Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə19/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və ədəbiyyat.
İndi “fəlsəfə-ədəbiyyat” əlaqəsini təhlil
etməyə çalışaq. 
Ədəbiyyatı fəlsəfə ilə bağlayan odur ki, fəlsəfə kimi ədəbiyyat da
gerçəkliyin mənəvi qavranılması üsuludur. Fəlsəfənin və bədii
ədəbiyyatın qarşılıqlı təsiri və bir-birini qarşılıqlı zəngin-
ləşdirməsi bununla şərtlənir. Ədəbiyyatın axtarış sahəsi həmişə
fəlsəfi məsələləri də əhatə etmişdir. Fəlsəfə çox vaxt ədəbiyyata
müraciət edir, yazıçı şüurunun süzgəcindən keçmiş və ədəbiyyat
qanunları üzrə təqdim olunmuş ədəbi faktlardan istifadə edir.
Söz ustaları, mütəfəkkir yazıçılar da öz növbəsində həyatın ali
mənası konsepsiyasını, mənəvi idealları fəlsəfədən əxz edirlər. 
Çox mühüm ictimai tribuna, mənəvi ferment və milli şüurun
yaradıcı katalizatoru olan bədii ədəbiyyat cəmiyyətdə xüsusi yer
tutur. Böyük ingilis yazıçısı Şekspir, rus xalqının nəhəng söz usta-
ları Puşkin, Dostoyevski, Tolstoy, Azərbaycanın məşhur ədəbiy -
yat xadimləri Mirzə Fətəli Axundzadə və Hüseyn Cavid həm də
dərin zəkalı, bənzərsiz mütəfəkkirlər idi. Dostoyevski təhtəlşüur
sahəsinə hamıdan dərin nüfuz etmiş, insanın daxili aləmini, azad
şəxsiyyət idealını hamıdan inandırıcı şəkildə təsvir etmişdir. 
Ədəbiyyat dünyanı bədii baxımdan dərk edir və qiymətlən -
dirir. Bu halda yazıçının müəyyən idealın təcəssümü və
bərqərar olması vasitəsi kimi tətbiq etdiyi bədii metod bədii
yaradıcılığa müsbət və ya mənfi təsir göstərən dünyagörüşü ilə
31
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


əlaqədardır. Puşkinin “Pindemontidən”, “Tərkidünya atalar”,
“Sövqi-təbii”, “Yudinə məktub”, “Dünyəvi hakimiyyət” və bir
sıra başqa şeirlərinə ümumi nəzər salsaq və onları ideya-fəlsə-
fi baxımdan təhlil etsək, deyə bilərik ki, qarşımızda insan
ruhunun, ilk növbədə, şəxsi yaradıcılıq azadlığının özünəməx-
sus poetik fenomenologiyası açılır. Böyük təbii istedada, var-
lığa xüsusi baxışa malik olan şairlər və yazıçılar insanın daxili
həyatına, onun qəlbinə, vicdanına, keçirdiyi hisslərə daim
maraq göstərir, insanı praqmatik həyat proqramı ilə təchiz
etməyə çalışırlar. 
Lakin fəlsəfə və ədəbiyyat gerçəkliyi əks etdirməyin müxtəlif
üsullarıdır. Əgər fəlsəfə özünün çoxsaylı funksiyalarını həyata
keçirərkən müvafiq anlayışlara və kateqoriyalara müraciət
edirsə, elmlərin, incəsənətin və praktikanın məlumatlarına isti-
nad edirsə, bədii ədəbiyyat intuitiv duyumla və bədii obrazlarla
işləyir. Ədəbiyyat gerçəkliyi özünəməxsus yaradıcı tərzdə, öz
qanunları üzrə əks etdirir, oxucunun diqqətini müəyyən amillərə
cəlb edir, müəyyən vəziyyətlər yaradır və s. 
Lakin ədəbiyyat çoxşaxəlidir. Ali və rəzil, mənəvi və mənəviy -
yatsız bədii ədəbiyyata eyni hüquqlar vermək meylindən imtina
etmək lazımdır. 100 il bundan əvvəl L.N.Tolstoy şikayətlənirdi
ki, biz bədii hesab edilən əsərlərin əhatəsindəyik - ətrafda minlər-
lə roman, minlərlə dram, minlərlə rəsm, minlərlə musiqi pyesi
var; incəsənət əsərləri adlanmağa iddialı əsərlər bütün dünyanı
bürümüşdür. Böyük yazıçı bədii əsərin müəllifindən bu pred-
metə əxlaqlı münasibət göstərməyi tələb edir və hesab edirdi ki,
bunlarsız hətta ən mürəkkəb formal axtarışlar belə heç bir bədii
həqiqəti əks etdirməyəcək, həqiqət olmayan yerdə isə gözəllik də
olmayacaqdır. 
Bədii mükəmməllik hamılıqla qəbul edilmiş qanunlar, nor-
malar va 
sitə 
silə deyil, açıq yaradıcı axtarış, şairin və ya
yazıçının dünya və özü ilə sərbəst ünsiyyəti nəticəsində
yaranır. Həqiqi bədii ədəbiyyat idealın formalaşmasına
yönəlməlidir. Vaxtilə A.S.Puşkin yazırdı: “Sənətin məqsədi
nəsihətçilik deyil, idealdır”.
32
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə