AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
138
həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında
Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-de
Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.
SAM-ın yer aldıgı daha bir reytinq dünyanın ən yaxşı dövlət beyin
mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu
yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet
məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib. Pensilvaniya
Universitetinin hesabatında SAM həmçinin dünyanın 51-ci ən yaxşı vəkillik
kampaniyası aparan təşkilatı seçilib.
Müqayisələr əsasında müəyyənləşdirmək olar ki, yaranmasının 5-ci ilində
SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 saylı qərarı
ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat
İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və
Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar
İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) yaradılmışdır.
İİETİ-nin qeydiyyatı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
04 may 2007-ci il tarixli 216 saylı əmri ilə təsdiq edilmişdir. İnstitutun indiki
rəhbəri i.e.d. Vilayət Vəliyevdir.
İİETİ-nin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi profillidir.
İnstitutun əsas məqsədi və vəzifələri Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişaf siyasətinin strategiyasının elmi əsaslarının işlənilib hazırlanması, ölkədə davamlı
və dinamik iqtisadi inkişafın təmin olunmasının, o cümlədən iqtisadi islahatların
həyata keçirilməsinin strategiya və taktikasının elmi əsaslarının işlənilməsidir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
140
5) “Regional sahibkarlığın inkişafında təbii fəlakətlərlə bağlı risklər, onların idarə
edilməsi və dövlət dəstəyi”.
İİETİ tərəfindən çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı və
onların mövzuları:
1 kitab: “Xətti cəbr və iqtisadi modellər”, 5 əsas nəticə: 1. Qeyri-neft sektorunun, o
cümlədən kənd təsərrüfatının 55 məhsul növü üzrə “Məhsul istehsalı və xidmətlərin
göstərilməsinin məhsullararası balans cədvəlləri” tərtib edilmiş və onun əsasında
müvafiq “Xərclər-buraxılış” modeli və onun qoşması, “Tarazlı qiymətlər” modeli
realizasiya edilmişdir; 2. “Xərclər-buraxılış”, “Tarazlı qiymətlər” modeli 25 və 101
iqtisadi fəaliyyət sahəsi üzrə, “Əmək balansı” modeli isə 15 sahə üzrə qurularaq
realizasiya edilmişdir; 3. İqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya
qoyuluşunu stimullaşdıran birbaşa vergi dərəcəsinin optimal səviyyəsinin müəyyən
edilməsinin iqtisadi-riyazi modeli təklif edilmişdir; 4. Resursla zəngin olan ölkələrdə
resurs gəlirlərinin təsiri altında formalaşan inflyasiya səviyyəsini müəyyən etmək
üçün ənənəvi metodologiyalara alternativ olan yeni metodoloji yanaşma təklif
edilmişdir; 5. Qeyri-neft sektorunun fiskal və monetar siyasət elementlərindən
asılılığının ekonometrik modelləri qurulmuşdur.
Qeyd edək ki, İİETİ-nin əldə etdiyi elmi nailiyyətlər hər il Azərbaycan Milli
Elmlər Akademiyası tərəfindən tərtib edilən respublikada aparılan elmi-tədqiqat
işlərinin əsas nəticələri haqqında illik Hesabatda əksini tapmışdır. Mərkəz
əməkdaşlarının 10-a yaxın məqaləsi müxtəlif elmi jurnallarda dərc edilmişdir.
İİETİ tərəfindən İqtisadi İnkişaf Nazirliyinə mütəmadi olaraq makroiqtisadi
siyasət, investisiyalar, sahibkarlıq, regionların inkişafı, sosial və digər sahələr
üzrə təhlil və tövsiyələr təqdim olunur.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət büdcəsi və beynəlxalq
təşkilatlardır.
İnstitut BMT-nin İnkişaf Proqramının (UNDP-in) dəstəyi ilə “Qeyri-neft
sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” layihəsini həyata keçirmişdir.
Hazırda dövlət büdcəsinin vəsaiti hesabına 4 layihə və iş planına uyğun olaraq 5
istiqamətdə tədqiqat işi həyata keçirilir.
İnstitut 5 il ərzində 20-dən çox tədqiqat layihəsi, 10-a yaxın elmi konfrans
həyata
keçirmiş, 3 kitab, 30-dan çox elmi məqalə çap etdirmişdir.
İİETİ Azərbaycanda fəaliyyət göstərən “beyin mərkəzləri” arasında daha sıx
əməkdaşlığın tərəfdarı kimi çıxış edir və mütəmadi olaraq dəyirmi masaların
və konfransların keçilməsini dəstəkləyir. İnstitutda tərfdaşlarla birgə layihələrin
həyata keçirilməsi təcrübəsi mövcuddur və yerli tədqiqat mərkəzləri ilə də
əməkdaşlıqda maraqlıdır.