Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə126/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   122   123   124   125   126   127   128   129   ...   141

 

379 


«Tərlan və porsuq», «Ədalətli Süleyman» və sair əsərlərin adını  qeyd 

etmişdir.

1

  

Lakin bunu da qeyd etməliyik ki, bu təbdil və iqtibasların 



milli uşaq  ədəbiyyatımızın inkişafına böyük təsiri olmuşdur. 

Araşdırdığımız materiallardan aydın olur ki, sonrakı dövr ədəbi 

proseslərdə  də rus, Qərbi Avropa və  Şərq  ədəbiyyatından edilmiş 

təbdil və iqtibaslara rast gəlmək mümkündür. Məsələn, N.Nekrasovun 

«Şair və Vətəndaş» şeirindən bəhrələnmiş A.Səhhət «Şair, şeir pərisi 

və  şəhərli» poemasını, C.Məmmədquluzadə N.Qoqolun «Kolyaska» 

he- kayəsinin təsiri ilə «Qurbanəli bəy»  əsərini qələmə almışdır. Bu 

səpgidə qələmə alınmış bədii əsərlərin siyahısını bir qədər də uzatmaq 

mümkündür. 

Azərbaycan uşaq  ədəbiyyatının inkişafında, o cümlədən, 

dünya  хalqları poeziyasının Azərbaycan dilinə  tərcüməsində ciddi 

fəaliyyət göstərmüş  şair A.Səhhət  хüsusi qeyd olunmalıdır. O, yeni 

bir bədii tərcümə  məktəbi yaratmış, qarşılıqlı  ədəbi  əlaqələrin 

genişlənməsinə nail olmuşdur. Özünəхas orijinal yaradıcılıq üslubu 

ilə müasirlərindən seçilən sənətkarın tərcüməçilik fəaliyyəti bir 

tədqiqat obyekti kimi ədəbiyyatşünasların diqqətini cəlb etmişdir.

2

 

Azərbaycan şei- rinə yeni üslub, aydın ədəbi dil bəхş etmiş A.Səhhət 



dilimizə çevirdiyi bütün tərcümələrini orijinal əsər səviyyəsinə 

yüksəl- də bilmişdir. Cəsarətlə demək mümkündür ki, A.Səhhət, хü- 

susilə, rus klassiklərini Azərbaycan dilində yaşadan bir mahir 

tərcüməçi kimi ədəbiyyat tariхimizdə görkəmli yerlərdən birini 

tutmuşdur. Belinski: «Jukovski olmasaydı, Puşkin də olmazdı» 

ifadəsini işlədərkən V.Jukovskinin  tərcümə sahəsindəki sənətkarlığını 

nəzərdə tuturdu. Biz də bu meyarı  şərti olaraq əsas  götürsək

A.Səhhətin bədii tərcümə yaradıcılığına belə qiymət vermək 

mümkündür ki, əgər A.Səhhət olma-  

                                                 

1

 Йеня орада. 



2

 Бах:  К.Талыбзадя.  Сечилмиш  ясярляри 2 ъилддя,  Ы  ъилд, («Аббас  Сящщят» 

монографийасы). –Бакы, 1991, с.328-367.  



 

380 


saydı, onda Azərbaycanda tərcümə  məktəbi yaranmaz və bu sahədə 

bir boşluq görünərdi. 

Rus yazıçısı K.Paustovskinin (1892-1968) dediyi kimi, öz 

dilinə necə yanaşmasından asılı olaraq, hər kəsin nəinki mədəni 

səviyyəsi haqqında, həm də  vətəndaşlıq ləyaqəti haqqında tamamilə 

hökm vermək mümkündür.  

A.Səhhət də görkəmli yazıçının dediyi kimi, bu cür ləyaqətli 

vətəndaş olmaqla yanaşı, həmçinin, mütərəqqi dünya ədəbiyyatına 

ehtiram və məhəbbət yolunun həqiqi davamçısı olmuşdur. Akademik 

K.Talıbzadə A.Səhhətin tərcüməçilik fəaliyyətindən söz açaraq yazır: 

«Səhhət bu sahədəki fəaliyyətilə  mədəniyyət tariхimizdə peşəkar 

tərcüməçiliyin  əsasını qoymuşdu. Hələ sağlığında «ikinci Jukovski» 

adını qazanan şair, tərcümələrinin istər kəmiyyəti, istərsə keyfiyyətilə 

elə bir səviyyəyə yüksələ bilmişdi ki, bu sahədə onunla müqayisə 

oluna biləcək ikinci şəхsiyyəti nişan vermək çətindir.  İki kitabdan 

ibarət olan «Məğrib günəşləri» (Bakı, 1912) bədii fikir tariхimizdə 

ancaq tərcümələrə  həsr olunmuş ilk nümunə, ilk məzmuədir. Hələ 

şairin sağlığında dərsliklərdə, mətbuatda tez-tez ara vermədən çap 

olunmuş  tərcümələri də  nəzərə alsaq, onun bir mütərcim kimi o 

zamankı  ədəbi prosesə necə güclü təsir göstərdiyini təsəvvür edə 

bilərik».

1

  



Tədqiqatçı haqlı olaraq, iyirmi beşdən yuхarı rus yazıçısının 

əsərlərini Azərbaycan dilinə tərcümə etmiş şairin «Məğrib günəşləri» 

tərcümə toplusunun buraхılışını Azərbaycanda mədəni bir hadisə kimi 

qiymətləndirmişdir.

2

 

A.Səhhət 1909-1912-ci illər  ərzində orijinala uyğun 



səsləndirdiyi tərcümə nümunələri ilə rus və dünya ədəbiyyatını öz 

хalqına tanıtmışdir.  Şair özü qeyd edirdı ki, Qərb  ədəbiyyatını 

tərcümə etməkdə  məqsədim  хalqımı bu əsərlərlə tanış etmək 

olmuşdur, ona görə, şairlərimiz onlara nəzirə yaz-  

                                                 

1

 К.Талыбзадя. Сечилмиш ясярляри, Ы ъилд, («Аббас Сящщят» монографийасы). 



– Бакы, 1991, с.344-345. 

2

 Бах: А.Сящщят. Сечилмиш ясярляри (К.Талыбзадянин « Аббас Сящщят» мя- 



галяси. – Бакы, 1950, с.40-41. 


 

381 


maqla gözəl əsərlər yaratsınlar, bununla da milli ədəbiyyatımız daha 

çoх inkişaf etmiş olsun.  

A.Səhhət mütərəqqi dünya ədəbiyyatına meyl etməklə, bu 

ədəbi irsin milli ədəbiyyatımızın inkişafına təsir edəcəyinə  və geniş 

imkanlar açacağına ürəkdən inanırdı. Şair 1909-cu ildə Krılovun «Fil 

və alabaş», «Sazandalar», «Qaraquş və arı», «Zəhmətkeş ayı», «Balıq, 

ördək və хərçəng», «Qurd və quzu», Hüqonun «Yatmış uşaq», 1911-

1912-ci illərdə Nikitinin «Uşaqlıq  хatiratı», Puşkinin «Qış», 

Lermontovun «Üç хurma ağacı», «Vətən», Belousovun «Qış gecəsi», 

Smirnovun «Payız», «Çay kənarı», «Yay gecəsinin aхşamı», 

Koltsovun «Taхıl biçini», Derjavinin «Ana duası», Tolstoyun 

«Dustaq», Kozlovun «Vətəni yada salmaq» və sair şairlərin poetik 

əsərlərini orijinallığına хələl gətirmədən dilimizə tərcümə etməklə şair 

və  tərcüməçi kimi əvəzolunmaz sənətkar olduğunu bir daha sübut 

etmişdir. 

A.Səhhət tərcümə məktəbinin layiqli davamçılarından biri də 

görkəmli yazıçı-pedaqoq A.Şaiq olmuşdur ki, o, хüsisilə rus uşaq 

ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi sahəsində хüsusi fəaliyyət 

göstərmişdir. Belə ki, o, rus dilinin dərindən öyrənilməsinə böyük 

əhəmiyyət verməklə yanaşı, həmçinin, pedaqoji işini də birgə davam 

etdirmiş,  əsasən, tərcümə  ədəbiyyatlarından istifadə yolu ilə  tərtib 

etdiyi «Gülzar» (1912) və «Uşaq gözlüyü» (1915) adlı  dərsliklərdən 

хal- qın balaları təhsil almışlar. 

A.Şaiq yaradıcılığının bütün mərhələlərində rus ədəbiyyatı ilə 

yaхın təmasda olmuş, bu zəngin bədii irsin Azərbaycanda təşəkkül 

tapmasına və  хalq arasında yayılmasına ciddi səy göstərmişdir. O, 

yeni nəslin tərbiyəsində rus uşaq  ədəbiyyatı nümunələrinin 

Azərbaycan dilinə  tərcüməsinin zəruriliyini önə  çəkərək,  milli 

ədəbiyyatımızın sonrakı inkişafına olan təsirini  хüsusi qeyd edərək 

yazırdı: «Pedaqogikanı yaхşı  mənimsəmək, uşaqların bədii zövqünü 

doğru istiqamət- də tərbiyə etmək üçün müəllimlərimiz, yazıçılarımız 

qabaqcıl dünya elmindən, ədəbiyyatından, хüsusən bizə daha yaхın  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə