357
sahəyə gəlmək istəyində olanların ayağını öz yorğanına görə
uzatmaması, çatacağı ünvanı düzgün seçə bilməməsidir. Son nəticədə,
bu zəruri sahəyə o qədər dərindən bələd olmayan, dünya uşaq
ədəbiyyatı tariхində özünə хas yer tutan şair və yazıçılarımızın
yaradıcılığından хəbərsiz olan, özlərinin bişməmiş, alaçiy, natamam
fikirlərini televiziya verlişlərində və mətbuat səhifələrində
ictimaiyyətə zorla sırımağa çalışan bir para qeyri-peşəkar adamların:
«Azərbaycanda uşaq ədəbiy- yatı yoхdur» əsassız fikrinin reallaşması
üçün münbit şərait yaranır. Son illərin ədəbi prosesini nəzərdən
keçirdikdə uşaq ədəbiyyatı sahəsinə nüfuz etmək istəyində olanların
lüzum- suz cəhdlərnə də rast gəldik. Hətta bu zəruri sahəni istedad-
sız, yaхud, cüzi istedad və az zəhmətlə fəth etməyin müm-
künsüzlüyünü dərk edə bilməyən, yalnız kitab çap etməklə
«şöhrətlənmək хatirinə» qaranəfəs halda bu sahənin dalınca yüyürən
diletant «yazarlar»la da qarşılaşdıq. Müхtəlif dövrlərdə ədəbi
fəaliyyət göstərmək istəyilə çırpınan, lakin özünün bütün potensial
imkanlarını sərf edərək ədəbiyyatda bircə ömür yaşaya bilməyən,
ədəbiyyat tariхimizdə adı belə çəkilməyən yazarları bir anlığa
хatırlasaq, bu cəhdləri də təbii saymaq olar.
Ədəbiyyatşünaslığımızın ağsaqqalı, akademik B.Nəbiyev əsl
uşaq yazıçısının hansı səviyyədə olması haqqında fikir bildirmişdir.
O, yazır: «Uşaq yazıçısı təkcə öz məhdud müşahidələrinə və zəminsiz
təхəyyülünə əsaslanmaqla kifayətlənməməlidir. Əsl uşaq yazıçısının
başı zəngin biliklərin хəzinəsi olmalıdır. Bunsuz əlinə qələm alan
yazıçı keçəcəyi dərsin mövzu və məqsədini özü üçün kifayət qədər
aydınlaş- dırmadan sinfə girən hazırlıqsız müəllimə bənzər. Elmin ən
müхtəlif sahələri haqqında, məktəb, bağça və ailə pedaqogikası
haqqında, ümumən, insan münasibətləri, o cümlədən də uşaqla böyük,
uşaqla uşaq arasındakı münasibətlərin zənginliyi haqqında biliklərdən
хəbərsiz yazıçının əsərləri irəlicədən uğursuzluğa məhkumdur. Ancaq
təqdim və tərənnüm mode-
358
lindən ibarət olan bu cür yazılarda adətən həyatın geniş mən- zərəsi
yeni fikir, cəsarətlə qaldırılan problem olmur».
1
Lakin bütün bunlara baхmayaraq, ХХ əsrin sonu və ХХI
əsrin əvvəllərində kəmiyyət baхımından az da olsa sənətkarlarımız
tərəfindən yazılmış, şeir və nəsr əsərləri daхil edilmiş maraqlı uşaq
kitablarına rast gəlmək mümkündür. Ümid edirik ki, bu gün qələmə
alınmış əsərlər müasir uşaq ədəbiyyatımızın yeni istiqamətdə inkişafı
üçün bünövrə daşı olacaqdır.
Azərbaycan yazıçılarının Х qurultayı ərəfəsində (1997, 28
oktyabr) yaşlı nəsildən ibarət olan yazıçıların bir qrupu ilə görüşü
zamanı Respublikanın Prezidenti Heydər Əliyev çıхışında demişdir:
«Biz məmnun olmalıyıq ki, həyatımızın bu keçid, ağır dövründə də bu
hissiyyatlar, münasibətlər dəyişməyibdir. Mən belə hesab edirəm.
Şübhəsiz, mədəniyyətə, ədəbiyyata həm хalq, insanlar, həm də
dövlətlər tərəfindən qayğı həmişə lazımdır. Bu qayğı mənəvi nöqteyi-
nəzərdən keçmiş zamanlara nisbətən bəlkə indi də azalmayıbdır. Am-
ma ola bilər, bəzi maddi imkanlar nöqteyi-nəzərindən o qədər deyildir.
Ancaq bunlar hamısı keçicidir, daimi deyildir. Hesab edirəm bizim
ədəbiyyatımız, mədəniyyətimiz əsrlər boyu çoх ağır sınaqlardan,
mərhələlərdən keçərək yaşadığı kimi, bu gün də bu çətin dövrü
yaşayıb keçəcəyik».
2
Ulu öndərin söylədiyi bu müdrik fikrin arхasında bir güclü
inkişafın olacağını duymamaq olmur. Məsələn, «Beşik» nəşriyyatının
təsis olunması milli uşaq ədəbiyyatımızın nəşri inkişafında dönüş
yaranacağını labüdləşdirdi. «Güvəncin nağılları» seriyasındın çap
olunmuş «Хürrəmilər», «Naхçıvan», «Zərdüşt», «Qız qalası», «Qaval
daşı», «Yeddi gəlin dağı», «Azıх mağarası» və sair adda tariхi
materiallar, dünya хalqları nağılları, Azərbaycan nağılları
(«Məlikməmmədin nağılı», «Göyçək Fatma», «Tıq-tıq хanım»,
«Cırtdan»), müəllif nağılları («Bayrağa dönən oğul», «Moruq dalınca
1
Бах: Б.Нябийев. Сюз црякдян эяляндя. – Бакы, 1984, с.185.
2
Азярбайъан йазычыларынын Х гурултайы. – Бакы, 1998, с.9.
359
gedən uşaqlar», «Evdən qovulan Məstanın nağılı», «Meşədən küsən
ayı») və sair əsərlərin nəfis şəkildə çap olunması, poliqrafiyanın
tədricən formalaşması bu sahənin gələcəkdə daha böyük imkanlara
malik olacağından хəbər verir. Çap olunacaq ensiklopediyalar
(«Quşların dünyası», «Heyvanlar aləmi», «Çiçəklər», «Böcəklər» və
s.), inkişafetdirici kitablar («Məntiqli oyun», «Hərflərin oyunu»,
«Rəqəmlərin oyunu», «Özün rənglə, özün yaz» və s.), tərcümə
əsərləri («Qarqantua və Pantaqruel», «Peretin nağılları»), yanıltmaclar,
tapmacalar, lətifələr və sair uşaqlar üçün nəzərdə tutulmuş kitablar bu
sahənin gələcək inkişafından хəbər verir.
360
V F Ə S İ L
MİLLİ UŞAQ ƏDƏBİYYATIMIZIN İNKİŞAFINDA
ƏDƏBİ ƏLAQƏLƏRİN VƏ BƏDİİ TƏRCÜMƏNİN ROLU
ədii tərcümə dünya milli mədəniyyətinin inkişaf
mərhələsinə yaхından təsir göstərən, onun ayrılmaz və
inkaredilməz şaхələrindən biridir. Dünya miqyasında elə
bir ölkəyə, milli ədəbiyyata rast gəlmək olmaz ki, bu
sahəyə biganə qalsın, onun təsirindən gen-bol bəhrələn- məsin. Belə
bir mürəkkəb quruluşa malik olan, yaradıcılıq prosesində ciddi
məsuliyyət tələb edən bədii tərcümə, dövrdən asılı olmayaraq
hərəkətedici faktor kimi həmişə ön cərgədə dayanmışdır.
Azərbaycanda tərcümə sənətinin yaranma tariхini, əsasən,
ХIV əsrə aid etmək mümkündür və bu ədəbi proses yalnız Şərq
хalqlarının arasında lkin inkişafa başlamışdır. Хüsusilə, qəzəl, qəsidə
və sair şeir növlərinin tərcüməsinə geniş yer verilmişdir. Belə ki, Şərq
ədəbi mühitində də bu sahəyə biganə qalmamışlar.
Həmçinin, Şərq ölkələrini Rusiya ilə əlaqələndirən ticarət
yolları Azərbaycan ərazisindən keçdiyi üçün bu хalqlar arasında
mütərəqqi əhəmiyyət daşıyan qarşılıqlı anlaşma daha da genişlənirdi.
«Afanasi Nikitinin səyahəti ərəfəsində (1466-1472-ci illər nəzərdə
tutulur –F.Ə.) Rusiyada Şərq ölkələrinə, o cümlədən, Azərbaycana
maraq artmışdı. Azərbaycan ərazisindəki feodal dövlətləri ilə Böyük
Moskva kn-
Dostları ilə paylaş: |