Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

boynuma götürürəm... – rəssam öz baxışları ilə sanki K.-nı məzəmmət etdi ki, ona görə bu 
ağır yükü öz boynuna götürür. 
– Siz çox böyük bir lütfkarlıq edirsiniz, – dedi K. – Deməli, hakim sizə inanacaq, ancaq 
bununla belə mənə tam bəraət verməyəcək? 
– Bayaq dediyim kimidir... Yeri gəlmişkən, bu hələ o demək deyil ki, hakimlərin hamısı mənə 
inanacaq, bəzisi deyəcək ki, sizi şəxsən onun yanına aparım. Deməli, onda mənimlə gedəsi 
olacaqsınız. Əlbəttə, belə olan halda, işin yarısını artıq udulmuş hesab etmək mümkündür
xüsusilə də həmin hakimin yanına getməmişdən əvvəl orda özünüzü necə aparacağınızı sizə 
dəqiq başa salandan sonra... Ancaq əvvəlcədən “yox” deyən – belə hallar da olacaq – 
hakimlərlə çətin alınacaq. Əlbəttə, mən müxtəlif vasitələrlə onları yola gətirməyə çalışacam, 
əgər alınmasa, bu hakimlərdən imtina etməli olacağıq və bunu edə də bilərik, çünki heç biri 
ayrılıqda qəti hökm verə bilməz. Mən kifayət qədər imza toplayandan sonra həmin zəmanəti 
götürüb sizin işi aparan hakimin yanına gedirəm. Bəlkə elə onun özünün də imzasını almış 
oldum, onda hər şey nisbətən tez həll olunacaq. Əslində, bütün bunlardan sonra elə böyük 
çətinliklər qalmır və müttəhim də artıq özünü inamlı hiss edə bilər. Qəribə də olsa, həqiqətdir 
ki, müttəhimlər bu vaxt ərzində bəraətdən sonrakından da inamlı olurlar. Daha elə bir çətin iş 
qalmır. Artıq hakimin əlində bir neçə hakimin də imzaladığı zəmanət olur və heç nədən 
çəkinmədən sizi azad bilir və məlum məsələdir ki, mənə, eləcə də digər tanışlarına minnət 
qoyaraq bəzi formal işləri yerinə yetirəndən sonra bunu edir də... Siz məhkəmədən çıxırsınız 
və azad olursunuz! 
– Deməli, azad oluram... – K. tərəddüdlə dilləndi. 
– Bəli, ancaq yalnız elüzəri, daha dəqiq desək, müvəqqəti azad olursunuz. Mənim tanışlarımın 
da aid olduğu aşağı çinli hakimlərin kimisə tam azad etməyə hüquqları çatmır, bu hüquq 
yalnız Ali Məhkəmədə olur ki, ona da nə sizin, nə mənim, nə də başqalarının əli yetir. Orda 
işin necə aparıldığını biz bilmirik və yeri gəlmişkən, heç bilmək də istəmirik. Deməli, bizim 
hakimlərə kiminsə üzərindən ittihamı götürə bilmək kimi ali hüquq verilməyib, onlar yalnız 
onu rədd edə bilərlər. Bu isə o deməkdir ki, siz hələlik azad olunursunuz, üzərinizdən ittiham 
bir anlığa götürülür, ancaq o, başınızın üstündə fırlanır və yuxarıdan əmr gələrsə, təzədən 
qüvvəyə minir. Məhkəmə ilə əlaqələrim çox yaxşı olduğu üçün, tam bəraətlə elüzəri bəraətin 
dəftərxana sənədlərində zahirən seçildiklərini sizə deyə bilərəm. Tam bəraət zamanı 
məhkəmənin bütün sənədləri yoxa çıxır, bütün istintaq materialları, ittihamnamə, hətta tam 
bəraət haqqındakı qətnamənin özü də məhv edilir. Hər şey, hər şey məhv olunur... Elüzəri 
bəraətdə isə baçqa cür olur. Sənədlərdə heç bir dəyişiklik edilmir, qovluq yalnız günahsızlıq 
barədəki zəmanətin, bəraət və onu əsaslandıran qətnamənin hesabına bir az qalınlaşır. 
Ümumiyyətlə götürəndə, dəftərxana yazışmalarının tələbinə uyğun olaraq, məhkəmə hələ də 
davam edir, sənədlər yuxarı instansiyaların məhkəmələrinə göndərilir, sonra təzədən aşağı 
instansiyaya qayıdır və beləliklə, gah sürətlə, gah sürünə-sürünə, gah yerlərdə çox, gah da az 
qalmaqla gedib-gəlirlər. Bu get-gəlin də nə qədər çəkdiyi bilinmir. Kənardan baxanda, bəzən 
adama elə gəlir ki, hər şey unudulub, sənədlər itib, bəraət də qətiləşib. Ağlı başında olan adam 
buna inanmaz. Heç bir sənəd itmir, məhkəmə də heç nəyi unutmur. Günlərin bir günü, heç 
kimin gözləmədiyi bir halda, hansı hakimsə onu qaldırıb diqqətlə baxır və görür ki, ittiham 


hələ də öz qüvvəsindədir, elə o dəqiqə də həbs haqqında qərar çıxarır. Bununla demək 
istəyirəm ki, elüzəri bəraətlə yenidən həbs olunmağın arası çox çəkir. Ancaq bu belə ola bilər! 
Eyni zamanda belə də ola bilər ki, – bu cür hallar da görmüşəm – bəraət alan adam evə 
qayıdanda görür ki, məhkəmə icraçıları təzədən həbs etmək üçün onu gözləyirlər. Onda da 
azad həyata əlvida!  
– Məhkəmə də təzədən başlayır? – K. inamsızlıqla soruşdu. 
– Elədir, məhkəmə təzədən başlayır, ancaq yenə də əvvəlki kimi elüzəri bəraət qazanmaq 
mümkündür. Bütün gücünü toplayıb, təslim olmamaq lazımdır.  
Bəlkə də rəssam bu son sözləri K.-nın ruhdan düşdüyünü hiss edərək dedi. K. da sanki 
rəssamın hansısa bürüncəkli fikirlərini qabaqlamaq üçün dilləndi: 
– Bəs ikinci dəfə bəraət almaq birincidən çətin olmayacaq? 
– Bu barədə dəqiq fikir söyləmək olmaz. Yəqin demək istəyirsiniz ki, ikinci dəfə həbs 
olunmağınız hakimləri sizin əleyhinizə kökləyəcək? Belə şey ola bilməz. Hakimlər bəraət 
verəndə, bu həbsi artıq nəzərdə tutmuş olurlar. Deməli, bunun təsiri ola bilməz. Ancaq ola 
bilsin, digər saysız-hesabsız səbəblərdən hakimlərin ovqatı, işə verdikləri hüquqi qiymət 
dəyişər, ona görə də ikinci bəraət üçün görülən işlər dəyişmiş vəziyyətə uyğunlaşdırılmalıdır 
və ümumiyyətlə, birinci bəraətdə olduğu kimi var gücünü toplamalısan. 
– Ancaq bu ikinci bəraət də qəti olmayacaq, – K. narazılıqla başını geri çevirdi. 
– Əlbəttə olmayacaq, çünki ikinci bəraətdən sonra üçüncü həbs gələcək, üçüncü bəraətdən 
sonra da dördüncü həbs... və beləcə də davam edəcək. Elüzəri bəraətin mahiyyəti belədir. 
K. susdu. 
– Deyəsən, elüzəri bəraət o qədər də xoşunuza gəlmədi, -rəssam sözünə davam etdi, – bəlkə 
də süründürməçi bəraət sizə daha çox uyğun gəlir. 
K. başını tərpətdi. Rəssam kresloya yayxanmışdı, gecə köynəyinin yaxası tam açıq idi və 
əlinin birini də içəri salmışdı, gah sinəsini, gah da böyrünü sığallayırdı. 
– Süründürməçi bəraət... – rəssam gözlərini bir nöqtəyə zilləyərək uyğun sözlər axtarırdı, – 
süründürməçi bəraətin mahiyyəti ondan ibarətdir ki, iş uzun zaman məhkəmənin ən aşağı 
mərhələsində saxlanılır. Buna nail olmaq üçün müttəhim və köməkçisinin, xüsusilə də 
köməkçinin, ara vermədən məhkəmə ilə əlaqədə olması vacibdir. Təkrar edirəm, burda elüzəri 
bəraətdə olduğu kimi çox güc sərf eləmək lazım gəlmir, ancaq bununla belə, son dərəcə 
diqqətli olmaq gərəkdir. Məhkəməni gözdən qoymaq olmaz, işi aparan hakimin yanına yalnız 
təyin olunmuş günlərdə deyil, fürsət düşən kimi də getmək, onunla mehribançılıq yaratmağa 
çalışmaq lazımdır. Hakimlə şəxsi tanışlığın yoxdursa, başqa tanış hakimlər vasitəsilə ona təsir 
etmək lazımdır, ancaq bununla bərabər, onun özü ilə birbaşa müzakirələr aparmaq cəhdindən 
də əl çəkmək olmaz. Yalnız bunların hamısını eləməklə kifayətə qədər əminliklə demək olar 
ki, məhkəmə ilkin mərhələsindən o yana gedə bilməyəcək. Düzdür, məhkəmə dayandırılmır, 
ancaq azadlıqda gəzən bir adam kimi müttəhimin haqqında heç bir hökm çıxarıla bilməz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə