– Mənim orda olduğumu siz hardan bilirsiiniz?
– Siz ordan keçəndə, gözləmə otağındaydım.
– Təsadüfə bax! – K. elə həyəcanlandı ki, hətta tacirin əvvəlcə ona necə gülünc göründüyünü
də unutdu. – Deməli, məni görmüsünüz! Mən ordan keçəndə, gözləmə otağındaymışsınız...
Bəli, mən ordan bir dəfə keçmişəm...
– Elə gözlənilməz təsadüf deyil, demək olar ki, mən hər gün ordayam.
– Yəqin bundan sonra mən də oraya tez-tez gedəcəm və yəqin ki, əvvəlki təki hörmət-izzətlə
qarşılanmayacam. Hamı ayağa durdu, elə bildilər hakiməm.
– Xeyr, onda biz məhkəmə xidmətçisini salamlayırdıq. Sizin müttəhim olduğunuzu bilirdik.
Belə xəbərlər çox tez yayılır.
– Deməli, artıq bilirdiniz. Bəlkə də mənim özümü necə apardığımı yekəxanalıq hesab
eləmisiniz. Bu barədə nəsə deyən oldu?
– Xeyr, əksini dedilər. Ancaq bunların hamısı səfehlikdir...
– Niyə səhehlik olur?
– Siz niyə soruşursunuz? – tacir əsəbiləşdi. – Deyəsən, ordakıları hələ yaxşı tanımırsınız və
ona görə də bəzi şeyləri düz başa düşmürsünüz. Nəzərə alın ki, belə bir şəraitdə heç bir ağıla
sığmayan şeylər danışılır, adam, sadəcə olaraq, yorulur, şox şeyi anlamır, əvəzində
mövhumatçılığa başlayır. Mən indi başqalarından danışıram, ancaq özüm onlardan da
betərəm. Bu möhumatçılığa bir misal: çoxları müttəhimin üz-gözündən, ən çox da
dodaqlarından məhkəmənin nəticəsini öyrənmək istəyir. Onlar deyirlər ki, müttəhimin
dodaqlarına baxıb onun mütləq, özü də tezliklə məhkum olunacağını duyurlar. Təkrar edirəm,
bütün bunlar gülünc mövhumatçılıqdır, çox vaxt da faktlar hamısını tamamilə inkar edir,
ancaq elə bir cəmiyyətdə yaşayan adam onlardan çətin can qurtara bilir. İndi bu
mövhumatçılığın adamlara necə təsir etdiyini təsəvvürünüzə gətirin! Siz orda birini
danışdırdınız, elə deyilmi? Ancaq cavab verə bilmədi. Əlbəttə, orda çaşmaq üçün səbəb
çoxdur və onlardan biri də sizin dodaqlarınız olub. Sonralar deyirdi ki, guya sizin
dodaqlarınızda öz məhkumluğunun nişanəsini görüb.
– Mənim dodaqlarımda? – K. cib güzgüsünü çıxarıb ona baxdı. – Mən öz dodaqlarımda elə
xüsusi bir əlamət görmürəm. Siz görürsünüz?
– Mən də görmürəm. Heçcə nə görünmür.
– Adam nə qədər mövhumatçı olarmış!
– Bəs mən demədim?! Onlar öz aralarında yəni bu qədər söhbət edir, fikir mübadiləsi
aparırlar? Mən indiyəcən onlardan kənar gəzmişəm.
– Ümumiyyətlə götürəndə, bir-biri ilə görüşmürlər. Bu heç mümkün də deyil, çünki həddən
artıq çoxdurlar. Ümumi maraqları da azdır. Bəzən hansısa bir dəstədə belə bir inam yaranır ki,
maraqları eynidir, ancaq sonradan üzə çıxır ki, səhv edirlərmiş. Bir yerdə bu məhkəmədən heç
nə qoparmaq olmaz. Ən dəqiq məhəkəmədir, bütün işləri ayrı-ayrılıqda yoxlayır. Bir yerdə
heç nə əldə eləmək olmaz, yalnız bəzən kimsə ayrılıqda gizlincə nəsə edə bilir, qalanlar da
nəsə əldə olub qurtarandan sonra ondan xəbər tuturlar. Heç kim də bunun necə alındığını
bilmir. Deməli, orda birlik yoxdur, yalnız hərdən gözləmə otaqlarında rastlaşırlar ki, orda da
çox şey müzakirə etmək olmur. Bu mövhumatçı fikirlər də lap çoxdan yaranıblar və öz-özünə
çoxalırlar.
– Mən həmin cənabları orda – gözləmə otağında görmüşəm. Onda mənə elə gəldi ki, mənasız
yerə gözləyirlər.
– Gözləmək mənasız olmur. Yalnız kiminsə özünün işə qarışması mənasız olur. Bayaq dedim
ki, bundan əlavə beş vəkilim var. Fikirləşmək olardı ki, – ən əvvəl özüm belə fikirləşirdim –
işi tamamilə onların öhdəsinə buraxmaq olar. Ancaq bu, böyük bir səhv olardı. Beş nəfər
olsalar da, öhdələrinə buraxa bilmərəm. Yəqin niyəsini başa düşmədiniz?
– Xeyr, – deyə K. çox sürətlə danışan taciri bir az sakitləşdirmək üçün əlini mehribanlıqla
onun əlinin üstünə qoydu, – xahiş edirəm bir az yavaş danışın, dedikləriniz mənim üçün son
dərəcə vacibdir, hamısını tuta bilmirəm...
-Yaxşı ki, yadıma saldınız. Axı siz təzəsiniz, lap sütülsünüz. Məhkəməniz yarım ildir ki,
gedir, elə deyilmi? Bəli, bu barədə eşitmişəm. Lap yeni başlayıb ki! Ancaq mən bu məsələləri
o qədər götür-qoy etmişəm ki! İndi bu dünyada ən çox bildiyim şeylərdir...
– Yəqin ki məhkəmənizin bu qədər uzandığına sevinirsiniz?! – K. ondan işinin indi hansı
vəziyyətdə olduğunu birbaşa soruşmadı və ona görə aldığı cavab da bürüncəkli oldu.
– Bəli, bu məhkəməni beş il uzada bilmişəm, – deyə tacir başını aşağı saldı, – balaca uğur
deyil...
Kişi bir anlığa susdu. K. qapını dinşədi: görəsən Leni gəlir, yoxsa yox... Bir tərəfdən
gəlməsini istəmirdi, çünki soruşmağa hələ çox şey vardı və həm də qıızın onu tacirlə belə
mərəhəm söhbət etdiyini görməsini istəmirdi, digər tərəfdən də K. burda olduğunu bilə-bilə
vəkilin yanında belə çox qaldığına acığı tuturdu, axı şorba yedirtmək bu qədər çəkməzdi.
– Vaxtı dəqiq yadımdadır, – vəkil yenə sözə, K. da diqqətlə ona qulaq asmağa başladı, – onda
mənim məhkəməm də elə sizinki kimi yarım il olardı ki, başlamışdı. O vaxt vəkilim təkcə bu
idi, ondan da çox razı deyildim...
“Aha, indi hər şeyi öyrənəcəm”, – deyə K. ürəyindən keçirdi və razılıqla başını tərpətdi, sanki
bununla taciri nəsə lzımlı bir şey deməyə həvəsləndirmək istədi.
– Məhkəmə irəli getmirdi, – tacir sözünə davam etdi, – düzdür, istintaqlar olurdu və mən də
hamısına gedirdim, sənədlər toplayırdım, haqq-hesab kağızlarının hamısını təqdim etmişdim,
ancaq sonralar öyrəndim ki, bunlar heç lazım deyilmiş, tez-tez vəkilin yanına qaçmağa
başladım, o da bir neçə vəkalətnamə yazdı...
– Bir neçə vəkalətnamə?
– Əlbəttə!
– Bu mənim üçün çox vacibdir. Mənim işimlə bağlı birinci vəkalətin üstündə hələ də işləyir.
Heç nə eləməyib. İndi görürəm ki, məni necə rüsvay edib.
– Vəkalətnamə bir neçə üzürlü səbəbdən hazır olmaya bilər. Yeri gəlmişkən, sonralar bilindi
ki, mənimkilərin hamısı mənasız imiş. Hətta birini məhkəmə xidmətçisinin sayəsində özüm də
oxudum. Düzdür, savadlı yazılmışdı, ancaq mənası yox idi. Hər şeydən əvvəl, çoxlu latın
sözləri işlənmişdi, mən də onları başa düşmədim, sonra bir neçə səhifə məhkəmənin ünvanına
yazılmış ümumi sözlər gəlirdi, sonra bir neçə məmur təriflənirdi, adları çəkilməsə də, bu ağıl
sahiblərinin kimlər olduğu bilinirdi, sonra özünü tərifləyirdi, it kimi məhkəməyə şırvanırdı və
axırda da mənim işimə bənzəyən keçmiş məhkəmə işlərindən söhbət açılırdı. Bu təhqiqatlar
mən bildiyim qədər diqqətlə aparılmışdı. Əlbəttə, mən bu deyilənlərlə vəkilin işini heçə
endirmək istəmirəm və mənim oxuduğum vəkalətnamə də çoxlu vəkalətnamələrdən biri idi,
ancaq yalnız onu demək istəyirəm ki, o vaxt işimdə heç bir irəliləyiş hiss eləmədim.
– Siz hansı irəliləyişi görmək istəyirdiniz ki? – K. soruşdu.
– Çox ağıllı sualdır, – tacir gülümsədi, – bu məhkəmədə irəliləyişi nadir hallarda görmək olur.
Ancaq onda bunu bilmirdim. Mən tacir adamam, onda da indikindən yaxşı tacir idim,
gözəgörünən irəliləyiş istəyirdim, bütün bunlar sona çatmalı, ya da ən azı, əsil inkişaf olmalı
idi. Bunun əvəzində, çox vaxt da eyni məzmunda dindirmələr olurdu. Hamısının cavabını da
dua kimi əzbər bilirdim. Məhkəmə xidmətçiləri həftədə bir neçə dəfə işə, evə, ya da məni tapa
biləcəkləri yerə gəlirdilər. Əlbəttə, bu mənə heç əl vermirdi (indi heç olmasa bu baxımdan
vəziyyət xeyli yaxşılaşıb, telefonla çağırılmaq adama az mane olur), iş qurduğum dostlarım,
xüsusilə də qohumlarım arasında məhkəmə barədə şayiələr yayılmağa başladı, hər tərəfdən
ziyana düşdüm, ancaq bunula belə, yaxın günlərdə ilk məhkəmə dinləmələrinin başlanacağını
göstərən heç bir əlamət görünmürdü. Belə olan halda vəkilin yanına gəlib şikayət etdim.
Düzdür, uzun-uzadı izahat verdi, ancaq mənim istədiyim istiqamətdə hər hansı bir addımın
atılmasını qətiyyətlə rədd etdi, dedi ki, heç kəs məhkəmənin gedişinə təsir edə bilməz və
mənim vəkalətnamə ilə çıxış etmək tələbimi də ağılasığmaz hesab elədi ki, ikimizi də məhv
edər. Elə onda fikirləşdim ki, bu vəkilin istəmədiyi, bacarmadığı bir işi başqası istəyər də,
bacarar da... Beləliklə, başqa vəkillər axtarmağa başladım. Elə bəri başdan deyim ki, heç biri
əsas dinləmənin başlanmasını tələb etmədi və buna da nail ola bilmədi. Yeri gəmişkən, bir
məsələ nəzərə alınmazsa, – bu barədə sonra danışacam – doğrudan da, bu mümkün olan iş
deyil, deməli, bu məsələdə vəkil məni aldatmayıb. Ancaq bununla belə, başqa vəkillərə
müraciət etdiyimə görə də peşman deyiləm. Yəqin ki, ara vəkilləri barədə doktor Hulddan
eşitmiş olarsınız və məlum məsələdir ki, onlardan nifrətlə danışıb. Onlar doğrudan da nifrətə
layiqdirlər. Ancaq onların haqqında danışanda, öz həmkarlarını onlarla müqayisə edəndə,
kiçicik bir səhvə yol verir və mən də, yeri gəlmişkən, sizin diqqətinizi həmin səhvə yönəltmək
istəyirəm. O öz dairəsindəki hakimləri fərqləndirmək üçün onları həmişə “böyük hakimlər”
adlandırır. Bu səhvdir, çünki kimin könlündən keçirsə, özünə “böyük” deyə bilər, ancaq bu
yalnız məhkəmə qaydası ilə müəyyənləşdirilə bilər. Bu qaydalara görə ara vəkillərindən başqa
balaca və böyük vəkillər var. Bu vəkil və onun həmkarları. əslində, balaca vəkillərdir, ancaq
Dostları ilə paylaş: |