Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

Müstəntiq əməlli-başlı pərt oldu – ən azı, belə düşünmək olardı – dəfərçə stolun üstünə düşən 
kimi onu əlinə götürdü, ora– burasını düzəltdi və yenidən oxumağa başladı. 
Birinci cərgədəki adamlar K.-ya elə diqqətlə baxırdılar ki, o da bir anlığa nəzərlərini onlara 
dikdi. Yaşlı adamlar idi, bəzilərinin saçı-saqqalı ağarmışdı. Bəlkə hər şeyi həll edən elə bunlar 
idi? K.danışmağa başlayan andan qımıldanmayan, hətta müstəntiqin pərt olduğuna belə fikir 
verməyən adamlara təsir edə bilərdimi? 
– Mənim başıma gələn iş.... – K. əvvəlkindən də asta səslə sözünə davam etdi və birinci 
cərgədəki adamların üzünə baxdı, nitqi bir az da rəvanlaşdı, – ... mənim başıma gələn iş nadir 
hadisələrdəndir, ona görə də elə vacib deyil, heç ürəyimə də salmıram. Ancaq bu hadisə 
göstərir ki, çoxlarını beləcə istintaqa cəkirlər. Mən də özümə görə deyil, elə buna görə belə 
danışıram. 
Qeyri– ixtiyari səsini ucaltmışdı. Kimsə bərkdən əl çalaraq dedi:  
– Əhsən! Niyə də danışmayasan?! Əhsən! 
Birinci cərgədəki adamlardan bir neçəsi saqqalını sığalladı, ancaq heç biri bu çağırışa 
qoşulmadı. Heç K.-nın ozü də buna fikir vermədi, ancaq bununla belə, həvəsləndi: ona elə 
gəlirdi ki, indi hamının əl çalması o qədər də vacib deyil, əslində, hamının artıq bu barədə 
düşünməyə başlaması, hərdən kiminsə fikrini dəyişərək onun tərəfinə keçməsi kifayət edir. 
– Mən burda natiqlik qabiliyyətimi göstərmək istəmirəm, – K. elə bu baxımdan da sözünə 
davam etdi, – bunu hec bacarmaram da... Yəqin cənab müstəntiq məndən də yaxşı danışır, 
çünki sənəti bunu tələb edir. Mən, sadəcə olaraq, ictimai bir olayın ictimai müzakirəsini 
istəyirəm. Qulaq asın: təxminən on gün bundan əvvəl məni həbs etdilər. Həbsin səbəbi özümə 
də gülünc gəlir. Ancaq indi bunun yeri deyil. Səhər-səhər yatarkən mənə hücum etdilər. Bəlkə 
də, müstəntiqin dediyi kimi, hələ hər şey tam araşdırılmayıb – onlara mənim kimi günahsız 
olan bir rəngsazı tutmaq tapşırılıbmış, ancaq seçim mənə düşüb. Qonşu otağı iki kobud 
keşikçi “zəbt etmişdi”. Əgər mən təhlükəli bir cani olsaydım, bunu çox yaxşı təhlükəsizlik 
tədbiri hesab etmək mümkün idi. Bundan əlavə, həmin keşikçilər tərbiyəsiz fırıldaqçılar idi, 
rüşvət tələb etdilər, başımı yozub pal-paltarımı elə keçirmək istədilər, dedilər ki, pul ver, sənə 
səhər yeməyi alaq, halbuki özləri utanıb-qızarmadan mənim səhər yeməyimi gözümün 
qabağında aşırdılar. Bu, bəs eləmədi, məni ayrı bir otağa – inspektorun yanına apardılar. Bura 
çox böyük hörmət bəslədiyim bir xanımın otağı idi və onlar, heç bir günahın sahibi olmasam 
da, mənə görə bu otağın səliqə-sahmanını pozdular. Sakit dayanıb baxmaq olmurdu, ancaq 
mən dözdüm, sonra tamamilə sakit tərzdə inspektordan – özü burda olsa, dediklərimi təsdiq 
edərdi – nə üçün həbs olunduğumu soruşdum. Bəs inspektor nə cavab verdi? Bayaq dediyim 
xanımın kreslosuna necə mənasız bir təkəbbürlə yayxandığı hələ də gözlərim önündən 
getmir... Bəli, cənablar o, əslində, səbəb göstərmədi, bəlkə heç özü də onu bilmirdi, məni həbs 
etmişdi və buna görə də sevinirdi. Hələ başqa bir iş də görmüş, işlədiyim bankın üç aşağı 
vəzifəli məmurunu da özü ilə gətirmişdi və onlar da qadına məxsus olan fotoşəkilləri 
qurdalayır, otağın səliqəsini pozurdular. Əlbəttə, məmurları buraya başqa məqsədlə 
gətirmişdi: onlar da ev sahibəsi, qulluqçu qız kimi həbs olunduğumu camaata yaymalı, məni 
ictimaiyyət arasında hörmətdən salmalı və ən çox da bankdakı mövqeyimi laxlatmalı idilər. 


Ancaq bundan bir şey çıxmadı, zərrə qədər də xeyri olmadı, hətta sadə bir insan olan sahibə – 
onun adını burda böyük hörmətlə cəkirəm: frau Qrubax – bəli, frau Qrubax da ağıllı olduğu 
üçün, başa düşdü ki, bu həbs küçə uşaqlarının tində dalaşması kimi bir şeydir. Təkrar edirəm: 
bütün bunlar mənim üçün xoşagəlməz bir hadisədən, ötəri qəzəbdən başqa bir şey olmadı, 
ancaq nəticəsi daha ağır ola bilməzdimi?! 
K. sözünə ara verib sakitcə oturmuş müstəntiqə nəzər yetirəndə ona elə gəldi ki, kişi baxışları 
ilə zaldakılardan kiməsə nəsə işarə etdi. K. gülümsəyib sözünə davam etdi: 
– İndi yanımda oturan müstəntiq sizlərdən kiməsə gizli işarə göndərdi. Deməli, aranızda 
elələri var ki, buradan, yəni yuxarıdan idarə olunur. Bilmirəm, bu işarə bəlkə də fitə basmaq, 
ya da əl çalmaq üçün idi. Ancaq işin üstünü vaxtından əvvəl açdığım üçün bilə-bilə həmin 
işarənin mənasına varmayacam. Mənim üçün elə bir fərqi yoxdur və cənab müstəntiqə də açıq 
şəkildə icazə verirəm ki, aşağıdakı muzdlu işçilərinə gizli işarələr göndərməkdənsə, ucadan 
əmrlər versin. Məsələn, belə desin: “İndi fitə basın! İndi isə əl çalın!” 
Ya pərt olduğundan, ya da səbri tükəndiyindən, müstəntiq kresloda qurcuxdu. Arxasında 
dayanıb bayaq onunla sohbət edən kişi yenə də əyildi, sanki ona ürək-dirək, ya da tutarlı bir 
məsləhət vermək istədi. Aşağıdakı adamlar alçaqdan, ancaq qızğın sohbət edirdilər. Əvvəlcə 
sanki başqa-başqa fikirlərdə olan dəstələrin adamları indi birləşmişdilər, bəziləri barmaqla K.-
nı, bəziləri də müstəntiqi göstərirdi. İcəridəki tüstü– duman dözülməz idi. Hətta azacıq aralıda 
dayananları belə düz– əməlli görmək olmurdu. Ən çox da qalereyada dayananların vəziyyəti 
cətin idi. Məcbur olub qorxa-qorxa müstəntiqə baxır, məsələdən halı olmaq üçün astadan 
aşağıdakılara suallar verirdilər. Cavab verənlər də əllərini ağızlarına tutub yavaşcadan 
danışırdılar. 
– Bu dəqiqə qurtarıram, – deyən K. zəng olmadığından əlini stola döydü və həmin anda 
müstəntiqlə məsləhətçisinin başları təlaş içində bir-birindən aralandı, – bu işin mənə heç bir 
dəxli yoxdur, ona görə də belə sakit danışıram və sizin bu mənasız məhkəmədə nəsə bir 
marağınız varsa, məndən eşitdiklərinizin xeyri çox olacaq. Xahiş edirəm, bu dediklərimi 
aranızda müzakirə etməyi sonraya saxlayasınız, çünki indi vaxtım yoxdur, çıxıb gedirəm. 
O dəqiqə ətrafa sükut çökdü. K. artıq zalı ələ almışdı. Daha əvvəlki kimi qışqıran yox idi, heç 
əl də çalmırdılar, sanki eşitdiklərinə inanmışdılar və ya inanmağa başlayırdılar. 
– Şübhə yoxdur ki, – K. alçaqdan danışırdı, çünki gərgin zalı ələ ala bildiyinə sevinirdi və bu 
sakitliyin özündə də elə bir uğultu vardı ki, ən coşqun alqışdan da ləzzətli idi, – ...şübhə 
yoxdur ki, bu məhkəmə prosesinin, mənim həbs olunmağımın, indiki istintaqın arxasında 
böyük bir təşkilat dayanır. Elə bir təşkilat ki, yalnız rüşvətxor keşikçilərdən, lazım gələndə 
özlərini təvazökar aparmağı bacaran səfeh inspektorlardan, müstəntiqlərdən ibarət deyil, 
onun, hər halda, yüksək, çox yüksək səviyyəli hakimləri, buna uyğun da xidmətçiləri, 
katibləri, jandarmları, digər köməkçi heyəti, hətta bəlkə – mən bu sözü çəkinmədən deyirəm – 
cəlladları da var. Bəs bu böyük təşkilat nədən ötrüdür, cənablar? Ondan ötrü ki, günahsız 
adamlar həbs olunsun, mənasız, elə mənimlə olduğu kimi, nəticəsiz bir istintaqa cəlb edilsin! 
Belə bir mənasızlıqda məmurların dəhşətli rüşvətxorluğundan qaçmaq olarmı? Bu mümkün 
deyil və ən yüksək səviyyəli hakim də burda təmiz qala bilməz. Buna görə də keşikçilər az 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə