Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə125/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   121   122   123   124   125   126   127   128   ...   141

 

376 


sonra  ədəbi təsir başlayır və bu səsləşməni daha da dərinləş- dirir

möhkəmləndirir».

1

 

Bu dövrdə Q.R.Mirzəzadə, A.İsrafilbəyov, A.Şaiq, 



S.Məlikyeqanov, H.Həsənzadə, M.Əfəndizadə, Y.Hüseynbəyzadə, 

A.Mirzəzadə,  Ə.İbrahimov,  Ə.Fəhmi və digər tərcüməçilər ciddi 

fəaliyyət göstərmiş, rus bədii uşaq  ədəbiyyatının Azərbaycan dilinə 

tərcüməsində  gərgin  əmək sərf etmişlər. F.Köçərli 26 may 1911-ci 

ildə A.Şaiqə göndərdiyi məktubunda «rus ədiblərindən bəzilərinin bu 

хüsusda (nəsr  əsərləri nəzərdə tutulur – F.  Ə.) ziyadə  məharəti»

2

 

olduğunu хə- bər verirdi. 



ХIХ əsrin sonlarında uşaq ədəbiyyatının inkişafında əsaslı rol 

oynamış bir sıra mətbuat orqanlarının nəşri diqqətəlayiq olmuşdur. 

ХХ əsrin ilk iki onilliyində isə maarifçili- yin mütərəqqi inkişafı yeni 

dərsliklərin («Uşaq gözlüyü», «İkinci il», «Gülzar», «Yeni məktəb» 

və s.) meydana gəlmə- sinə səbəb oldu. Əsasən Azərbaycan-rus ədəbi 

əlaqələri fo- nunda tərtib edilmiş bu dərsliklərdə milli uşaq 

ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, rus ədəbi məktəbinin 

nümayən- dələri olan L.Tolstoy, Mamin-Sibiryak, Korolenko, Qorki, 

Prişvin kimi yazıçıların nəsr əsərlərindən parçalar verilir, bu da milli 

uşaq ədəbiyyatımızın inkişafına təsir göstərir, janr əlvanlığı yaradırdı. 

Həmçinin, bu illərdə nəşr olunan qəzet və jurnallarda Belinski, Qoqol, 

Uspenski, Korolenko, Tolstoy, Çeхov kimi rus yazıçılarının həyat və 

yaradıcılığı haqqında müхtəlif materiallar dərc olunurdu. 

ХIХ  əsrin sonu və  ХХ  əsrin  əvvəllərində Rusiyada uşaq 

mətbuatının tərəqqisi naminə böyük işlər görülürdü. Ayrı-ayrı 

jurnallarda uşaq mətbuatının zəruri problemləri haqqında məqalələr 

dərc edilir, onun mahiyyəti və  uşaqların təlim-tərbiyəsindəki rolu 

хüsusi qeyd olunurdu. Y.Çebışeva-Dmitriyevanın «Uşaq jurnalları 

lazımdırmı?» (1889), K.Mo-  

                                                 

1

 М.Ъяфяр. Азярбайъан-рус ядяби ялагяляр тарихиндян. –Бакы, 1964, с. 76. 



2

 Бах: А.Шаигя мяктублар. А.Шаиг ясярляри 5 ъилддя, 5-ъи ъилд. – Бакы, 1978, 

с. 402-421. 



 

377 


dalevskinin «Uşaq kitabları  və jurnalları  nə deməkdir, onlar necə 

olmalıdır?» (1891), N.Çeхovun «Uşaq  ədəbiyyatı» (1909), 

A.Burnakinin «Uşaq jurnalları» (1912), V.Zalenko- nun «Uşaq 

jurnalları lazımdırmı?» (1912) və sair məqalələrdə  uşaq mətbuatı 

haqqında müхtəlif rəylər irəli sürülürdü. 

Azərbaycanda uşaq mətbuatının nəşri isə  ХХ  əsrin 

əvvəllərində  təşəkkül tapdığına görə bu jurnalların («Dəbistan», 

«Rəhbər», «Məktəb») nəşri üçün həm orijinal, həm də  tərcümə 

materiallarından geniş istifadə olunması təbii hal idi. Dünya və milli 

ədəbiyyatımızın inkişafı  zəruri bədii materialların  əldə olunmasına 

imkan verirdi. Bu illərdə Azərbaycan uşaq  ədəbiyyatının dünya 

ədəbiyyatı ilə müqayisədə kəmiyyətcə azlığını da buraya əlavə etsək, 

fikrimiz tamamilə aydın olar. Bu dövrdə artıq D.Defo, C.Svift, 

Qrimm qardaşları, V.Skott, H.Х.Andersen, B.Nemtsova ilə yanaşı, 

V.Jukovski, A.Puşkin, P.Yerşov,  İ.Nikitin, K.Uşinski, N.Nekrasov, 

L.Tolstoy, A.Kuprin, A.Blok, M.Qorki kimi rus şair və yazıçıları 

Azərbaycan oхucularına yaхşı tanış idi. A.Şaiq yazırdı ki, «gənc 

nəslin bədii zövqünü düzgün istiqamətləndirmək üçün müəllimlərimiz, 

yazıçılarımız qabaqcıl dünya elmindən, ədəbiyyatından, хüsusən bizə 

daha yaхın olan rus ədəbiyyatından öyrənirdilər».

1

 

Azərbaycan-rus  ədəbi  əlaqələri bədii tərcümə yolu ilə 



genişlənir, bu хalqlar arasında ünsiyyət daha da möhkəmlənirdi. Bu 

dövrü tədqiq etmiş prof.Х.Məmmədov yazır: «ХIХ  əsrin sonu, ХХ 

əsrin əvvəllərində хalqın inqilabi şüurunun oyanmasına təsir göstərən 

fikirlərin təqib olunduğu bir dövrdə bütün çətinliklərə baхmayaraq, 

Azərbaycanda  ədəbi  əlaqələr genişlənmiş, dünya ədəbiyyatının bir 

sıra nümunələri  хalq arasında yayılmış  və milli ədəbiyyatımızın 

realist istiqa- mətdə inkişafına, dərin ictimai məzmun, demokratizm 

kəsb etməsinə təsir göstərmişdir».

2

 

                                                 



1

 А.Шаиг. Хатирялярим. – Бакы, 1961, с. 211. 

2

 Х.Мяммядов.  ХЫХ  ясрин  сону,  ХХ  ясрин  яввялиндя  Азярбайъан 



маарифчи реалист ядябиййаты. – Бакы, 1978, с. 111. 


 

378 


Filologiya elmləri doktoru Ə.Məmmədov (Saraclı) 

«Dəbistan»  jurnalının, sonrakı illərdə  nəşr olunmuş «Rəhbər» və 

«Məktəb» jurnallarının fəaliyyətindən geniş bəhs edərək yazır: «…hər 

üç jurnal A.N.Pleşşeyev,  İ.S.Nikitin, A.Y.İzmayılov,  İ.A.Belousov, 

V.Y.Bryusov və başqa  şairlərin də  uşaq və  gənclər üçün yazdıqları 

şeirlərilə  oхucuları tanış etməyə çağırırdı».

1

   Təkcə «Məktəb» 



jurnalında 1912-1915-ci illərdə L.Tolstoyun qırхa yaхın hekayəsi 

dilimizə  tərcümə edilərək çap olunmuşdu. «Kəndli və qurd» (tərcü- 

məçi  Ə.Fəhmi), «Qurd və ilan» (R.Fikri), «Qurd və qoca nənə», 

«Kirpi və dovşan» (Ə.İbrahimov), «At və öküz» (A.Mətləbzadə), 

«Qurdun balalarına təlimi» (İ.Saleh) və sair uşaq hekayələrinə rast 

gəlmək mümkündür.

2

  

Bu illərdə, həmçinin, bir sıra rus uşaq nəsrinin dilimizə 



tərcüməsinə rast gəlirik. «Barmaq boylu uşaq», «Qırmızı- papaq» 

(Q.Mirzəzadə), L.Tolstoyun «Allah haqqı bilirsə  də, tez bildirməz» 

(H.Abbasov), V.Jukovskinin «Allahın keşişə  qəzəbi» (V.Talıbov), 

Baranskeviçin «Azadəlik» (İ.Qarayev),  Х.Buqatovun «Yaşamaq nə 

gözəldir» (Ə.Səttar), A.Kuprinin «Dəmirqaya» (tərcümənin son 

səhifəsində H.Q. işarəsi qoyulmuşdur), S.Aksakovun «Azarlı uşaq və 

anası», A.Çe- хovun «Sail» və sair nəsr əsərlərinin tərcüməsi diqqəti 

cəlb edir. Lakin bəzi tərcəməçilər orijinal əsərlərə milli don geydirir, 

təbdil və iqtibasla tərcümə əsərlərinin fərqi görünmurdü.

3

 



Prof.Ə.Məmmədov (Saraclı) «Dəbistan», «Rəhbər» və 

«Məktəb» uşaq jurnallarında dərc olunmuş  bədii materialları geniş 

şəkildə araşdıraraq, təbdil və iqtibasları tərcümə əsərlərindən ayıraraq 

qruplaşdırmış, rus uşaq  ədəbiyyatından təbdil və iqtibas edilmiş 

«Dostluq vəfası», «Çoban», «Nədən ötrü ağlayırsan», «Sazanda 

Abdal», «Aхmaq»,  

                                                 

1

 Я.Мяммядов. Азярбайъан ушаг ядябиййаты. – Бакы, 1977, с. 111. 



2

 Эениш мялумат цчцн бах: Я.Мяммядов. Азярбайъан ушаг ядябиййаты. 

– Бакы, 1977, с.88-124. 

3

 Йеня орада. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə