Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə57/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   53   54   55   56   57   58   59   60   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
153
təhsil müəssisələri, onların filial və şöbələri tərəfindən aparılan elmi-tədqiqat, 
təcrübi-konstruktor  işlərinin,  elm  və  texnikanın  bütün  sahələri  üzrə  digər 
işlərin müəyyən edilmiş qaydada dövlət qeydiyyatı, fondlaşdırılması;
- İnformasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq 
əlaqələrin yaradılması və inkişaf etdirilməsi.
İnkişaf istiqamətləri:
-   EİM  fondundakı  elmi-texniki  informasiya  sənədlərinin  tam  mətnli  axtarış 
sisteminin yaradılması (hesabatların elektron variantı ilə);
-   Elmi-texniki informasiyanın qlobal sistemlərə inteqrasiyası;
-   Elmi-tədqiqatlar  və  haqqında  informasiyanın  tamlığını  təmin  edən  digər 
bazaların hazırlanması (qrantlar, innovasiyalar və s.);
-   Elektron oxu zalının yaradılması;
-   Texnoparkın yaradılması;
-   Respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması.
  
Layihələrdə iştirak:
2011-ci ildə “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya 
məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanmasına dair 
2009-2011-ci  illər  üçün  tədbirlər  proqramı”  layihəsində  qoyulan  məsələlər  tam 
həll edilmişdir.
Proqramda 2011-ci ildə Mərkəz qarşısında qoyulmuş aşağıdakı məsələlər öz 
həllini tapmışdır: 
-   Respublika və xaricdə milli innovasiya sisteminin xüsusiyyətləri, innovasiya 
tendensiyaları haqqında məlumatların toplanılması;
-   Respublika  və  xarici  informasiya  sistemlərinin  yaradılması  təcrübəsi  üzrə 
analitik icmalın hazırlanması;
-  Respublikada  elmi-texniki  potensial  və  qabaqcıl  texnologiyalar  haqqında 
məlumatın toplanılması;
-   Qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması;
-   Respublikada  MİS-in  inkişaf  problemlərinə  həsr  edilmiş  beynəlxalq  elmi-
praktiki konfrans, seminar, tədris kurslarının və treninqlərinin təşkil olunması;
- Qabaqcıl texnologiyaların transferinin təşkili haqqında təkliflərin hazırlanması.
Beynəlxalq əlaqələr:  
Görülən işlərin səviyyəsini və sferasını daha da genişləndirmək məqsədi ilə 
EİM beynəlxalq əlaqələrini genişləndirir. Beynəlxalq Elmi-Texniki İnformasiya 
Mərkəzi (BETİM) və bu qurumun üzvü olan 22 dövlət, Belarus Sistem Analizi 
və  İnformasiya  Təhlili  İnstitutu  (BeliSa),  Ukrayna  Elmi-Texniki  və  İqtisadi 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
154
İnformasiya  İnstitutu,  Ümumrusiya  Elmi-Texniki  İnformasiya  Mərkəzi, 
Ümumrusiya Elmi-Texniki İnformasiya İnstitutu, Qazaxıstan Milli Elmi-Texniki 
İnformasiya Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.
EİM-ə təqdim olunan informasiyalar aktuallığından asılı olaraq bu dövlətlərin 
bazalarında yerləşdirilir.
2011-ci il üçün EİM on-line rejimində Niderlandın “Elsevier” nəşriyyatının 
SCOPUS referativ toplusundan istifadə etmək hüququ əldə etmiş və AMEA-nın 5 
institutunu bu sistemə qoşmuşdur.
2011-ci  ildə  Qazaxıstan  Milli  Elmi-Texniki  İnformasiya  Mərkəzi  xarici 
iqtisadi  əlaqələri  inkişaf  etdirmək  məqsədilə  elmi-texniki  işlər  və  innovasiya 
texnologiyaları  üzrə  yaradılmış  ekspertlər  bazasında  Azərbaycan  alimlərinin 
işlərinin də yerləşdirilməsini təmin etmişdir.
EİM-in struktur şöbə və bölmələri aşağıdakılardır:
-  İnformasiya resurslarının formalaşması şöbəsi:
-  Humanitar elmlər üzrə bölmə;
-  Kimya-biologiya elmləri üzrə bölmə;
-  Yer-texnika elmləri üzrə bölmə;
-  Təhlil və proqnoz şöbəsi:
-  İnformasiya-məlumat bölməsi;
-  Proqnoz bölməsi;
-  İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi
-  İnnovasiya-məlumat fondu;
-  İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi
-  Elmi redaksiya şöbəsi .
Görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədilə EİM aşağıdakıları 
təklif edir: 
-  Azərbaycanda  innovasiya  fəaliyyətinin  tənzimlənməsi  və  dəstəklənməsi 
haqqında qanun layihələrinin hazırlanması; 
-  Regional innovasiya mərkəzlərinin yaradılması;
-  Müxtəlif innovasiya yönümlü informasiya icmallarının sayının artırılması;
-  Azərbaycanda  tətbiq  olunan  texnologiyalar  haqqında  məlumat  bazasının 
yaradılması;
-  Xarici elektron nəşrlərdə dövri nəşrlərimizin yerləşdirilməsinin artırılması;
-  Xarici elektron nəşrlərə abunəçiliyin artırılması və AMEA institutlarının bu 
nəşrlərdən istifadəsini təmin olunması;
-    EİM portalının forma və məzmununun daha da genişləndirilməsinə nail olmaq. 
Internet səhifəsi: http://innovasiya.az/page/number/10.html)


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
155
Universitetlərin nəzdində  
fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri 
ABM-nin  yarandığı  Qərb  ölkələrində  onların  mühüm  xüsusiyyətlərindən 
biri  də    onların  əksəriyyətinin  universitetlər  nəzdində  təsis  olunması  və 
fəaliyyət  göstərməsidir.  Azərbaycanda  hələlik  bu  xüsusiyyətin  ənənə  kimi 
formalaşmasından danışmaq tezdir, lakin eyni zamanda günün vacib tələblərindən 
biridir.  Gənc  nəslin  intellektual  potensialının  cəmləndiyi  ən  mühüm  sahə  kimi 
milli  məkanda  universitetlər  nəzdində  ABM-nin  yaradılması  hazırda  zamanın 
çağırışı kimi qəbul edilməlidir. Ölkədə bu istiqamətdə fəallıq göstərən ali təhsil 
müəssisələrinə misal kimi, tərkibində bir neşə araşdırma mərkəzinin yaradıldığı 
“Qafqaz Universitetini”, Bakı Dövlət Universitetini, AR Prezidenti yanında Dövlət 
İdarəçilik  Akademiyasını,  Azərbaycan  Dövlət  İqtisad  Universitetini  göstərmək 
olar.
Azərbaycanda bəzi universitetlərin nəzdində fəaliyyət göstərən ABM-ri haqda 
məlumatlar aşağıdakılardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi
Mərkəz 3 yanvar 1999-cu ildə yaradılmışdır. Rəhbəri AMEA-nın müxbir üzvü, 
i.e.d., professor Əli Nuriyevdir.
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  sosial-iqtisadi  və  siyasi  profillidir. 
Əsas  məqsədi  Azərbaycan  Respublikasının  daxili  və  xarici  siyasətinin  aktual 
problemləri,  xüsusilə  regional  sosial-iqtisadi  inkişaf,  regional  təhlükəsizlik  və 
beynəlxalq əməkdaşlıq məsələləri üzrə  nəzəri  və  tətbiqi xarakterli  araşdırmalar 
aparmaq,  bunun  əsasında  elmi-konseptual  və  analitik-informatik  materiallar 
hazırlamaq və proqnozlar verməklə Azərbaycanın hərtərəfli inkişafına, əhalisinin 
həyat  səviyyəsinin  yüksəlməsinə    və  elmi  biliklərinin  artırılmasına  xidmət 
etməkdir.
Mərkəzin əsas vəzifələrinə aşağıdakılar daxildir:
-  Ölkəmizdə  baş  verən  ictimai-siyasi  və  sosial-iqtisadi  proseslərin  təhlil 
edilməsi, qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması;


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə