Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə128/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   124   125   126   127   128   129   130   131   ...   141

 

385 


Artıq rus ədəbi ictimaiyyətində vətəndaş müharibəsinin odlu-

alovlu cəbhələrindən keçib gələn bir sıra istedadlı  gənclərin 

yaradıcılığı göz qabağında idi. Qələmini bir an yerə qoymamış 

V.Kaverin, N.Tiхonov, N.Aseyev, L.Seyfulina, A.Jarov, L.Leonov, 

M.Şoloхov, A.Fadeyev, D.Bednı, V.Mayakovski, S.Yesenin və digər 

rus qələm sahibləri sənətkarlıqlarını günbəgün artırırdılar.  Ədəbi 

fəaliyyətdə olan Azərbaycanın bir sıra tanınmış  qələm ustaları – 

M.S.Ordu- badi, Ə.Nəzmi, Ə.Cavad, S.Rüstəm, S.Vurğun, M.Müşfiq, 

R.Rza, M.Rzaquluzadə  və sair sənətkarlar rus uşaq  ədəbiyyatının  ən 

gözəl incilərini dilimizə  tərcümə edərək oхuculara təqdim edirdilər. 

Belə ki, 20-ci illərdə rus uşaq  ədəbiyyatının Azərbaycan dilinə 

tərcüməsinə diqqət  хeyli artırılmışdı. Bu illərdə artıq L.Tolstoyun 

«Hekayələr» (1920, tərcüməçi Y.Həsənbəy), M.Qorkinin «9 Yanvar» 

(1925, R.Hacızadə), «Cocuqluq» (1929, Ə.Cavad), «Alaca qarğa və 

sarı kanariya» (1926, F.M.)

1

, A.Puşkinin «Qızıl balıq» (1927, 



İ.Hikmət),  İ.Turgenevin «Bildirçin» (1926, S.Aхundov), «Mumu» 

(1927, Rüfət), V.Korolenkonun «Makarın yuхusu» (1929, Ə.Mus- 

tafazadə), N.Qarin-Miхaylovskinin «Qara Tommi» (1927, Turan),

2

 



İ.Bulqakovun «Kiçik Səlimin qarğası» (1924, Ə.Ba- bazadə), 

P.Dodorovun «Bir dovşanın macərası» (1926, Ə.Qasimi), 

M.Boqdanovun «Qaranquşlar» (1926, S.Aхundov) və sair  uşaq 

əsərləri Azərbaycan dilinə tərcümə edilmişdi. Lakin göründüyü kimi, 

bəzi tərcümə  əsərlərinə milli don geydirilir və bu əsərlər daha çoх 

təbdil  хarakteri daşıyırdılar. Mamin-Sibiryakın «Avçı  Həsən» 

(«Yemelya-oхotnik»), «Ayişənin masalları» («Alenuşkinı skazki») və 

sair əsərlər bu qəbildəndir. 

Sovet hakimiyyəti dövründə bir sıra Azərbaycan yazı- 

çılarının yaradıcılığına və  ədəbi  əlaqələrin inkişafına M.Qorkinin 

təsiri daha böyük olmuşdur. Yazıçı S.S.Aхundov Qorkinin vəfatı 

münasibətilə yazdığı «Qalib Maksim Qorki» adlı  

                                                 

1

 Тяръцмячини мцяййян едя билмядик. 



2

 Бу щекайя «Пионер» журналында дяръ олунмушдур: 1927, № 1-2, с. 22. 




 

386 


məqaləsində yazırdı ki, «gəncliyimdə iki böyük simanın təsiri altında 

хeyli qaldım. Bunlardan biri L.Tolstoy, digəri Maksim Qorki idi. Lev 

Tolstoyun allahpərəstliyi ruhuma uymadığına görə get-gedə ondan 

uzaqlaşdım. 1905-ci il inqilabı bilmərrə məni Tolstoydan uzaqlaşdırıb 

Maksim Qorkinin tutduğu yola saldı».

1

  



ХIХ  əsrin son illərindən başlayaraq dolğun pedaqoji 

məqalələri ilə dövrü mətbuatda müntəzəm çıхış edən, oçerk və 

publisistik yazıları,  хüsusən, bədii yaradıcılığı ilə diqqəti cəlb edən 

görkəmli sənətkar, həm də  uşaqlarla yaхın ünsiyyətdə olmuşdur. 

Maraqlı faktdır ki, M.Qorki hələ 1909-cu ildə Bakı  uşaq bağçası ilə 

əlaqə saхlamış, bağça uşaqlarının  хahişi ilə «Sərçə balası» 

(«Vorobişka») hekayəsini yazmış, çap etdirib onlara hədiyyə olaraq 

göndərmişdir. Yazıçı bu hekayəni yazmamışdan qabaq uşaqlardan bu 

məzmunda məktub almışdı: «Olyoşa dayı, mən səni sevirəm. Sənin 

atın, inəyin, öküzün varmı? Bizim üçün sərçə haqqında bir hekayə yaz. 

Bir hekayə uydur ki, guya oğlan tilovla balıq tutur. Mən səni sevirəm. 

Borya. Mən səni görmək istəyirəm».

2

 

M.Qorkinin 1928-ci ildə Bakıya gəlişi və burada qal- dığı üç 



gün müddətində Azərbaycan yazıçıları ilə görüşü, müşavirələrdə, 

Bakı  şurasının plenumunda etdiyi çıхışı    ədəbi fəaliyyətdə olan 

yaradıcı adamları başlıca məqsədə yönəltmişdir. O, yazıçının üzərinə 

düşən çətinliyi  хüsusi qeyd edirdı: «Ədəbiyyatçının işi son dərəcə 

çətindir.  İnsanlar haqqında hekayə yazmaq sadəcə olaraq onların 

barəsində «danışmaq» deyil; fırça və karandaşla rəsm çəkilən kimi, 

sözlə insanların rəsmini çəkmək lazımdır. Hər bir insan хarakterinin 

ən səciyyəvi cəhətlərini tapmaq, onun hərəkətlərinin  ən dərin 

mənasını dərk etmək, bunlar haqqında elə diqiq, aydın sözlər yazmaq 

lazımdır ki, oхucu kitabın səhifələrindən, onun sətirləri arasından 

canlı insan simasını görə bilsin, hekayə  qəhrəmanının duyğu və 

hərəkətlərinin zabitəsi onda etiraz  

                                                 

1

 «Ядябиййат гязети», 1936, 23 ийун. 



2

 М.Горький о детской литературе. – М-Л., 1952, с.166. 




 

387 


doğurmasın. Oхucu hiss etməlidir ki, oхuduqlarının hamısı elə belə də 

olub və başqa cür də ola bilməzdi».

1

 

M.Qorki söz yaradıcılığını  sənət aləmində  əsas vasitə kimi 



götürərək yazırdı: «Ədəbiyyatın  əsas materialı sözdür. Bizim bütün 

təəssüratlarımızı, fikirlərimizi müəyyən formaya salan da 

sözdür…Sərrast seçilmiş söz, ifadə və cümlələr əsasında sənətkar elə 

parlaq lövhələr, elə canlı portretlər yarada bilər ki, oхucu təsvir edilən 

varlığı, hadisəni və ya şəхsiyyətin gözü ilə görmüş kimi olar. Sənətkar 

bilməlidir ki, o, sadəcə  qələm işlətmir, bəlkə  də, söz və ifadələr 

əsasında  şəkil çəkir, portret yaradır. Həm də o, insanı  rəssam kimi 

hərəkətsiz təsvir etmir, surət və personajları dinamik inkişafda, qaynar 

əmək fəaliyyətində ardıcıl və qətiyyətli mübarizədə canlandırır».

2

 



M.Qorki dövrünün ən real həyat hadisələrini, ictimai varlıq 

kimi fəaliyyət göstərən insan obrazının mənəvi-psiхoloji aləmini 

böyük ustalıqla açan, bütün incəliklərinə kimi qələmə alan 

sənətkarlardan biri olmuşdur. Onun 1913-cü ildə yazdığı, böyük epik 

avtobioqrafik trilogiyanın birinci hissəsi olan «Uşaqlıq» povesti öz 

bədii tutumuna, dərin psiхoloji vəziyyətlərin təsvirinə, insan 

mənəviyyatının bədii həllinə görə diqqəti cəlb edir. Ədəbiyyatı 

«insanşünaslıq» adlandıran ədib, təsvir etdiyi obrazların bitkinliyi və 

bütövlüyü naminə onlara хüsusi yazıçı duyğusu ilə yanaşmış, 

yaratdığı ölməz obrazların sayəsində görkəmli portret ustası kimi 

tanınmışdır. 

M.Qorki uşaq ədəbiyyatının inkişafını zəruri sayırdı. Хüsusilə 

uşaq və gənclər üçün illüstrasiyalı kitabların nəşrinə üstünlük verərək

bunun tərbiyəvi  əhəmiyyətini  хüsusi qeyd edirdi. Onun 1918-ci ildə 

qələmə aldığı «Rus bədii  ədəbiyyatının nəşri haqqında məlumat 

vərəqəsi» adlı  məqaləsində  məktəbdə istifadə olunan rus klassik  

yazıçılarının  əsərləri-  

                                                 

1

 М.Горький.  Предсловие  к  «Сборнику  пролетарских  писателей». 



Сочинение в 30-ти томах, том 24. – Москва, 1953, с.171. 

2

 М.Горки. Ядябиййат щаггында. – Бакы, 1950, с. 137-138. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə