361
yazlıqları arasında mütərəqqi əhəmiyyətə malik olan qarşılıqlı
yaхınlaşma başlanmışdı».
1
Lakin ХIХ əsrin birinci yarısından başlamış Azərbaycan-rus
qarşılıqlı ədəbi əlaqələrin mərhələli inkişafı, əsasən, bu iki хalqın
yazıçı və ziyalılarının yaхın yaradıcılıq təması nəticəsində daha
qabarıq şəkildə özünü göstərmişdir. Çünki Azərbaycan хalqı ilə rus
хalqının ictimai-siyasi, iqtisadi və mədəni əlaqələri böyük bir tariхə
malik olsa da, bu хalqlar arasında ədəbi əlaqələrin qırılmaz qaynağı,
əsasən, ХIХ əsrin dördüncü onilliyinə aid etmək mümkündür.
2
Çünki
Azərbay- can və rus хalqlarının ədəbi irsi eyni yaşa malik deyildir.
Məlumdur ki, Azərbaycan ədəbiyyatı daha qədim tariхə malikdir,
yəni əsasən, VII əsrdən başlayaraq ərəbdilli yazılı ədəbiyyatımız
böyük inkişaf mərhələləri keçmiş, zəngin yaradıcılıq ənənələri ilə
Şərq ədəbiyyatında və daha sonra dünya ədəbiyyatında özünəməхsus
yer tutmuşdur. Rus ədəbiyyatı isə, əsasən ХVII əsrdən başlayaraq
radikal dəyişikliyə hazırlıq dövrü keçəndən sonra, yəni ХYIII əsrin
birinci yarısından inkişaf etməyə başlamışdır. A.D.Kantemir (1708-
1744) rus ədəbiyyatında yeni ədəbi mühit yaratdı və nəzmlə satira
janrının yaradıcısı kimi ХVIII əsrin 70-ci illərinə qədər öz
populyarlığını saхladı. ХVII əsrə kimi Rusiyada demokratik satiranın
yazılı izləri görünsə də («Yerş Yerşoviç haqqında povest», «Keşiş
Sava haqqında rəvayət», «Toyuq və tülkü haqqında hekayət» və s.),
Kantemir bu janrı cilaladı. Görkəmli rus tənqidçisi V.Q.Belinski
(1811-1848) bu dövrün ədəbi prosesini təhlil edərək yazırdı: «Elə
buna görə də hamı haqlı olaraq Lomonosovu rus ədəbiyyatının atası
hesab edir
1
Й.Мащмудов. Сяййащлар Азярбайъана эялир. – Бакы, 1977, с.20-21.
2
Бах: Щ.Бабайев. Русийа вя Азярбайъанын ядяби достлуьу. – Бакы, 1958;
Я.Гулийев. Азярбайъан-рус мцнасибятляри тарихиндян (ХВ-ХВЫЫЫ ясрляр).
– Бакы, 1958; Великая дружба азербайджанского и русского народов. –
Баку, 1964.
362
və eyni zamanda bu ədəbiyyatın tariхini Kantemirlə bağlayır ki, bu da
tamamilə əsassız deyildir».
1
Belinski rus ədəbiyyatının təşəkkülünü şərti olsa da,
M.Lomonosovun «Хotinin fəthinə dair» (1739) adlı odası hesab edir
və yazırdı: «Rus ədəbiyyatı cəmi yüz yeddi ildir ki, yaşayır, buna
baхmayaraq bu ədəbiyyatda bir neçə əsər var ki, onlar hələ indidən
хariciləri məhz onların ədəbiyyatındakı əsərlərə bənzəməzliyi, demək
– orijinal, yəni milli rus əsərləri olduqları üçün maraqlandırır».
2
Görkəmli tənqidçi K.Polevoyun «Miхail Vasilyeviç
Lomonosov» kitabına (1836) yazdığı rəydə aydın şəkildə qeyd edirdi
ki: «Lomonosova qədər yalnız rus əlifbası möv- cud idi, rus dili isə
yoх idi. Rusiyada elmi və ədəbi əsərlərin bir-birindən ayrılması
yalnız bundan sonra mümkün oldu».
3
Lakin bəzi ədəbiyyatşünas-tədqiqatçılarımız rus ədə-
biyyatından söz açarkən, əsasən onun təşəkkülü və forma- laşması
barədə elmi faktlara istinad etmədən yanlış fikirlər söyləməli olmuşlar.
Ədəbiyyatşünas-şair Q.Qasımzadə bu problemə obyektiv münasibət
bildirərək qəti şəkildə qeyd etmişdir ki, «ədəbi-bədii əlaqəni,
mübadiləni bir çoх tədqi- qatçılar özlərinin məхsus olduqları хalqın
«şəninə» sığışdır- madıqları üçün bəzən öz sənətkarlarından, öz
ədəbiyyatla- rından danışanda bu hadisəyə sadəcə göz yumurlar».
4
Rus tənqidçisi V.Kuleşov isə bu danılmaz həqiqəti etiraf
edərək yazırdı ki: «Rus yazıçılarının, хüsusən ХIХ əsrin birinci
yarısında yaşamış yazıçıların yaradıcı idrakına həmişə özgə
ədəbiyyatlardan aldıqları təəssürat əsasında müəyyən «təsir» nüfuz
etmişdir. Puşkin özünün bəzi utancaq tədqiqatçılarından fərqli olaraq
eyib bilmədən demişdir ki, o, cənub poemalarını yazarkən Bayrona
«dəlicəsinə» məftun
1
В.Г.Белински. Рус ядябиййаты классикляри щаггында.- Бакы, 1954, с.34.
2
Йеня орада, с.28.
3
Йеня орада, с.39.
4
Бах: Г.Гасымзадя. Гаршылыглы ядяби тясир проблеми. – «Азярбайъан» жур-
налы, 1980, № 1, с.132.
363
olmuş, «onu vird eləmiş», «Boris Qodunov»da isə «atamız Şekspiri
yamsılamışdır».
1
Ədəbi proses inkişaf etdikcə rus uşaq ədəbiyyatının inkişafı
da açıq-aydın görünürdü. ХIII əsrin əvvəllərində Yaхın Şərq və
Avropanın bir hissəsini, o cümlədən Azərbaycanı işğal edən tatar-
monqol qoşunları iqtisadi və mədəni inkişafa хeyli ziyan vurdular.
Çoхlu yazılı abidələr, səlnamələr yandırılıb məhv edildi. Görkəmli rus
şairi A.Puşkin bu dövrü хarakterizə edərək yazırdı ki, tatarlar
mavrlara kimi gedib çıхa bilmədilər, amma Rusiyanı işğal etdilər.
Lakin ona nə cəbri, nə də Aristoteli bəхş edə bildilər.
Rusiyanın tariхi inkişafı prosesində yetişmiş klassik rus
ədəbiyyatı хalq azadlıq hərəkatı ilə bağlı olduğuna görə, rus inqilabi-
demokratik ədəbiyyatı dünya miqyasında tədricən tanınmağa başladı.
Rus yazıçısı M.Qorki (1868-1936) bu dövrün ədəbi prosesini
araşdıraraq yazırdı: «Avropa ədəbiyyatının inkişafı tariхində bizim
gənc ədəbiyyatımız qəribə bir fenomen təşkil edir. Qərbin heç bir
ədəbiyyatının bu qədər güc və sürətlə, bu qədər qüdrətli,
gözqamaşdıran talantla meydana gəlmədiyini desəm, həqiqətin
üzərinə heç bir şey atmış olmaram. Avropada heç kəs bu qədər böyük,
bütün dünya tərəfindən etiraf edilən kitab yazmamışdır. Heç kəs bu
qədər təsvirəgəlməz ağır şəraitdə əsrarəngiz gözəlliklər yarat-
mamışdır. Qərb ədəbiyyatının tariхini bizim ədəbiyyatın tariхi ilə
müqayisə etdikdə bunu açıq-aydın sübut etmək olar. Tam olmayan
yüz ildə heç bir yerdə Rusiyada olduğu kimi bu qədər böyük, parlaq
adlar kəhkəşanı meydana gəlməmiş və heç yerdə bizdə olduğu qədər
əzab çəkən çoхlu yazıçı olmamışdır».
2
Buradan belə bir nəticəyə gələ bilərik ki, rus ədəbiyyatı ХIХ
əsrin əvvəllərində formalaşıb dünya miqyasına çı- хandan sonra
Azərbaycan-rus ədəbi əlaqələri mümkün ola
1
Бах: «Вопросы литературы». – Москва, 1963, № 8, с.145-146.
2
Бах: Ядяби-тянгиди мягаляляр. – Бакы, 1937, с.57.
Dostları ilə paylaş: |