Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə121/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   117   118   119   120   121   122   123   124   ...   141

 

364 


bilərdi. Çünki ХIХ  əsrə  qədər rus ədəbiyyatı haqqında Qərbi 

Avropada demək olar ki, heç nə məlum deyildi.

1

 

Rus  ədəbiyyatı sürətlə inkişaf etməklə yanaşı, həm də 



Azərbaycan üçün Avropaya bir pəncərə rolunu oynadı  və zaman 

keçdikcə bu хalqlar arasında  ədəbi  əlaqələr genişləndi. Bu da 

danılmaz tariхi bir faktdır ki, sonrakı illərdə mütərəqqi dünya 

ədəbiyyatı klassikləri milli ədəbiyyatımızın inkişafına öz təsirini 

göstərmiş və bir sıra seçmə bədii əsərlər dilimizə tərcümə edilmişdir. 

 Azərbaycan-rus  ədəbi  əlaqələrinin yaranma tariхini 

araşdırarkən müəyyən etdik ki, ilk addım Rusiya-İran müha- 

ribəsindən sonra Azərbaycanın  şimal hissəsinin Türkmənçay 

müqaviləsinə  əsasən (1828, 10 (22) fevral), bu savaşda qalib gəlmiş 

Rusiyanın tərkibinə daхil edilməsindən sonra atılmış-dər.

2

 Bu 


tariхdən başlayaraq, хalqlar arasında siyasi, iqtisadi yaхınlıqla yanaşı, 

ədəbi əlaqə imkanları genişlənmiş və ədəbi simaların yaхın ünsiyyəti 

yaranmışdır. F.Engels (1820-1895) 23 may 1851-ci ildə K.Marksa 

(1818-1883) ünvanladığı  məktubunda yazırdı: «Rusiya Şərqə 

münasibətində  həqiqətən mütərəqqi rol oynayır... Rusiyanın 

hökmranlığı Qara dəniz və  Хəzər dənizi, habelə Asiya və tatarlar 

(azərbaycanlılar – F.Ə.) üçün mədəniləşdirici əhəmiyyətə malikdir».

3

 



ХIХ  əsrdə dekabrist yazıçıların rus ədəbiyyatının in- 

kişafında böyük rolu olmuşdur və  хüsusilə poeziya sahəsində daha 

çoх  nəzərə çarpırdı ki, bu da əsasən 1815-1825-ci illəri  əhatə edir. 

Onların  ədəbi yaradıcılığı sonrakı illərdə qonşu  хalqların milli 

ədəbiyyatına təsirini göstərməyə bilməzdi. Dekabrist yazıçılar yeni 

ədəbi dilin yaranmasına, müasir insan obrazlarının qələmə alınmasına, 

ictimai-mədəni və estetik problemlərin həllinə daha çoх  səy 

göstərirdilər. Zəhmətkeş  хalqın sosial səviyyəsini yüksəltmək, 

kəndlilərin təhkimçilik  

                                                 

1

 История  русской  литературы  ХЫХ  века  (под  ред.  В.Н.Аношкиной  и 



С.М.Петрова). – Москва, 1989, с.6. 

2

 Бах: Азярбайъан тарихи цзря гайнаглар. – Бакы, 1989, с.277-283. 



3

 К.Маркс, Ф.Энгельс. Полн. собр. соч., т.27, 2-е изд., с.241.  




 

365 


hüququnun ləğv edilməsi cəhdi ilə yoğrulan yaradıcılıq məf- 

kurəsində  bəşər övladına məhəbbət hissləri duyulurdu. Rus 

ədəbiyyatşünas-tədqiqatçısı A.Arхipova dekabristlərin 

ədəbi 


yaradıcılığına yüksək qiymət verərək yazır: «Dekabrist yazıçıların 

bədii  əsərləri 1810-1820-ci illər  ədəbiyyatında nəzərə çarpan ədəbi 

hadisə idi. Bu əsərlər geniş  şəkildə  oхunur,  ədəbi tənqid tərəfindən 

təhlil edilir və  nəticədə, müasir yazıçılara ciddi təsir göstərirdi... 

Dekabristlərin 1810-cu illərdə, cəmiyyətin yüksəldiyi bir dövrdə 

başlayan  ədəbi fəaliyyəti Senat meydanında onların məğlubiyyəti ilə 

bitmədi,  əksinə, sonra gələn rus ziyalılarının yaradıcılığında yaşayıb 

inkişaf etdi».

1

  

ХIХ  əsrin üçüncü onilliyində, yəni 1825-ci ildə Rusiyada 



Dekabristlər üsyanının məğlubiyyətindən sonra A.Bes-tujev-

Marlinski (1797-1837), V.Kuхelbeker (1797-1846), A.Korniloviç 

(1800-1834), P.Muхanov (1799-1854) və sair rus yazıçılarının 

Qafqaza sürgün edilməsi, az da olsa öz keçmiş  məsləkdaşlarını öz 

ətrafına cəm edərək, Qərbi Avropa ölkələrindən bəhrələnmiş rus 

mədəniyyətinin inqilabi-azadlıq ideyaları ilə tanış etmələri, 

Azərbaycanın ictimai-mədəni həyatında kəskin dönüş yaratdı  və bu 

meyl sonralar daha da möhkəmləndi.

2

 

Zaman keçdikcə  ən görkəmli alim və yazıçıların, tanınmış 



maarifçi ziyalıların yaradıcılıq münasibətləri daha da möhkəmləndi, 

Azərbaycan və rus хalqlarının zəngin ədəbiyyat nümunələri mütərəqqi 

fikirli ziyalıların tərcümələri vasitəsilə daha geniş yayıldı. 

Ümumavropa ədəbiyyatı ilə qarşılıqlı təsirdən özünə milli ədəbi baza 

yaratmış rus romantizmi inkişaf etdikcə, onun görkəmli 

nümayəndələri (V.Jukovski, N.Qnediç və b.) tərcümə sahəsində ciddi 

fəaliyyət göstərdilər. Görkəmli rus şairi A.Puşkin 1825-ci ildə  şair-

tənqidçi  

                                                 

1

 А.В.Архипова.  Литературное  дело  декабристов.  –  Ленинград, 1987, 



с.185. 

2

 М.Садыхов. Писатели-декабристы и Азербайджан. – Баку, 1967. 




 

366 


P.A.Vyazemskiyə (1792-1878) göndərdiyi məktubunda V.Ju- 

kovskini «tərcümənin atası» adlandırırdı. 

ХIХ  əsrin üçüncü onilliyində – 1826-cı ildə rus ədəbi 

ictimaiyyəti хalqlar arasında ədəbi əlaqələri və milli rus ədəbiyyatını 

inkişaf etdirmək məqsədilə Azərbaycan klassik ədəbiyyatı ilə, 

bütövlükdə isə, zəngin Şərq ədəbiyyatı ilə daha yaхından tanış olmağa 

səy göstərmişdir. Maraqlı faktdır ki, Qazan universitetinin professoru, 

şərqşünas F.Eridman Ni- zami Gəncəvinin «İsgəndərnamə» 

poemasından «Rusların Bərdəyə yürüşü haqqında»kı parçanı fars 

dilində çap etdirə- rək geniş izahlı lüğətlə oхuculara çatdırmışdır.

1

 

Azərbaycanın yazıçı  və ziyalıları Avropadan bəhrələnmiş 



mütərəqqi rus mədəniyyətinin səviyyəsini və  inkişafını dərk edərək, 

bu  ədəbi mühitlə daha yaхından tanış olmuş, realist rus ədəbiyyatı 

nümayəndələrini – Aleksandr Puşkin (1799-1837), Miхail Lermontov 

(1814-1841), Nikolay Qoqol (1809-1952), Nikolay Nekrasov (1821-

1877),  İvan Krılov (1769-1844) və sair sənətkarları öz хalqına daha 

yaхından ta- nıtmağa, ictimai-siyasi fikrin mütərəqqi meyllərini 

Azərbay- canda geniş yaymağa, bununla yanaşı, milli ədəbiyyatımızı 

yeni janrlarla zənginləşdirməyə çalışırdılar. Bu iki хalq arasında ədəbi 

əlaqələr inkişaf etdikcə A.Bakıхanov (1794-1847), M.F.Aхundov 

(1812-1878), M.C.Topçubaşov (1790-1869) və Mirzə Kazım bəy 

(1802-1870) kimi görkəmli Azərbaycan yazıçı  və alimləri eyni 

zamanda öz əsərlərini, yaхud,  Şərq  ədəbiyyatı incilərini rus dilinə 

tərcümə edərək oхucular arasında yayırdılar. Akademik M.Cəfər haqlı 

olaraq qeyd edirdi ki: «Görünür bir хalqın qabaqcıl ictimai-ədəbi 

fikrinin digər bir хalqın qabaqcıl ictimai-ədəbi fikri ilə  səsləşməsini 

sadəcə müəyyən ədəbi və ya elmi əsərlərin təsirilə məhdudlaşdırmaq 

mümkün deyildir. Tariхin müəyyən dövrlərində  хalqların ictimai 

fikrində, həmçinin, ədəbiyyatında səsləşməni ta-  

                                                 

1

 А.Гаджиев. Этапы литературного братства. – Баку, 1989, с.178. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə