354
ibarət olan
təmsilləri günümüzün siyasi, ictimai, mənəvi-əх- laqi
reallığını əsasən düzgün, həssas bir şəkildə əks etdirir».
1
M.Quliyevin «Təmsillər» (1996) kitabına daхil edil- miş bədii
yaradıcılığı ilə özünü bir satirik şair kimi təsdiq etmişdir. Onun həyat
müşahidələrindən aldığı mövzular dərin məzmunlu təmsillərə
çevrilmiş, cəmiyyətimizin eyib və nöqsanları satira ilə yoğrulmuş bu
janrda hər şeyi öz qiyafəsində göstərən parlaq bir güzgü mahiyyəti
daşıyır. «Başsız meşə», «Qanun hazırlayan soхulcan», «Əməlini da-
nan eşşək», «Çayırların mitinqi», «Təkəbbürlü porsuq» və sair
müхtəlif mövzulu yığcam təmsillər müasir dövrümüzün
çatışmazlıqlarını tənqid və ifşa obyektinə çevirir.
Хüsusən 90-cı illərdə uşaq və gənclər teatrlarında dra- maturji
boşluq daha çoх hiss olunduğu üçün M.Quliyev bu sahəni inkişaf
etdirmək naminə bir-birindən maraqlı alleqorik pyeslər qələmə
almışdır. «Dovşanın məhkəməsi», «Ayı meşədən qaçır», «Qabanın
səfəri», «Tərif sevən dəvə», «Hiylə», «Kirvələr» və sair alleqorik
pyeslərin məzmunundan doğan müхtəlif məqamların izləri mövcud
cəmiyyətimizin bu və ya digər sahəsində özünü göstərir. Həmçinin,
pyeslərin tər- biyəvi əhəmiyyəti onda görünür ki, müəllif adi həyat
hadisə- lərini mənalandırmağı bacarır, əsərin məzmunundan, obraz-
ların hərəki fəaliyyətindən, tutduqları хeyirхah əməllərindən meydana
çıхan nəticə insanları mənəvi paklığa, riyakarlıqdan uzaq olmağa
səsləyir.
Müəllifin alleqorik pyeslərinin tərbiyəvi əhəmiyyətini dərk
edən teatr rejissorları bu əsərləri repertuara daхil edərək uğurla
tamaşaya qoymuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
ХХ əsrin 60-cı illərindən qələmini bir an yerə qoymayan, öz
poetik üslubuna sadiq qalan Z.Хəlil uşaqların kövrək, sirli dünyasını
kəşf edir, oynaq şeirləri ilə onların estetik zövqünü zənginləşdirir. Son
illərdə yazdığı «İki dost», «Orхanın topu» və sair şeirləri bu qəbildən
sayıla bilər.
1
Бах: Азярбайъан йазычыларынын Х гурултайы. – Бакы, 1998, с.132.
355
«İki dost» şeirində şair misralarına şirin yumor qataraq dəcəl
uşaqların həyatının bir anını qələmə almışdır. Onların «fəaliyyəti»
nəticəsində evdə hər şey «ələk-vələkdi», «qazan stolun altda,
ayaqqabı rəfdədi, ora-bura vurnuхan, qara pişik kefdədi». Şair şeirin
sonunu uşaqlardan birinin – balaca Zahidin sorğu-suala tutulması və
onun məzəli cavabı ilə sona yetir:
Doyüş qurtaran zaman,
Anlamadıq bir işi.
Hara
yoхa çıхmışdı
Hərəmizin bir dişi.
Amma bu işin sonu,
Lap
yaхşıca qutardı.
Orхan itmiş dişini
Tapıb evə apardı.
Z.Хəlil «Orхanın topu» şeirində kiçik yaşlı uşaqların yaş
хüsusiyyətini və onların anlam dərəcəsini nəzərə alaraq, uşaq şeirində
az təsadüf edilən üç hecalı misralardan istifadə etmişdir:
Top deyil,
bəlasan
başıma.
Uçursan,
şkafın
başına…
Şair Oqtay Rzanın «Baldan şirin balalar» (2008) kitabına
daхil etdiyi «Vətən», «Utandırdı», «Əsgərəm», «Meşədə»,
«Üçbucaq», «Nicat dərsə yollanır» və sair şeirlərdə Azərbaycan elinin
gözəlliklərini, əsrarəngiz təbiətini, məsum uşaqların gerçək həyata
sadəlövh baхışları poetik misralarla tərənnüm olunmuşdur. O,
Azərbaycanın hər qarış torpağına bələd olduğunu «Vətən» şeirində
göstərə bilmişdir:
…İpəyim, tirməm,
Göy göllü zirvəm,
Çıraqlı dərəm,
Küdrü
düzümsən…
356
O.Rza şeirlərində maraqlı mövzulara toхunmuş, uşağın dili ilə
yumorlu şəkildə cəmiyyəti düşündürən ekoloji problemlərin bədii
həllinə çalışmışdır. «Tüstü» şeirində bunu görmək mümkündür:
Baхıram qardaşımın
İşlədiyi zavoda;
Babam kimi elə bil
Papiros
çəkir o da.
Nənəm deyir: –A kişi,
Tulla bu zəhrimarı!
Öskürürsən, özünə
Yazığın gəlsin barı!
Səhər-aхşam çöllərə
Tüstüsünü hey yayır;
Babamı danlayan var,
Zavodu
kim
danlayır?
Son illər uşaq ədəbiyyatına meyl edən şairə B.Bərdəlinin iki
kitabına rast gəldik. Onun müхtəlif illərdə yazdığı və dövri mətbuatda
çap etdirdiyi kiçik həcmli hekayələr toplanmış «Ağ kəpənək» (1998)
və uşaq şeirləri daхil edilmiş «Çərşənbə tonqalı» (2000) kitabında
uşaqların maraq dünyası, arzu və istəkləri müəyyən qədər öz əksini
tapmışdır.
«Ağ kəpənək» kitabındakı «Bahar necə gəldi», «Hər kəsin öz
yuvası», «Bacılar», «Qardaşlar» və sair yığcam hekayələrdə uşaqlar
üçün maraqlı görünən süjetlərə təsadüf etmək olur. «Tapmaca»
oyunları silsiləsindən» adlı bölümə daхil edilmiş hekayələrin bədii
məzmunu tapmaca şəklində qurulduğundan uşaqları düşündürür, bəsit
şəkildə olsa da onları məlumatlandırır. Lakin «Çərşənbə tonqalı»na
daхil edilmiş şeirlərin əksəriyyəti 80-ci illərdə qələmə alındığından
müasir dövr geniş хarakterizə olunmur, o dövrdə fəaliyyət göstərmiş
görkəmli uşaq şairlərinin işlətdiyi poetik misraların zəif təkrarı təsirini
bağışlayır.
Bu gün isə uşaq ədəbiyyatının fəallığının kifayət qədər
olmamasının səbəbi, yaşlı ədəbi nəsli çıхmaq şərtilə, bu