Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

– Yozef! – Leni yalvarıcı, ancaq dik baxışlarla K.-nın gözlərinin içinə baxdı. – Sən məni 
cənab tacirə qısqana bilməzsən. Rudi, – deyə o tacirə tərəf döndü, – mənə kömək elə, 
görürsən ki, məndən şübhələnir, şamı at getsin... 
Fikirləşmək olardı ki, tacir ona fikir verməyəcək, ancaq, sən demə, qulağı onlarda imiş: 
– Heç mən də bilmirəm ki, niyə qısqanır... – tacir sanki kişilənmək istədi. 
– Heç mən özüm də bilmirəm! – K. təbəssümlə tacirə baxdı. 
Leni ucadan güldü, K.-nın bir az boşalmasından istifadə edərək onun qolları arasında yerini 
rahatlayaraq pıçıldadı: 
– Onda işin olmasın... özün görürsən ki, necə adamdır. Onunla bir az xoş rəftar etdim, çünki 
vəkilin daimi müştərisidir. Başqa səbəb yoxdur... Bəs sən? Bu gün vəkillə danışmaq 
istəyirsən? İndi çox ağrıyır, ancaq istəsən, gəldiyini deyərəm. Gecə də mənim yanımda 
qalarsan. Mütləq qalarsan... Çoxdan bura gəlmirsən, vəkil özü də səni soruşurdu. Məhkəməni 
yaddan çıxarma! Mənim də sənə sözüm var, bəzi şeylər öyrənmişəm. Ancaq əvvəlcə paltonu 
çıxar! 
Leni ona paltosunu soyunmağa kömək etdi, şlyapasını aldı, onları asmaq üçün girəcəyə tərəf 
tələsdi, tezcə də geri qayıtdı, şorbaya baxdı: 
– Əvvəlcə sənin gəldiyini xəbər verim, yoxsa şorbasını aparım? 
– Əvvəlcə gəldiyimi de! 
K. əsəbiləşmişdi. Gələndə fikrində tutmuşdu ki, Leni ilə öz işlərini, xüsusilə də hələlik sual 
altında olan imtina məsələsini yaxşı-yaxşı müzakirə etsin, ancaq tacirin burda olması onu 
həvəsdən saldı. Bununla belə, işini o dərəcədə vacib hesab edirdi ki, bu balaca kişinin burda 
olması ona təsir edə bilməzdi və artıq yolda olan Lenini geri çağırdı: 
– Əvvəlcə şorbasını apar, mənimlə söhbət etmək üçün özünə bir az güc toplasın, bu ona lazım 
olacaq. 
– Aha, siz də vəkilin müştərisisiniz, – tacir oturduğu küncdən yavaşca dilləndi, elə bil bununla 
nəsə nəyisə demək istədi. Ancaq bu ordakıların xoşuna gəlmədi. 
– Bunun sizə nə dəxli var? – K. tez dilləndi və Leni də əlavə etdi: 
– Sən sus! – Sonra K.-ya tərəf döndü: – Deməli, əvvəlcə şorbanı aparıram... – şorbanı boşqaba 
tıkdü. – Bircə qorxusu var ki, yatar, adətən yeməyini qurtaran kimi yuxuya gedir. 
– Məndən eşitdikləri onu yatmağa qoymayacaq... – K. bununla bir daha nəzərə çarpdırmaq 
istəyirdi ki, vəkillə çox vacib bir məsələ haqqında danışmaq niyyətindədir və gözləyirdi ki, 
Leni nə barədə danıçacağını soruşsun, o da qızdan məsləhət istəsin. Ancaq Leni yalnız 
deyilənləri dəqiqliklə yerinə yetirirdi. Əlində boşqab K.-ın yanından keçəndə, qəsdlə ona 
toxundu və pıçıldadı: 


– Şorbasını yeyib qurtan kimi gəldiyini deyəcəm ki, bacardıqca tez yanıma qayıdasan. 
– Get, get! 
– Bir az nəzakətli olsan yaxşıdır, – deyə qız əlində boşdaq qapıya çatanda, yenə geri döndü. 
K. onun arxasınca baxdı. Artıq qəti qərara gəlmişdi: vəkildən imtina edəcək! Bəlkə də əvvəlcə 
Leni ilə bu barədə danışmaması daha yaxşı oldu. Onsuz da işə tam bələd deyildi, deyəcəkdi 
ki, lazım deyil və bəlkə onu doğrudan da bu dəfə fikrindən daşındıracaqdı, özü isə yenə də 
şübhə-tərəddüdlər içində üzüləcək, axırda nə vaxtsa bu qərarını həyata keçirəcəkdi, çünki 
burda başqa yol yox idi. Bu işi nə qədər tez eləsə, ziyanı o qədər az olar... Yeri gəlmişkən, 
bəlkə elə tacir də bu barədə nəsə deyə bilər... 
K. ona tərəf çevrildi, tacir bunu hiss edən kimi ayağa qalxmaq istədi. 
– Oturun, – deyə K. öz kreslosunu ona yaxın çəkdi. – Siz çoxdan bu vəkilin müştərisisiniz? 
– Lap çoxdan müştərisiyəm... 
– Neçə ildir sizi təmsil edir? 
– Bilmirəm-nəyi nəzərdə tutursunuz?! Ticarət məsələlərində – mən taxıl işi ilə məşğul oluram 
– bu vəkil işə başladığım vaxtdan, yəni iyirmi ildir, məhkəmə işimdə də – yəqin siz buna işarə 
edirsiniz – lap əvvəlindən, yəni beş ildən çoxdur ki, məni təmsil edir. Bəli, beş ildən çoxdur... 
– deyə tacir cibindən köhnə bir pulqabı çıxartdı, – hamısını burda yazmışam, istəsəniz 
tarixləri də dəqiq deyə bilərəm. Hamısını yadda saxlamaq çətindir. Yəqin mənim məhkəməm 
hələ çox çəkəcək, arvadım öləndən azacıq sonra başlayıb, bu da beş il yarımdan çoxdur. 
K. ona bir az da yaxınlaşdı: 
– Bu vəkil adi mülki işlər də götürür? – Məhkəmələrin adi hüquq normalarına bağlı olması 
K.-nı əməlli-başlı sakitləşdirdi. 
– Əlbəttə! – deyən vəkil səsini bir az alçaltdı. – Hətta deyirlər ki, belə işlərdə daha yaxşıdır. – 
Ancaq, deyəsən, dediyinə peşman oldu, əlini K.-nın çiyninə qoydu. – Xahiş edirəm, məni 
satmayın. 
K. sakitləşdirmək üçün əlini onun dizinin üstünə qoydu: 
– Mən satqın deyiləm! 
– Çox kinli adamdır... 
– Belə sadiq müştəriyə heç nə eləməz. 
– Eləyər, eləyər. Əsəbiləşəndə, heç kəsə fərq qoymur... Özü də mən ona, əslində, sadiq 
deyiləm. 
– Necə yəni sadiq deyilsiniz? 


– Sizə bel bağlamaq olar? – tacir şübhə ilə soruşdu. 
– Mənə elə gəlir ki, olar. 
– Yaxşı, onda bəzi məsələləri sizə etibar edərəm, ancaq siz də bir sirrinizi mənə açmalısınız 
ki, ikimiz də vəkilin qarşısında möhkəm dayana bilək. 
– Siz çox ehtiyatlı adamsınız. Ancaq sizə elə bir sirrimi açacam ki, tamamilə 
sakitləşəcəksiniz. Vəkilə sadiq olmadığınız özünü nədə göstərir? 
– Mənim... – tacir elə tərəddüd etdi ki, sanki alçaqlığını etraf edirdi. – Ondan başqa da 
vəkillərim var... 
– Burda nə pis iş var ki?! – K. bir az pərt oldu.  
– Burda yoxdur... – etirafından sonra ağaır-ağır nəfəs alan tacir K.-nın sözlərindən sonra bir 
az ürəkləndi. – Buna icazə verilmir. Uzaqbaşı, uzaqbaşı bir ara vəkili tutmaq olar. Mən də elə 
bunu eləmişəm, ondan əlavə də beş ara vəkili tutmuşam. 
– Be..e..ş! – bu rəqəm K.-nı heyrətə gətirdi. – Bundan əlavə beş vəkil? 
Tacir başını tərpətdi: 
 
– İndi də altıncısı ilə danışıqlar aparıram. 
– Bu qədər vəkil nəyinizə lazımdır ki? 
– Hamısı lazımdır. 
– Nəyə lazım olduğunu mənə başa sala bilərsiniz? 
– Məmnuniyyətlə. Hər şeydən əvvəl, məhkəməni uduzmaq istəmirəm... Bu, məlum məsələdir. 
Ona görə də xeyrimə nə varsa, hamısından istifadə etməyə çalışıram. Hətta nəyinsə xeyir 
gətirəcəyinə ümid lap az olanda da, onu əldən vermirəm. Buna görə də nəyim vardısa, 
hamısını məhkəməyə xərcləmişəm. Məsələn, bütün pullarımı dövriyyədən çıxarmışam, 
əvvəllər şirkətimin iş otaqları bir mərətəbəni tutmuşdu, ancaq indi lap arxa otaqların birində 
şəyirdlə oturub işləyirik. İşimin geriləməyi yalnız pulumun qurtarması ilə deyil, həm də iş 
qabiliyyətimin zəifləməsi ilə bağlıdır. Məhkəmə üçün nəsə eləmək istəyəndə, başqa işlərə 
vaxt qalmır. 
– Deməli, siz özünüz də məhkəmədə işləyirsiniz? Bu mənim üçün çox maraqlıdır. 
– Bu barədə çox danışmaq olmaz. Əvvəllər, buna cəhd göstərdim, ancaq sonra özüm 
istəmədim. Çox yorucudur və elə böyük uğur da qazanmaq olmur. Ən azı, məlum oldu ki
mənim üçün həm orda işləmək, həm də danışıqlar aparmaq mümkün deyil. Elə orda oturub 
gözləməyin özü adamı yorur. Dəftərxanalarda havanın necə ağır olduğunu da özünüz yaxşı 
bilirsiniz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə