Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

Vəkil danışmağa başlayan andan Blok çarpayıya tərəf baxmırdı, gözlərini evin küncündə bir 
nöqtəyə zilləmişdi, sanki vəkilin sözlərindən gözləri qamaşırdı, buna dözə bilmirdi. Vəkil üzü 
divara tərəf, özü də alçaqdan, tez-tez danışdığı üçün nə dediyini başa düşmək olmurdu. 
– Getməyimi istəyirsininz? – Blok soruşdu. 
– Artıq gəlibsən, – dedi vəkil, – qal! 
Görən deyərdi ki, vəkil onun qalmaq arzusunu yerinə yetirmək əvəzinə Bloku döyməklə 
hədələdi və o, doğrudan da titrəməyə başladı. 
– Dünən üçüncü hakimin – dostumun yanındaydım, – vəkil sözə başladı, – söhbəti yavaş-
yavaş sənin üstünə gətirdim. Onun nə dediyini bilmək istəyirsən? 
– Əlbəttə! Xahiş edirəm... 
Vəkil bir az gec cavab verdiyi üçün Blok xahişini bir neçə dəfə təkrar etdi və o qədər əyildi ki, 
sanki diz çökmək istədi. Həmin anda K. onun üstünə qışqırdı: 
– Neyləyirsən? 
Leni əli ilə onun ağzını tutmağa çalışdı ki, qışqıra bilməsin, ancaq K. qızın bu əlindən də 
yapışıb sıxdı. Ancaq bu sıxmaq istəkdən deyildi və ona görə də qız tez-tez ah çəkərək əllərini 
çıxarmağa çalışdı. K.-nın qışqırdığına görə Blok cəzalandırıldı. Vəkil ondan soruşdu: 
– Sənin vəkilin kimdir? 
– Siz! 
– Məndən başqa kimdir? 
– Sizdən başqa heç kəs! 
 
– Onda heş kəsə qulaq asma! 
Vəkilin dedikləri ilə razılaşan Blok acıqla K.-ya baxdı, əsəbi halda başını yellətdi. Onun bu 
hərəkətlərini sözlərə çevirsəydin, kobud söyüşlər alınardı. K. da belə bir adamla dostcasına öz 
işi barədə danışmaq istəyirdi... 
– Daha sənə heç nə deyən deyiləm, – K. kresloya söykəndi, – istəyirsən diz çök, istəyirsən də 
iməklə, öz işindir. Daha heç nəyi vecimə alan deyiləm. 
Ancaq Blokun da öz mənliyi vardı, ən azı K.-dan çəkinəcəyi yox idi və ona görə də əl-qolunu 
ölçə-ölçə ona tərəf yeridi, vəkilin yanında olduğu üçün çox da ucadan qışqıra bilmədi: 
– Mənimlə belə danışa bilməzsiniz, buna haqqınız yoxdur! Niyə məni təhqir edirsiniz? Üstəlik 
də cənab vəkilin – ikimizə də, sənə də, mənə də mərhəmət göstərən bir adamın yanında? 
Məndən üstün adam deyilsiniz, çünki siz də nədəsə ittiham olunursunuz, məhkəməniz gedir. 


Bundan əlavə, əgər özünüzü cənab hesab edirsinizsə, elə mən də cənabam, bəlkə də sizdən 
yaxşı cənabam. İstəyirəm, siz də mənə cənab kimi müraciət edəsiniz. Sizin burda sakitcə 
oturub qulaq asmağınızı, mənimsə, bayaq dediyiniz kimi, iməkləməyimi öz üstünlüyünüz 
hesab edirsinizsə, onda yadıma köhnə bir məhkəmə məsəli düşür: müttəhim üçün hərəkət 
etmək sakit dayanmaqdan sərfəlidir, çünki kim sakit dayanırsa, özü də bilmədən tərəzinin 
gözündə oturmuş olur və onun bütün günahları ölçülür. 
K. dinmədi, sakitcə nə danışdığını bilməyən bu adama baxıb heyrətə gəldi. Bu son saatda o nə 
qədər dəyişmişdi! Yoxsa onu bir yerdə qərar tutmağa, dostunu, düşmənini tanımağa 
qoymayan da məhkəmə idi? Məgər görmürdü ki, vəkil onu qəsdlə alçaldır və indi də yeganə 
məqsədi K.-ya öz gücünü göstərmək, bəlkə bu yolla onu da özünə tabe etdirmək istəməsidir? 
Əgər Blok bunu görməyi bacarmırdısa və ya vəkildən belə qorxurdusa, onda necə olurdu ki, 
hiyləgərlik edirdi, vəkili aldatmağa cəsarəti çatırdı, başqa vəkilləri ola-ola, bunu vəkildən 
gizlədirdi? Bəs buna necə cəsarəti çatırdı ki, K.-nın bu sirri elə indicə aça biləcəyindən 
qorxmayıb ona hücum çəkirdi? Hələ bütün bunlar az imiş kimi, vəkilin çarpayısına yaxınlaşıb 
orda da K.-dan şikayətə başladı: 
– Cənab vəkil, bu kişinin mənimlə necə danışdığını eşitdiniz? Onun məhkəməsinin saatlarını 
da saymaq olar, ancaq indi durub mənə – məhkəməsi beş ildir davam edən bir adama yaxşıca 
dərs verir. Hətta məni söyür də! Özünün heç nədən başı çıxmır, ancaq məni söyür! Mən isə bu 
zəif gücümün çatdığı qədər ədəb-ərkanın, vəzifə borcunun, məhkəmə qaydalarının adamdan 
tələb etdiyi hər şeyi dəqiq öyrənmişəm.  
– Heç kəsə fikir vermə, – vəkil dilləndi, – nəyi düzgün hesab edirsənsə, onu da elə! 
– Əlbəttə! – Blok sanki bunula özünə ürək-dirək verdi və K.-ya qıyqacı bir bir nəzər salıb 
çarpayının önündə diz çökdü. 
– Hüzurunuzda diz çökürəm, mənim vəkilim! -dedi. 
Vəkil isə susurdu. Blok bir əli ilə yorğanı ehtiyatla sığalladı. Araya sükut çökdü və bu zaman 
K.-nın əlindən qurtarmış Leninin səsi eşidildi: 
– Ağrıdır... Burax... Blokun yanına gedirəm. 
Qız ona tərəf gedib çarpayının kənarında oturdu. Blok Leninin gəlişinə çox sevindi və 
coşqunluqla, ancaq lal bir işarə ilə xahiş etdi ki, vəkilin yanında onun tərəfini saxlasın. 
Görünür, vəkilin deyəcəyi xəbərlər onun üçün çox vacib idi, bəlkə də onları o biri vəkillərinə 
tez çatdırmaq istəyirdi. Yəqin ki Leni vəkilə necə yaxınlaşmağın çəmini yaşı bilirdi və onun 
əlini göstərərək dodaqlarını yumruladı, sanki öpməyə hazırlaşırdı. Blok o dəqiqə vəkilin 
əlindən öpdü və Leninin təhriki ilə bunu iki dəfə də təkrarladı. Ancaq vəkil hələ də susurdu. 
Onda Leni özü çarpayının üstündən vəkilə tərəf əyildi və həmin anda şux qamətinin bütün 
gözəlliyi göründü. Başını vəkilin sifətinə lap yaxınlaşdıraraq onun dümağ uzun saçlarını 
sığalladı. O nəsə deməyə məcbur oldu: 


– Bunu deməyə tərəddüd edirəm, – deyə vəkil başını bir az tərpətdi, sanki bununla qızın əlinin 
təmasını daha yaxşı hiss etmək istədi. Blok başını aşağı salıb onlara elə qulaq asırdı ki, 
deyərdin bu da ona yasaq olunub. 
– Niyə tərəddüd edirsən ki? – Leni soruşdu. 
K.-ya elə gəldi ki, əvvəlcədən hazırlanmış bir söhbətə qulaq asır. Bu söhbət həmişə təkrar 
olunmuşdu, bundan sonra da olunacaqdı və Blok üçün də həmişə təzə qalacaqdı. 
– Bu gün özünü necə aparıb? – Vəkil cavab vermək əvəzinə soruşdu. 
– Leni onun sualına cavab verməmişdən əvvəl yuxarıdan aşağı Bloka, onun yalvarış əlaməti 
kimi əllərini necə yuxarı qaldıraraq bir-birinə çarpazladığına baxdı, sonra ciddiləşərək başını 
tərpətdi və dedi: 
– Sakit, çalışqan idi! 
İşə bax, yaşlı bir tacir, uzun saqqallı bir kişi gənc qızdan imdad diləyirdi! Bəlkə də burda nəsə 
bir gizli məqsədi vardı, ancaq heç nə onun bu hərəkətinə haqq qazandıra bilməzdi! K. heç cür 
ağlına sığışdıra bilmirdi ki, vəkil bu tamaşa ilə onu öz tərəfinə çəkmək fikrinə düşər. Əgər 
bundan əvvəl K. ondan imtina etməmiş olsaydı, bu səhnə ilə bəlkə də arzusuna çatardı. İndi, 
demək olar ki, tamaşaçısını da alçaldırdı. Deməli, bu vəkilin iş üsulu belə imiş, müştərini elə 
bir vəziyyətə salırmış ki, o, hər şeyi unudurmuş, çaşqınlıq içində sürünə-sürünə məhkəmənin 
sonuna qədər gedib çıxacağına ümid bəsləyirmiş və xoşbəxtlikdən, K. bu vəziyyətə 
düşməmişdi, çünki vaxt az olmuşdu. Həmin adam onda vəkilin müştərisi yox, iti olurdu. Əgər 
vəkil ona əmr etsəydi ki, koması kimi çarpayının altına girib orda hürsün, bunu 
məmnuniyyətlə edərdi. Sanki K.-ya tapşırıq verilmişdi ki, burda danışılanların hamısını yadda 
saxlasın, sonra da yüksək instansiyaların birinə bu barədə yazılı məlumat versin, ona görə də 
çox diqqətlə qulaq asır, heç nəyi buraxmaq istəmirdi. 
– Bütün günü nə işlə məşğul olub? – deyə vəkil soruşdu. 
– Qulluqçunun otağına salıb qapını bağlamışdım ki, mənə mane olmasın. Çox vaxt orda qalır. 
Hərdən də pəncərədən nə ilə məşğul olduğuna baxırdım. Çarpayının üstündə dizi üstə çöküb 
sənin verdiyin sənədləri pəncərənin qabağına sərmişdi, onları oxuyurdu. Bu, mənim xoşuma 
gəldi. Əslində, pəncərə hava gələn şaxtaya açılır və ordan, demək olar ki, işıq düşmür. Buna 
baxmayaraq, Blokun oxuması göstərdi ki, üzüyola adamdır. 
– Bunu eşitdiyimə çox şadam, – vəkil dilləndi, – ancaq görəsən başa düşə-düşə oxuyurdu? 
Bütün bu söhbət əsnasında Blokun dodaqları dayanmadan tərpənirdi, yəqin ki Lenidən 
gözlədiyi cavabları öz-özünə pıçıldayırdı. 
– Əlbəttə, mən bu suala dəqiq cavab verə bilmərəm. Ancaq görürdüm ki, çox diqqətlə oxuyur. 
Bütün günü bir səhifənin üstündə qalıb və oxuya-oxuya da barmağını sətirlərin üstündə 
gəzdirib. Hər dəfə baxanda görürdüm ki, ah-uf edir, sanki oxumağa çətinlik çəkirdi. Yəqin 
ona verdiyin sənədlər çətin başa düşülür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə