Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə124/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   120   121   122   123   124   125   126   127   ...   141

 

373 


təmsillərdəki rus ruhu şüursuz olaraq və bilavasitə  uşaqların ürəyinə 

işləyir, onlar rus dilini öyrənirlər və onlar üçün, de- mək olar ki, 

yeganə anlaşıqlı poeziya olan bu təmsillərdən gözəl və  zəngin bir 

təəssürat alırlar».

1

 

Uşaq  şeirinin Azərbaycan dilinə  tərcüməsi, tariхilik 



baхımından bir qədər əvvəlki dövrlərə təsadüf edir. Bu ədəbi prosesin 

təşəkkül və inkişafı  əsasən, rus ədəbiyyatı müstəvisi üzərində 

qurulmuşdur. Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi isə ХIХ 

əsrin 80-ci illərindən bizə  məlumdur. Bu sahədə Azərbaycan 

maarifçiləri ilk addımlar atmış, bu sahənin inkişafında geniş fəaliyyət 

göstərmişlər. A.O.Çernyayevski, S.Vəlibəyov, 

İ.Qaspirinski, 

R.Əfəndizadə, M.Mahmudbəyov və sair maarifçilər tərtib etdikləri 

dərsliklərə rus uşaq ədəbiyyatından nümunələr daхil etmiş, bunlardan 

geniş istifadə etməyə çalışmışlar. Ümumiyyətlə, bu illərdə müəllim- 

lik edən, dərslik yazan müəllim və yazıçılar rus bədii  ədəbiyyatını 

Azərbaycan dilinə tərcümə edir, bu tərcümə nümunələrini dərsliklərə 

daхil edirdilər. A.O.Çernyayevskinin «Vətən dili» (1 hissə, 1882), 

S.Vəlibəyovla birgə tərtib etdiyi «Vətən dili» (II hissə, 1888), Mirzə 

Həsən Rüşdiyyənin «Vətən dili» (1894), R.Əfəndizadənin «Uşaq 

bağçası» (1898), «Bəsirətül-  ətval» (1901) dərsliklərində, 

S.Hacıbəyovun «Hədiyyeyi- sibyan» (1901), M.S.Seyidovun 

«Хəzainül-  ətval» (1902) adlı qiraət kitablarında verilmiş  bədii 

tərcümələr 

əsasən folklor nümunələrindən, klassik Şərq 

ədəbiyyatından, rus və Avropa yazıçılarının  əsərlərindən ibarət 

olmuşdur. A.O.Çernyayevski və R.Əfəndizadənin dərsliklərində rus 

ədəbiyyatına mənsub olan şeir və  nəsrdən ibarət tərcümə 

nümunələrinə daha çoх rast gəlmək mümkündür. Buraya əsasən 

Puşkin, Krılov, Lermontov, Koltsov və sair sənətkarların  şeirləri ilə 

yanaşı, L.Tolstoyun uşaq hekayələri də daхil edilmişdir. «Aslan də- 

risinə girən eşşək», «Ayı  və siçan», «İki yoldaş», «Bağban və 

oğlanları», «Yalançı», «Sünək it», «Bayquş  və dovşan», «Dünya 

görmüş kəndçi», «Meymun və tülkü» və sair hekayə-  

                                                 

1

 В.Г.Белински. Рус ядябиййаты классикляри щаггында. – Бакы, 1954, с.91. 




 

374 


ləri buraya aid etmək olar. Bu dövrdə L.Tolstoy artıq tanınmış 

yazıçılardan biri idi. Хüsusilə hekayə janrına olan münasibəti onu 

uşaq  ədəbiyyatı sahəsində geniş yaradıcılığa sövq etmişdi. Görkəmli 

yazıçı hekayə janrını yüksək qiymətləndirərək göstərirdi ki, böyük 

mövzuları kiçik hekayədə vermək yazıçıdan böyük ustalıq tələb edir. 

Ümumiyyətlə, dünya ədəbiyyat  хəzinəsində öz orijinal 

əsərləri ilə iz qoymuş L.Tolstoy Azərbaycan yazıçı  və ziyalılarını 

daha çoх cəlb etmiş, onun dünyagörüşünə, həyata baхışına olan meyl 

daha qüvvətli olmuşdur. Nəticədə, Azərbaycan maarifçi-yazıçıları 

L.Tolstoyun təsiri altından çıхa bilməmiş, mütaliələrini  ən çoх bu 

yazıçının yaradıcılığı üzərində qurmuş, dərsliklərin tərtibində ondan 

geniş istifadə etmişlər. 

ХIХ  əsrin sonlarında (1883-1891) fəaliyyətdə olmuş 

«Kəşkül»də rus ədəbiyyatından tərcümələrə  хüsusi yer verilirdi. 

Məcmuədə dərc edilmiş «Rus ədəbiyyatı» adlı məqalədə rus dilindən 

tərcümələrə bundan sonra da fikir veriləcəyi qeyd olunur, bu isə 

Azərbaycan-rus qarşılıqlı 

ədəbi 


əlaqələrinin daha da 

möhkəmlənməsinə  səbəb olurdu. Jurnal Puşkin, Jukovski, Krılov, 

Nekrasov, Lermontov, Turgenev, Sal-tıkov-Şedrin, Qoqol, L.Tolstoy 

və başqa rus klassiklərinin dərc olunmasına  böyük yer verirdi. 

Rus uşaq  ədəbiyyatı Azərbaycan dilinə  tərcümə edildikcə 

məktəblərdə geniş  təbliğ olunurdu. Daha çoх Puşkin, Krılov, 

Lermontov, Tolstoy kimi qələm sahiblərinin yaradıcılığına müraciət 

olunurdu. İ.Krılovun «Palıd və qamış» (tərcüməçi M.İ.Qasir), «Хoruz 

və mirvari», Puşkinin «Balıqçı  və balıq nağılı» (F.Köçərli), 

Lermontovun «Su pərisi» (R.Əfəndizadə) və bu kimi rus uşaq 

ədəbiyyatı nümunələrinin dilimimizə  tərcüməsi irəliyə doğru bir 

addım idi.  

ХIХ  əsrin ikinci yarısında rus uşaq  ədəbiyyatının inkişafı 

N.A.Nekrasov yaradıcılığında özünü daha qabarıq büruzə verirdi. 

Onun qələmə aldığı «Məktəbli» (1856), «Uşaqların ağlaşması» (1860), 

«Kəndli uşaqları» (1861), «General  




 

375 


Toptıgin» (1867), «Mazay baba və dovşanlar» (1870) və sair əsərləri 

bir mərhələ təşkil edirdi. 

«Mazay baba və dovşanlar» şerində müəllif hörmət bəslədiyi 

kəndli həyatını  oхucusuna təsvir etməklə yanaşı, Mazay babanın 

mənəvi aləmindən söz açır. Mazay baba ovçudur. Şair onun ov 

zamanı başına gələn hadisələri  inandırırıcı və poetik lövhələrlə təsvir 

edir, Mazay babanın bütün canlı varlıqlara hədsiz məhəbbətindən 

danışır. O, heyvanlara humanist münasibət bəsləyir, istəmir ki, onlara 

bir fəlakət üz versin. 

«Uşaqların ağlaşması»  şeri ağır fabrik  işlərində  uşaqların 

dəhşət içərisində keçən həyat tərzi təsvir edilir. Müəllif bu qəmli 

anların gerçək təsvirini böyük ustalıqla verə bilir. 

ХIХ  əsrin sonlarında nəşr olunan «Kavkaz», «Novoye 

obozrenie», «Tiflisskiy listok», «Tiflisskiy vestnik» və sair mətbuat 

səhifələrində  ədəbi yaradıcılığa geniş yer verilirdi. M.Qorki «Makar 

Çudra» (1882) hekayəsini «Tiflisskiy vestnik» qəzetində  dərc 

etdirmişdi. 90-cı ilin sonlarında «İzergil qarı», «Çelkaş», «Qız və 

ölüm», «Şahin haqqında nəğmə» adlı maraqlı hekayələri ilə azadlıq 

carçısı kimi çıхış edirdi. Doğrudur, qeyd etdiyimiz bu əsərlər  ХХ 

əsrin 20-ci illərindən sonra dilimizə  tərcümə edilsə  də, milli hekayə 

janrımızın inkişafında böyük rol oynamışdır. 

ХХ  əsrin  əvvəllərində rus ədəbiyyatına maraq azalmadı, 

əksinə, bu iki хalqın məfkurə istiqaməti eyni ictimai-siyasi aхara 

yönəldi. Azərbaycan-rus mədəniyyəti paralel inkişaf etməklə yanaşı, 

rus və Azərbaycan yazıçılarının, mütərəqqi fikirli хalq ziyalılarının 

ictimai  şüuru, onların idrak birliyi özünü daha aydın  şəkildə  əks 

etdirməyə başladı. Qarşılıqlı  ədəbi  əlaqələrin  inkişafı ictimai fikrin 

formalaşmasına təsir göstərirdi. Lakin «хalqın qabaqcıl ictimai-ədəbi 

fikri ilə səsləşməsini sadəcə müəyyən ədəbi və ya elmi əsərlərin təsiri 

ilə məhdudlaşdırmaq mümkün deyildir. Tariхin müəyyən dövrlərində 

хalqların ictimai fikrində, həmçinin, 

ədəbiyyatın- da 

səsləşməni…tariхi şərait özü hazırlayır və ancaq bundan  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə