Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə31/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

 
 
131
 
 
 fiqh təlimi 
 
 
 
 


 
 
131
 
 
 fiqh təlimi 
 
 
 
 
 
 
III fəsil 
NAMAZ 
Namaz, ən mühüm ibadətlərdən biridir. Əgər bu ibadət düzgün və diq-
qətlə  yerinə  yetirilsə,  insanın  ruhunu  paklaĢdırar,  qəlbini  iĢiqlandırar 
və  əxlaqi  rəzillikləri  tərk  etməkdə  insana  güc  verər.  Ġnsan  tədricən 
həm özünü, həm də yaĢadığı cəmiyyəti saflaĢdıra bilər. Namazı vaxtın 
əvvəlində, hüzuri-qəlblə, riyakarlıqdan uzaq və xalisanə qılmaq bəyə-
nilir. Namaz qılan Ģəxs Allahla danıĢdığını və dediyi hər bir sözün mə-
nasına diqqət yetirməyi unutmamalıdır
1

 
 
 
                                         
1
 Rəhbərdən soruşulan suallar, namaz bölümü. 


 
 
132
 
 
 fiqh təlimi 
ĠYĠRMĠ YEDDĠNCĠ DƏRS 
NAMAZIN QĠSMLƏRĠ 
- Vacib və müstəhəb namazlar 
- Yovmiyyə (gündəlik) namazların  nafilələri 
 
1.Vacib və müstəhəb namazlar 
 Vacib namazlar bunlardır: 
- Yovmiyyə (gündəlik) namazlar 
- Təvaf namazı: Kəbəni təvaf etdikdən sonra qılınır. 
-  Ayət  namazı:  GünəĢ  və  ay  tutulduqda,  zəlzələ  və  s.  bu  kimi  təbii 
fəlakətlər zamanı qılınan namazdır. 
- Meyyit namazı 
- Ata və ananın qəza namazları: böyük oğula vacibdir. 
- Nəzir və əhd etmək, and içmək və ya əcir olmaq (baĢqasının qəza na-
mazlarını öhdəsınə götürmək) səbəbilə vacib olan namazlar.  
Müstəhəb namazlar:  
Məsələn, yovmiyyə namazların nafiləsi
1

Diqqət: 
Müstəhəb namazlar çoxsaylıdır və nafilə adlanır. Nafilə namazları ara-
sında yovmiyyə namazların nafiləsi daha çox tövsiyə olunmuĢdur.  
2.Yovmiyyə namazların nafiləsi 
1) Günün beĢ namazının hər birinin nafiləsi vardır.  Bu nafilələri qıl-
mağın  çox  böyük  savabı  vardır.  Bundan  əlavə  gecənin  axırıncı  üçdə 


 
 
133
 
 
 fiqh təlimi 
birində qılınan gecə nafiləsi adlı müstəhəb namaz da vardır. Bu nama-
zın ruha çox böyük təsirləri vardır və onu  qılmaq təkidlə tövsiyə olun-
muĢdur
2

2) Yovmiyyə namazların nafilələri. 
- Zöhr namazının nafiləsi: Səkkiz rəkətdir və zöhr namazından qabaq 
qılınır. 
- Əsr namazının nafiləsi: Səkkiz rəkətdir və əsr namazından qabaq qı-
lınır. 
- Məğrib namazının nafiləsi: dörd rəkətdir və məğrib namazından son-
ra qılınır. 
-  ĠĢa  namazının  nafiləsi:  iki  rəkətdir  və  iĢa  namazından  sonra  oturan 
halda qılınır. 
- Sübh namazının nafiləsi: iki rəkətdir  və namazdan qabaq qılınır. 
-  Gecə  nafiləsi:  on  bir  rəkətdir  və  gecənin  yarısından  sübh  namazına 
qədər olan vaxtda qılınır. Lakin gecənin axırıncı üçdə birində qılınma-
sı tövsiyə olunur
1
.   
Diqqət: 
•  ĠĢa  namazının  iki  rəkət  nafiləsi,  bir  rəkət  sayıldığı  üçün  yovmiyyə 
namazların nafiləsi 34 rəkətdir (yəni, yovmiyyə namazlarından iki də-
fə çox). 
3) Əgər zöhr və əsr namazlarının nafilələri namazdan sonra və nafilə 
vaxtında  qılınsa,  vacib  ehtiyata  görə  «əda»  (namazın  vaxtında  qılın-
                                                                                                
1
 Şəri suallara cavab, 248.338, 542 və 111-ci məsələ.Rəhbərdən soruşulan 
suallar, Namaz bölümü,151-ci məsələ. 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 166-cı məsələ. 


 
 
134
 
 
 fiqh təlimi 
ması) və «qəza» niyyəti etmədən «qürbətən iləllah» niyyəti ilə qılın-
malıdır
2

4)  Gecə  nafilələri  on  bir  rəkətdir.  Onun  iki  rəkət-iki  rəkət  Ģəklində 
qılınınan  səkkiz  rəkəti  gecə  namazı  adlanır.  Sonrakı  iki  rəkət  «Ģəf» 
namazıdır və sübh namazı kimi qılınır. Axırıncı bir rəkət “vətr” nama-
zı  adlanır.  Bu  namazın  qunutunda  dua  kitablarında  qeyd  olunduğu 
qaydada  bağıĢlanmaq  diləmək,  möminlər  üçün  dua  etmək  və  Allah-
Taaladan hacət diləmək müstəhəbdir
3

5) Gecə namazında fatihədən sonra bir surə oxumaq, bağıĢlanmaq di-
ləmək və dua etmək Ģərt deyildir. Beləliklə, gecə namazının niyyət və 
təkbirətul-ehramından sonra hər bir rəkətində  təkcə «Fatihə» surəsini 
oxumaq kifayətdir.  Lakin əgər  namaz qılan Ģəxs istəsə,  «Fatihə»dən 
sonra  Quran  surələrindən  birini  oxuya  bilər.  Sonra  digər  namazlarda 
olduğu  kimi  rüku,  səcdə,  təĢəhhüd  və  salamları  deyib  namazı  ta-
mamlaya bilər
4

6) Gecə namazını qaranlıq və heç kimin olmadığı bir məkanda qılmaq 
Ģərt deyildir. Lakin riyakarlıq da etmək olmaz
5

 
 
 
                                                                                                
1
 Rəhbərdən soruşulan, Namaz bölümü, 166-cı məsələ. 
2
 Şəri suallara cavab, 221-ci sual. 
3
 Şəri  suallara cavab, 221-ci sual. 
4
 Şəri suallara cavab, 222-ci sual. 
5
 Şəri suallara cavab, 211-cu məsələ. 


 
 
135
 
 
 fiqh təlimi 
Diqqət: 
• Vətr namazından baĢqa nafilələri iki rəkət-iki rəkət qılmaq lazımdır. 
Odur ki, gecə namazını iki dört rəkətli namaz Ģəklində qılmaq düzgün 
deyildir
1
 
• Nafilə namazlarını oturan halda qılmaq olar, lakin ayaq üstə qılmaq 
daha yaxĢıdır
2

Səfərdə zöhr, əsr və iĢa namazlarının nafiləsini qılmaq olmaz
3

•  Yovmiyyə  namazların  nafilələrinin  özünə  xas  vaxtı  vardır  və  Ģəriət 
hökmləri kitablarında qeyd olunmuĢdur
4

 
SUALLAR: 
1.Vacib namazlar hansılardır? 
2. Yovmiyyə namazların nafilələri neçə rəkətdir? İzah edin. 
3.  Əgər  zöhr  və  əsr  namazlarının  nafilələri  namazdan  sonra  və 
nafilə vaxtında qilinsa, hansı niyyətlə qılınmalıdır? 
4. Gecə namazının qaydası necədir? 
5. Gecə namazını xəlvət və qaranlıq bir yerdə qılmaq vacibdirmi?  
6. Səfərdə hansı namazların nafilələrini qılmaq olmaz?   
 
                                         
1
 Şəri suallara cavab, 218-ci sual. Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü, 162-ci məsələ. 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 162-ci sual. 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 162-ci məsələ. 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 168-ci məsələ. 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə