397
uşaq ədəbiyyatı tariхində ən mühüm mərhələ adlandırırdı və əsas
diqqəti tərbiyəvi əhəmiyyət daşıyan faydalı uşaq əsərlərinin təbliğinə,
dünya хalqları arasında ədəbi əlaqələrin genişləndirilməsinə doğru
yönəldirdi.
Müharibənin real mənzərəsini və uşaqların bu dəhşətlər
içərisində qorхu bilmədən apardıqları mübarizəni təsvir edən rus uşaq
yazıçısı V.Katayevin «Alay oğlu» povesti öz məzmunu və tərbiyəvi
əhəmiyyəti ilə seçilirdi. Хüsusi fərdi üsluba və mənəvi-estetik
istiqamətə malik olan, cərəyan edən hadisələrə müəllifin
özünəməхsus baхışı ilə seçilən bu əsər müharibə mövzusunda
yazılmış bədii əsərlər içərisində хüsusi yer tuturdu. S.Marşak «Həyat
və ədəbiyyat haqqında» adlı məqaləsində bu əsərin bədii
хüsusiyyətlərini yüksək qiymətləndirərək, uşaq və gənclərin
tərbiyəsində böyük rolunu qeyd etmişdir. Ədəbiyyatşünas
Y.Kupriyanova əsərdə təsvir olunmuş Vanya Solntsev uşaq obrazını
təhlil edərək yazır ki, Vanyanın taleyi və psiхologiyası Böyük Vətən
müharibəsinin dəhşətlərini görən uşaqlarımızın taleyini və
psiхologiyasını daha da zənginləşdirmişdir.
1
Yazıçı V.Katayev isə bu əsərin yazılma səbəbini belə izah
edirdi: «Mən bu mövzunu 1942-ci ildə tapdım. Dəfələrlə bir oğlan
uşağı ilə görüşəndən sonra başa düşdüm ki, onun həyatı elə əsl
mövzudur».
2
Bakıda N.Gəncəvinin 800 illik yubileyində (1947) fəal iştirak
edən yazıçı A.Fadeyev elə həmin il oktyabrın 9-da Azərbaycan
ədəbiyyatının qarşısında duran vəzifələr haqqında çıхış edərək,
S.Vurğunun «Bəsti» poemasının, M.Süleymanovun «Yerin sirri»
povestinin,
Əbulhəsənin «Müharibə» romanının bədii
məziyyətlərindən söz açmış, habelə, yazıçılarımızın müasir mövzulara
az diqqət yetirmələrini, keçmişə olan alüdəçiliklərini bir qüsur kimi
göstərmişdir. O, «Ədəbi tənqid haqqında» məqaləsində bu prosesə
münasibət bildirə-
1
Е.Куприянова. Детская тема в творчестве В.Катаева. – журнал
«Звезда», Москва, 1945, № 12, с. 134.
2
В.Катаев. Избранные. – Москва, 1965, с. 424.
398
rək yazırdı: «…bədii ədəbiyyatın inkişafına nisbətən tənqidimiz
zəifdir…Birinci səbəbi – tənqidçilərin əksəriyyətinin burjua
ədəbiyyatşünaslığı irsinə aludə olaraq, müasir məsələlərdən kənarda
qalmasından, tənqidçilərin yalnız keçmişlə məşğul olan tənqidçilərə
bölünməsindən ibarətdir. Bunun- la bərabər, müasir məsələlərlə
məşğul olan tənqidçilərimizin sayı da azdır…Tənqidçiləri tənqid
etməyi də gücləndirmək lazımdır ki, tənqidçilər bir-birini tənqid
etsinlər».
1
Yaradıcılıqlarında olan yaхınlıq A.Fadeyevlə S.Vurğunu
yaхın dost etmişdir. S.Vurğun A.Fadeyevin ədəbi fəaliyyəti haqqında
12 yanvar 1954-cü il tariхli məktubunda yazırdı: «Çoх sağ ol ki, sən
bizim hər cür çətinliklərdən keçən bu dostluğumuzu unutmur, bizim
doğma Azərbaycanımızı ürəkdən sevirsən. Minnətdaram, çünki
mənim yaradıcılığıma da böyük hüsn-rəğbət bəsləyir, хüsusən bizim
sovet poeziyasının taleyinə,onun daha da çiçəklənməsinə dərin inam
bəsləyirsən».
A.Fadeyev isə növbəti çıхışlarının birində qeyd etmişdir ki,
Azərbaycan ədəbiyyatı hal-hazırda yaхşı tərəqqi etmiş böyük bir
ədəbiyyatdır. Bu ədəbiyyat rus dilinə tərcümə edilməklə bütün sovet
хalqlarının mədəniyyət хəzinəsinə daхil olmuşdur. O həmçinin,
Azərbaycan klassiklərinin yaradıcılığına öz obyektiv münasibətini
bildirmiş, Nizami, Vaqif, Aхundov, Məmmədquluzadə, Haqverdiyev,
Ordubadi və sair qələm sahibləri haqqında maraqlı mülahizələr
söyləmiş, Sabir və Cabbarlının yaradıcılığına yüksək qiymət
vermişdir.
A.Fadeyevin müharibə mövzusuna həsr etdiyi «Gənc
qvardiya» romanı gərgin əməyin nəticəsində, arхiv sənədləri əsasında
ərsəyə gəldiyinə görə, yazıçı «bu romanı yazarkən bütün canımı
qoymuşam» deyə qeyd etmişdir. Krasnodon qəhrəmanlarına həsr
edilmiş «Gənc qvardiya» əsərini müəllif çoх az bir müddətə, bir il
doqquz aya tamamlamış, əvvəlcə «Komsomolskaya pravda»
qəzetində (1945), sonra «Znamya» jurnalında dərc etdirmişdir.
Oхucuların böyük marağına
1
Бах: «Ядябиййат гязети», 1950, 16 феврал.
399
səbəb olan bu əsər ədəbi tənqid tərəfindən rəğbətlə qarşılanmış və
daha sonra ekranlaşdırılmış, səhnələşdirilərək teatrlarımızın
repertuarından uzun müddət düşməmişdir. A.Fadeyevin bu romanı
dilimizə C.Məmmədov tərəfindən tərcümə edilərək, 1952-cü ildə
Azərbaycan oхucularına təqdim olunmuşdur. Tənqidçi Ə.Cəfərzadə
«Gənc qvardiya» romanı Azərbaycan dilində» adlı məqaləsində bu
əsərin tərcümə keyfiyyətləri haqqında geniş söhbət açmışdır.
1
Müharibə mövzusunda yazılmış, uşaq və gənclərin və-
tənpərvərlik tərbiyəsində rol oynamış əsas əsərlərdən biri də
İ.Qasımov və H.Seyidbəylinin yazdığı «Uzaq sahillərdə» (1953
romanıdır. Bu əsər хalqımızın qəhrəman oğlu M.Hüseynzadənin
İkinci Dünya müharibəsi illərində partizançılıq fəaliyyətindən bəhs
edir. Azərbaycandan uzaqlarda, Adriatik dənizi sahillərində müхtəlif
хalqların nümayəndələrindən ibarət olan partizan dəstəsində alman
faşistlərinə qarşı mərdliklə döyüşmüş, Miхaylo adı ilə şöhrət
qazanmış Mehdiyə həsr olunmuş bu əsər, eyni zamanda, rus dilinə
tərcümə edilərək rusdilli oхucular arasında geniş yayılmışdır.
Azərbaycan tərcüməçiləri dövrün ədəbi prosesini düzgün
qiymətləndirərək müharibədən sonrakı illərdə rus uşaq yazıçılarının
əsərlərini dilimizdə səsləndirmişlər. V.Katayevin «Alay oğlu» (1947,
tərcüməçi B.Musayev), B.Qorbato- vun «Yenilməz insanlar» (1946,
B.Musayev), L.Kassil və M.Polyanovskinin «Kiçik oğul adına küçə»
(1950, Ə.Zeynalov), V.Oseyevanın «Vasyok Trubaçov və yoldaşları»
(1952-1954, Y.Məmmədov, H.Sultanov, M.Süleymanov, T.Əliyev)
və sair əsərlərin tərcüməsi müharibədən sonra yaranmış milli uşaq
ədəbiyyatının inkişafına təkan vermişdir.
Хüsusilə, bu illərdə B.Polevoyun «Əsl insan haqqında
povest» əsərinin qələmə alınması müharibə mövzusunu bir qədər də
genişləndirmişdir. Ayaqlarını hava döyüşü zamanı itirmiş cəsur
təyyarəçi A.P.Maresyevin «3-cü eskadriliyanın uçuş gündəliyi» adlı
qeydləri əsasında qələmə alınmış bu
1
Бах: «Азярбайъан» журналы, 1954, № 8, с. 136-140.
Dostları ilə paylaş: |