqqında” 09 fevral 1968-ci il tarixli
36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyyə Nazirliyinin 31
mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin
Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu
yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə “Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyə
göstərən təkmilləşdirmə kursu” “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
İxtisasartırma Kursu adlandırmışdır.” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında METM yaradılmışdır.
METM fəaliyyət müddəti ərzində təqdim etdiyi xidmətin keyfiyyətini
ön plana çəkərək, yüksək peşəkar təlimçilərlə işləməyə üstünlük vermişdir.
Bu gün yüksək peşəkar təlimçilər komandası ilə işləyən METM maliyyə
idarəetməsi, beynəlxalq və milli mühasibat uçotu sahəsində kurs və sertifikasiya
proqramları, eləcə də xüsusi sifarişlər üzrə hazırlanan mövzular üzrə təlimlər
təşkil edir.Əsas fəaliyyət istiqaməti iqtisadi yönlü, əsas məqsədi və vəzifələri isə
aşağıdakılardır:
maliyyə işçilərinin peşə hazırlığınının təkmilləşdirilməsini, yenidən
hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirmək;
dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
142
müəssisələrinin maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün
Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün
sertifikatlaşdırılmasını aparmaq, peşəkarlıq dərəcəsinin artırılması üçün
təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq;
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərdə, filial,
nümayəndəliklərdə, hüquqi şəxs yaratmayan birliklərdə, qeyri-hökumət
təşkilatlarında, habelə digər sahələrdə çalışan mühasiblərin Kommersiya
və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları və
Beynəlxalq Maliyyə Hesabatı Standartları əsasında fəaliyyət göstərə bilmələri
üçün onların sertifikatlaşdırılmasını həyata keçirmək, peşəkarlıq dərəcəsinin
artırılması üçün təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq;
Mərkəzin nizamnaməsi - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin
13 oktyabr 2009-cu il tarixli İ-125 nömrəli əmri ilə təsdiq edilmişdir.
Kadr resurslarına gıldikdə, daimi işləyən əməkdaşların sayı – 21, müddətli
müqavilələr əsasında işləyən əməkdaşların sayı – 50(müəllimlər)-dir.
Mərkəzdə 3 şöbə: Elmi-tədqiqat; Tədris və metodika; Maliyyə və təsərrüfat
beynəlxalq əlaqələri- fəsliyyəti göstərir
Mərkəzdə maliyyə və mühasibat uçotu üzrə a parılan araşdırmalar nəticəsində
çap edilmiş hesabat, məqalə və kitabların sayı - 11-dir. Hal-hazırda mərkəzdə
Korporativ və Büdcə sektorunda Hesabatlılıq Layihəsi həyata keçirilir.
Beynəlxalq əməkdaşlığı özünün prioritet istiqamətlərindən hesab edərək
METM 2002-2012-ci illər ərzində bir sıra beynəlxalq maliyyə institutları ilə
qarşılıqlı əlaqələr qurmuşdur. Respublikamızda mühasibat uçotu sistemində
aparılan islahatların davamı kimi 2011- ci ildən Dünya Bankı ilə Azərbaycan
Hökuməti arasında sazişə uyğun olaraq, Korporativ və Büdcə Sektorlarında
Hesabatlıq layihəsi (KBSHL) çərçivəsində METM-in təşkilat strukturu, maddi
texniki bazası yenidən qurulmuş, fəaliyyətini tənzimləyən normativ-hüquqi
sənədlər ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi
Siyasəti və Strateji araşdırmalar Baş İdarəsi (AR VN VSSA)
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı
ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında ölkədə dövlətin vergi siyasətinin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
143
həyata keçirilməsini təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanı-Vergilər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunda Vergi siyasəti və
strateji araşdırmalar Baş İdarəsi fəaliyyət göstərir. Baş idarənin rəisi Akif Fərhad
oğlu Musayevdir. Rəsmi internet səhifəsi: http://www.taxes.gov.az/?name=
haqqinda&cat=8&lang-dir.
Azərbaycan Respublikası vergilər nazirinin 12 may 2011-ci il tarixli
1117040100730700 nömrəli əmri ilə Baş İdarənin Əsasnaməsi təsdiq edilmişdir.
Əsasnaməyə görə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar
baş idarəsinin fəaliyyət istiqamətləri:
Müvafiq sahədə vergi siyasətini formalaşdırır və həyata keçirilməsi üçün
Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;Vergi qanunvericiliyi və vergi
inzibatçılığının təkmilləşdirilməsi sahəsində öz səlahiyyətləri daxilində tədbirləri
həyata keçirmək; Fəaliyyətin qiymətləndirilməsi və monitorinqini həyata
keçirmək; Vergi məsələləri ilə bağlı strateji araşdırmalar və tədqiqatlar aparmaq
və s.-dir.
Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin
funksiyalarına:
- Vergilər Nazirliyinin inkişaf konsepsiyasını hazırlamaq və onun həyata
keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Vergi siyasətinin əsas istiqamətlərini müəyyən etmək, vergi qanunvericiliyinin
təkmilləşdirilməsi məqsədilə təhlil və araşdırmalar aparmaq;
- Vahid vergi siyasətinin həyata keçirilməsi istiqamətində Vergilər Nazirliyi
ilə Azərbaycan Respublikasının qanunverici və mərkəzi icra hakimiyyəti
orqanları arasında əlaqələndirmə işini təşkil etmək;
- Vergi sisteminin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək və bu
sahədə tədqiqatlar aparmaq;
- Strateji araşdırma və tədqiqatlar sahəsində həyata keçiriləcək vergi siyasətinin
prioritet istiqamətlərini müəyyən etmək və bu sahədə təkliflər vermək;
- Dövlət proqramlarında və digər rəsmi sənədlərdə Vergilər Nazirliyinə həvalə
edilmiş tədbirlərin icrasını təşkil etmək və bu sahədə görülmüş işlər barədə
hesabatların aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
- Avropa İttifaqına inteqrasiya siyasəti çərçivəsində aidiyyəti üzrə Vergilər
Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirlərin nazirlik daxilində
koordinasiyasını təşkil etmək və bu sahədə vergi sisteminin inkişafı
istiqamətində strateji araşdırmalar və tədqiqatlar aparmaq və s. daxildir.
Baş idarənin strukturu
Dostları ilə paylaş: |