Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə59/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   55   56   57   58   59   60   61   62   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
159
kafedrasıdır.  Rəhbəri  BDU-nun  Fəlsəfə  kafedrasının  müdiri,  fəlsəfə  elmləri 
doktoru, professor H.İmanovdur.
STL-in əsas fəaliyyət istiqaməti “Təhsilin sosial problemlərinin tədqiqi” elmi 
tədqiqat mövzusu üzrə “Tələbə gənclər mühitində yaranan problem situasiyaların 
təhlili”dir. Əsas məqsədi ali məktəblərdə təhsil prosesinin sosioloji problemlərini 
öyrənmək, tələbə gənclər arasında sorğu aparmaqla təhsilin sosioloji problemlərini 
aşkara  çıxarmaq  və  onların  həlli  üçün  səmərəli  praktiki  tövsiyələr  işləyib 
hazırlamaqdır.
STL-in  5  illik  (2010-2014)  büdcəsi  183982  manatdır.  Əsas  xərclərin 
istiqamətləri STL-in əməkdaşlarının maaşlarının verilməsidir.
Qərargahın ünvanı: Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, BDU-nun 2 saylı  tədris 
korpusu, 4-cü mərtəbə, 402-ci otaq. 
Daimi işləyən əməkdaşlarının sayı: 9 elmi işçi, 2 laborant.
   Həyata keçirilmiş tədqiqat layihələrinin sayı  12-dir.
STL yarandığı gündən ali təhsilin  aktual sosioloji problemləri ilə məşğuldur, 
aşağıdakı mövzular üzrə tədqiqatlar aparmışdır:
-  “Gənc mütəxəssisin sosial siması və onun əməyinin səmərəliliyi”;
-  “Gənclər mühitində sosial gərginlik”;
-  “Mövcud  vəziyyət  və  gələcəyə  proqnozlar,  tələbə  gənclərin  sosial 
oriyentasiyası, əhval-ruhiyyəsi və ümidləri”;
-  “Ali  təhsil  prosesində  problem  situasiyaların  yaranmasında  subyekt-obyekt 
münasibətlərinin yeri və rolu”;
-  “Tələbə gənclər mühitində yaranan problem situasiyaların təhlili”;
-  “Tələbə mühitində şəxsiyyətlərarası münasibətlərin konfliktoloji təhlili”.
Həmçinin  STL-də  “Müasir  şəraitdə  ali  təhsilin  fəlsəfi-sosioloji  təhlili” 
mövzusuna daxil olan aşağıdakı problemlər tədqiq edilmişdir:
a)  Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri;
b)  Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti;
c)  Tələbə gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu;
d)  Ali təhsil sistemində fəlsəfi biliklərin rolu;
e)  Müasir şəraitdə ali təhsilin humanist funksiyası.
-  Təhsil  islahatları:  Hazırki  vəziyyət  və  perspektivlər.  Təhsil  konsepsiyasının 
əsas cəhətləri (2010-2014);
-  Təhsildə qloballaşmanın əsas istiqamətləri: liberalizasiya və utiltarizasiya;
-  İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili (2011).   
STL-in əməkdaşları prof. H.R.İmanov, dos. R.M.Səttarov və Ş.K.Məmmədov 
tərəfindən  aparılmış  tədqiqatların  nəticələrini  əks  etdirən  “Gənclərin  əhval-
ruhiyyəsi və ümidləri” adlı kitabça, həmçinin R.H.Əliyev və M.M.Abbasovanın 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
160
“Qloballaşma  şəraitində  ali  təhsilin  inkişaf  istiqamətləri”  adlı  tövsiyə-kitabçası  
nəşr edilmişdir (2010).
Təkcə 2005-2009-cu illərdə STL-in əməkdaşları tərəfindən 2 monoqrafiya, 40-
dan çox elmi məqalə və tezis nəşr edilmişdir.    
Hal-hazırda STL-də təhsil islahatları ilə əlaqədar “Təhsil  islahatları: hazırkı 
vəziyyət  və  perspektivlər.  Təhsil  konsepsiyasının  əsas  cəhətləri”  (2010-2014) 
mövzusunda elmi-tədqiqat işləri davam etdirilir.  
STL-in layihələri: “Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri” (2005); 
“Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti” (2006); “Tələbə 
gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu” (2007);  “Ali 
təhsil  sistemində  fəlsəfi  biliklərin  rolu”(2008);  “Müasir  şəraitdə  ali  təhsilin 
humanist funksiyası” (2009).
Hər il üçün ayrıca  hesabat verilmişdir və 2005-2009-cu illər üçün isə 5 illik 
hesabat BDU-nun  elmi hissəsinə təqdim olunmuşdur.  
STL-in Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın 
gələcək  perspektivləri,  təşkilatlanma  formaları  və  mexanizmlər  haqqında  əlavə 
təklifləri:  Yaxşı  olardı  ki,  fəaliyyətdə  olan  elmi-tədqiqat  mərkəzlərində  və 
laboratoriyalarında günün tələblərinə uyğun kompüterlərin, sürətli internetin və 
rəsmi veb-saytın təşkil olunmasına köməklik göstərilsin.
Bakı Dövət Universitetinin “Dünya azərbaycanlıları: 
tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyası”
  Elmi-tədqiqat  laboratoriyası  (ETL)  1994-cü  ildə  qeydiyyatdan  keçmişdir. 
Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsidir. Rəhbəri BDU-nun 
tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, 
dosent Mehman Abdullayevdir. 
  ETL-in elmi istiqaməti demoqrafiya, diaspor və digər əhali problemləridir. Əhali 
problemlərinin həll edilməsi üçün onun elmi, tarixi aspektlərinin araşdırılmasının 
zəruriliyini əsas tutaraq, laboratoriyada tarixi demoqrafik tədqiqatlar aparılır. Bu 
tədqiqatlarda ümumi qanunauyğunluqlarla yanaşı, yerli xüsusiyyətlər də nəzərə 
alınır. Bu baxımdan Azərbaycanın tarixi demoqrafiyası, əhalinin miqrasiyası, təbii 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
161
hərəkəti, strukturu və digər xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir. Bu 
problemin  kompleks  şəkildə  öyrənilməsi  onun  ayrı-ayrı  aspektlərinin  dərindən 
araşdırılmasını tələb edir.
  ETL-in  əsas  məqsədi  dünya  azərbaycanlılarının  tarixi  demoqrafiya 
problemləri, tarixi ərazilərimizdə və onun hüdudlarından kənarda məskunlaşmış 
azərbaycanlıların  demoqrafiya,  diaspor,  miqrasiya,  həmçinin  işğal  olunmuş 
Azərbaycan  torpaqlarında  baş  vermiş  etnodemoqrafik  proseslər  və  digər  əhali 
problemlərini araşdırmaqdır.   
ETL-in  rəsmi  internet  səhifəsi:  http://history.bsu.edu.az  /az/content/  dnya_
azrbaycanlilar i_blms_145. Daimi işləyən əməkdaşlarının sayı 11-dir, müqavilə 
əsasında  işləyən  əməkdaşları  yoxdur.  ETL-in  əməkdaşları  təkcə  son  ildə  xarici 
ölkələrə 8 səfər etmişlər.
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı 4-dür. Layihələrin mövzuları:
-  “XIX-XX əsrlərdə Şimali Azərbaycanda demoqrafik vəziyyət”;
-  “Şimal-Qərbi Azərbaycanın əhalisi (tarixi-demoqrafik tədqiqat)”;
-  “Rusiya Federasiyasında Azərbaycan diasporu”; 
-  “Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə”.
1997-ci  il  dekabrın  30-da  ölkədə  ilk  dəfə  olaraq  “Dünya  azərbaycanlıları: 
demoqrafik proseslər, müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. 
ETL-də  aparılan  elmi  tədqiqat  işləri  “Dünya  azərbaycanlıları:  tarix  və 
müasirlik”  adlı  elmi-nəzəri  topluda  ictimaiyyətə  çatdırılır.  Hazırda  toplunun 
3 sayı nəşr edilib. Toplunun elmi ictimaiyyətə təqdim edilən III buraxılışı Bakı 
Dövlət Universiteti və tarix fakültəsinin 90 illik, “Dünya azərbaycanlıları: tarixi 
demoqrafiya” buraxılışı isə ETL-in 20 illik yubileylərinə həsr olunub. Toplunun II 
bölməsi oxucuları plan işləri üzrə aparılan tədqiqatların nəticələri ilə tanış etmək 
məqsədi daşımışdır. 
2001-2011-ci illərdə ETL-də aparılan tədqiqatlar nəticəsində 13 monoqrafiya 
və  200-dən artıq məqalə çap edilmişdir.
Hal-hazırda  ETL-də  həyata  keçirilən  layihələrin  sayı  və  onların  mövzuları: 
2009-2011-ci  illər  üçün  təsdiq  edilmiş  plan  mövzusu:  “XIX-XX  əsrlərdə 
Azərbaycanda  miqrasiya  prosesləri  (tarixi-demoqrafik  tədqiqat)”.  “XX  əsrdə 
Şimal-Qərbi  Azərbaycanda  əhali  problemləri  (tarixi-demoqrafik  tədqiqat)”. 
“Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə” (2006-2008-ci illər) və “XIX-XX 
əsrlərdə Azərbaycanda miqrasiya prosesləri (tarixi-demoqrafik tədqiqat)” (2009-
2011-ci illər) layihələri artıq həyata keçirilib.
ETL-in əməkdaşları tərəfindən 1 hesabat, 151 məqalə və tezis, 3 kitab nəşr 
edilmişdir.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə