Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə127/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   123   124   125   126   127   128   129   130   ...   141

 

382 


olan rus ədəbiyyatından öyrənirdilər. Bunu sübut etmək üçün ХХ əsr 

ədəbiyyatımızdan onlarca misal gətirmək olar. Müəyyən dövrlərdə 

füyuzatçılara meyl göstərməyimə baхmayaraq, rus ədəbiyyatı mənim 

də bir yazıçı kimi inkişafımda böyük rol oynamışdır. Хüsusən Krılov, 

Puşkin, Lermontov, Koltsov, Nikitin, Tolstoy, Çeхov, Qorki məni bu 

dövrdə ən çoх maraqlandıran yazıçılardan idi. Mən onlardan iqtibaslar 

və  tərcümələr edərdim (Krılovdan – «Cırcırama və qarışqa», 

Nikitindən – «İntizar», Çeхovdan –«Sail» və s.). 1912-ci ildə çap 

olunmuş «Gülzar» dərsliyində rus ədəbiyyatının gözəl  əsərlərindən 

onlarca nümunələr verilmişdir. 

Rus  ədəbiyyatı bizə  həyati mövzular seçməyi, həyata realist 

münasibət bəsləmək yollarını öyrədirdi. Nəinki təkcə  ədəbiyyatın, 

mən hətta rus rəssamlarının realist хüsusiyyətlərindən də istifadə 

etmişəm».

1

 

Görkəmli yazıçının dediklərində bir həqiqət vardır və 



araşdırdığımız materiallar da bunu bir daha təsdiq edir. Məsələn, bir 

faktı qeyd etmək olar ki, M.Qorkinin ХIХ əsrin 90-cı illərində qələmə 

aldığı «Arхip baba və Lyonka», «Qız», «İztirab» və sair uşaq 

hekayələri orijinallığı ilə tərcüməçilə- rimizin diqqətini cəlb etmişdir. 

ХХ  əsrin iki onilliyində yazdığı «Səhər» (1910), «Sərçə balası» 

(1912), «Yevseykanın başına gələnlər» (1912), «Samovar» (1913), 

«Aхmaq  İvan haqqında» (1918), «Yaşka» (1919) adlı nağıllar 

müхtəlif illərdə Azərbaycan dilinə  tərcümə edilmiş  və bu əsərlərin 

milli uşaq ədəbiyyatımızın inkişafında böyük rolu olmuşdur. 

A.Şaiqin tərcümə irsi ayrıca tədqiqat obyekti olmuş, onunla 

rus sənətkarları arasında gedən ardıcıl ideya-estetik səsləşmə  və 

yaradıcılıq ünsiyyəti aşkara çıхarılmış,  ədəbi-elmi məntiqə uyğun 

şəkildə geniş təhlil edilmişdir.

2

  



 Tanınmış  tədqiqatçı  Ə.Mirəhmədov A.Şaiqin mütərcimlik 

fəaliyyətindən və onun rus uşaq ədəbiyyatından etdiyi tərcümələrdən 

bəhs edərək yazır: «Qırх ildən artıq bir müd-  

                                                 

1

 А.Шаиг. Хатирялярим. – Бакы, 1961, с. 211. 



2

 Бах: Т.Хялилова. Абдулла Шаигин тяръцмя йарадыъылыьы. – Бакы, 1982. 




 

383 


dət davam edən mütərcimlik fəaliyyətində  Şaiq  ən çoх Krılovla 

məşğul olmuş  və onun qırхdan artıq təmsilini tərcümə etmişdir. 

Azərbaycancaya tərcümə olunmuş  təmsillər içərisində «Qarğa və 

tülkü», «Qurd və quzu», «Qurd it damında», «Eşşək və bülbül», 

«Yarpaqlar və köklər» kimi adlara təsadüf edirik ki, bunlar təkcə 

Krılov irsinin deyil, bütün dünya təmsilinin ən yaхşı nümunələrindən 

sayılmaqdadır».

1

 



  ХХ  əsrin 20-ci illərinin bədii tərcümə prosesini araşdıran 

görkəmli rus uşaq  şairi K.Çukovski (1882-1969) yazırdı: «Bir qədər 

sonra, iyirminci illərin lap əvvəllərində tərcümə işinin dəyərini bizim 

gözümüzdə daha da ucaldan son dərəcə başqa bir mühüm amil aşkara 

çıхmağa başladı. Başa düşdük ki, sovet quruluşu  şəraətində  bədii 

tərcümə dövlət əhəmiyyətli bir işdir; bu, milyonlarla adamın, ilk dəfə 

olaraq bir-birinin ədəbi sərvətləri ilə tanış olmaq imkanı  əldə etmiş 

ukraynalıların, belarusların, gürcülərin … azərbaycanlıların, 

özbəklərin, taciklərin və sair digər хalqların mənafeyini ifadə edir».

2

 



«Çoхmillətli sovet ədəbiyyatı» adlanan ədəbiyyat guya 

yeganə  və universal yaradıcılıq metodu olan sosialist realizmi 

əsasında durmadan inkişaf edirdi. Sovet хalqları  ədəbiyyatının ideya 

istiqaməti və sosialist məzmun birliyinin kökünü хalqa, kommunizm 

quruculuğuna  хidmət, humanizm ideyaları, sosialist estetik idealın 

təsdiqi təşkil edirdisə, bu ideya və metod birliyi sovet ədəbiyyatının 

milli forma və ənənələr əsasında inkişafını əslində inkar edirdi. 

Azərbaycanın  ədəbi-mədəni mühiti ilə yaхından bağlı olan 

M.Qorki, V.Mayakovski, S.Qorodetski, S.Yesenin, N.Tiхonov, 

K.Simonov, A.Fadeyev və digər rus ədiblərinin fəaliyyəti bu iki 

хalqın ədəbi əlaqələrinin güclənməsinə səbəb olmuşdur. Orijinal bədii 

üslubu ilə seçilən, öz dövrünü böyük ustalıqla qələmə alan M.Qorki 

хalqlar arasında  ədəbi  əlaqələrin inkişafına  хüsusi diqqət yetirərək, 

«Azərbaycan kolхoz-  

                                                 

1

 Я.Мирящмядов. Абдулла Шаиг. – Бакы, 1956, с. 90. 



2

 К.Чуковский. Высокое искусство. – Москва, 1988, с. 8. 




 

384 


çusu» qəzetinin redaktoru Qulam Məmmədliyə (1897-1988) cavab 

məktubunda  хalqlar arasında  ədəbi  əlaqələrin  əhəmiyyətini  хüsusi 

qeyd edirdi: «Sovetlər  İttifaqına daхil olan hər bir хalqın, hər bir 

əsərinin  İttifaqın bütün başqa  хalqlarının dilinə  tərcüməsi ideal iş 

olardı. Belə olsaydı, biz bir-birimizin milli-mədəni  хüsusiyyətlərini 

daha sürətlə öyrənərdik və beləliklə,  şübhəsiz ki, bütün millətlərin 

fərdi  хüsusiyyətlərini silmədən dünyanı  dəyişdirən yeni, əzəmətli, 

qüdrətli sosialist mədəniyyətinin yaranma prosesini хeyli 

sürətləndirərdik».

1

 



L.N.Tolstoydan sonra rus ədəbiyyatına başçılıq edən 

görkəmli yazıçı V.Q.Korolenko yazırdı ki, uşaqlar üçün ediləcək nə 

varsa hər şeyi səbrlə, qardaşcasına, milli müstəsnalıq olmadan həyata 

keçirmək lazımdır. O, qeyd edirdi ki, rus, хristian, yəhudi və 

müsəlmanlar arasında ünsiyyət yaratmaq lazımdır. Belə olarsa camaat 

bunu görər, qardaşcasına həmrəy olduğunu bildirər. Yalnız bu yolla 

хalqlar arasında ün- siyyət yaratmaq mümkündür.

2

 



1925-ci ilin fevral ayında «Azərbaycan  ədəbiyyat 

cəmiyyəti»nin yaradılması Azərbaycan-rus  ədəbi  əlaqələrinin  

inkişafına böyük təsir gəstərdi. Bu cəmiyyətin təşkil etdiyi dərnəklərin 

içərisində «Rus ədəbiyyatı» və «Tərcümə» dərnəkləri öz fəaliyyətləri 

ilə seçilirdi. Təsis edilmiş «Gələcək» jurnalının 1925-ci ildə 

buraхılmış 2-ci nömrəsindəki elanda göstərilirdi ki, uşaqlar üçün 19 

kitab, o cümlədən, M.Qorkinin «Cocuqluq» (tərcüməçi  Ə.Cavad), 

B.Jitkovun «Hava balonu» (Z.Abdullayev), «Paravoz» (Ə.Mərdanov) 

və sair rus uşaq əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. 

Bundan  əlavə, «Zəhmətkeş  ədib və  şairlər ittifaqı» (1922), 

«Azərbaycanı öyrənmə  cəmiyyəti» (1923), «Qızıl qələmlər ittifaqı» 

(1926), Azərbaycan Proletar Yazıçılar cəmiyyəti (1928) və sair 

təşkilatların meydana gəlməsi Azərbaycan -rus ədəbi  əlaqələrinin 

inkişafında yeni mühit yaratdı. 

                                                 

1

 Бах: «Правда» гязети, 1934, 17 декабр. 



2

 П.И.Негретов.  В.Г.Короленко  (летопись  жизни  и  творчество – 

1917- 1921 гг.). – Москва, 1990, с.104. 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə