AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
144
Baş idarənin strukturuna 2 idarə (Strateji araşdırmalar idarəsi, Vergi
siyasəti
idarəsi) və 1 şöbə (Fəaliyyətin qiymətləndirilməsi şöbəsi) daxildir.
Strateji araşdırmalar idarəsinin tərkibinə 3 şöbə (Real sektorun monitorinqi
şöbəsi, Makroiqtisadi diaqnostika və iqtisadi icmal şöbəsi, Vergi potensialının və
iqtisadi inkişafın qiymətləndirilməsi şöbəsi), Vergi siyasəti
idarəsinin tərkibinə
3 şöbə (Qanunvericiliyin monitorinqi və
təkmilləşdirilməsi şöbəsi, Vergi
inzibatçılığın təkmilləşdirilməsi şöbəsi, Dövlət orqanları, bələdiyyələr və vergi
ödəyiciləri ilə iş şöbəsi) daxildir.
Baş idarənin strukturuna daxil olan şöbələrin vəzifələrinə gəldikdə isə,
Strateji araşdırmalar idarəsinin vəzifələrindən bəzilər aşağıdakılardır:
Dövlətin həyata keçirdiyi iqtisadi siyasətə müvafiq olaraq vergi ödəyicilərinin
fəaliyyətinə
fiskal təsirini təhlil etmək;
Vergi ödəyicilərinin maliyyə vəziyyətinin qiymətləndirilməsini və
mikrosəviyyədə tələb və təklifin dəyişməsi əsasında iqtisadi konyukturun təhlilini
və proqnozlaşdırılmasını həyata keçirmək;
Ölkə səviyyəsində ümumiqtisadi proseslərin real inkişafı nəzərə alınmaqla
aparılan büdcə-vergi siyasətinin effektivliyinin qiymətləndirilməsini həyata
keçirmək;
İqtisadiyyatın real sektorunda baş verən dəyişikliklərin büdcə gəlirlərinin
formalaşmasına təsirinin mümkün risklərinin qiymətləndirilməsini həyata
keçirmək;
Real sektorun monitorinqini apararaq müvafiq statistik məlumatları toplamaq,
emal və tədqiq etmək, bu məlumatların aidiyyəti üzrə istifadə olunması ilə bağlı
təkliflər vermək;
Makroiqtisadi göstəriciləri təhlil etmək, makroiqtisadi və fiskal siyasət
strategiyasını araşdırmaq;
Vergi siyasətinin effektivliyinin diaqnostikasını aparmaq, onun mexanizminin
təkmilləşdirilməsinə
dair təkliflər vermək;
Beynəlxalq və yerli təşkilatların makroiqtisadi sahədə Azərbaycan
Respublikası ilə bağlı hesabatlarını tədqiq və təhlil etmək, bununla əlaqədar
müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Vergi potensialının müəyyən edilməsi üçün metodologiyanın hazırlanmasını,
mütəmadi təkmilləşdirilməsini
və tətbiqini həyata keçirmək;
İqtisadiyyatın, o cümlədən vergi sisteminin inkişafının monitorinqini
aparmaq, daxili meylləri və riskləri qiymətləndirmək;
Vergi sisteminin inkişafı icmalını və digər analitik hesabatların hazırlanmasını
təmin etmək;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
146
Bütövlükdə Azərbaycan Respublikasının Mərkəzi Bankı son üç il ərzində
iqtisadiyyatın müxtəlif məsələləri üzrə 40-dan çox tədqiqat işləri aparılmışdır.
Bu tədqiqat işləri 30-dan artıq iqtisadçı-tədqiqatçı tərəfindən həyata keçirilmişdir.
Onlar beynəlxalq səviyyəli nəşrlərdə və intellektual tədbirlərdə fəal iştirak etmişlər.
Tədqiqatlar və İnkişaf Mərkəzi
makroiqtisadi və maliyyə sabitliyinə dair
aşağıdakı
modelləri hazırlamışdır:
1. Manatın real effektiv valyuta məzənnəsinin tarazlıq
səviyyəsi və məzənnə
uyğunsuzluğunun qiymətləndirilməsi;
2. Manatin məzənnəsinin inflyasiyaya
ötürücülük qabiliyyətinin
qiymətləndirilməsi
3. İnflyasiya;
4. Dinamik stoxastik ümümi tarazliq;
5. Məcmu
buraxiliş kəsiri;
6. Pula tələb;
7. Makro stress-testləşmə;
8. Maliyyə sabitliyinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilən indekslər.
Mərkəzi Bankın analitik tədqiqatlar aparan şöbələri 2013-cü ildə Azərbaycanda
daha bir neçə iqtisadi modellərin qurulmasını planlaşdırır. İlin sonuna kimi
Azərbaycanın Mərkəzi Bankının “Azərbaycan Dinamik Stoxastik Ümumi Tarazlıq
(DSÜT) modeli”nin tətbiqinə başlanılması, ölkədə maliyyə risklərinin ölçülməsi
ilə bağlı yeni modelin tamamlanması da nəzərdə tutulur.
Aparılan tədqiqat işlərinin metodoloji bazası daim beynəlxalq ekspertizadan
keçirilir. Dünyanın nüfuzlu bankları, beyin mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq
əlaqələri qurulur. Bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Mərkəzi Bankı
“Mərkəzi Bank və İqtisadiyyat” adlı rüblük elektron jurnalın nəşrinə başlamışdır.
Jurnal maliyyə-bank sektorunun və iqtisadiyyatın müxtəlif sahələrinin nəzəri-
praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad eliminin
müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.
Tədqiqatlar və İnkişaf Mərkəzi qlobal bazarlar, dünya iqtisadiyyatında tsiklik
və transformasiya prosesləri, qlobal makroiqtisadi siyasətlər, ölkə iqtisadiyyatında
aktual məsələlərin fundamental tədqiqi, modelləşdirmə və empirik tədqiqatlar
sahəsində məqsədyönlü işlər haqqında informasiyanı ictimaiyyətə çatdırmaq üçün
2013-cü ildən etibarən rüblük “Tədqiqat bülleteni”nin buraxılışına başlamışdır.
Bülletenin birinci hissəsində bir qayda olaraq, dünya iqtisadiyyatında və
maliyyə sistemində son proseslərin qısa icmalı, habelə iqtisadi tədqiqatlar
sahəsində dünyanın beyin mərkəzləri və mərkəzi banklarından ən son xəbərlər