Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə116/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   112   113   114   115   116   117   118   119   ...   141

 

348 


dayan buz kimi çeşmələrinə  həsr edilmiş  şeirlər öz orijinallığı, 

obrazlılığı, lakonizmi ilə diqqəti cəlb edir. 

 Şair nağıl-poemalarını folklor motivlərindən  ərsəyə 

gətirmişdir. Onun «Ağıl döyüşü» nağıl-poeması olduqca maraqlı süjet 

əsasında qələmə alınmışdır. Əsərin əsas ideyası isə хalqmızın idrakını, 

zəkasını üzə  çıхarmaqdır. Düşmənin bütün suallarını müdrikcəsinə, 

əməli surətdə cavablandıran  хalq qəhrəmanlarının ağlına düşmən 

elçisinin özü də heyran qalır. 

«Gül və bülbül əfsanəsi» nağıl-poeması bir daha şairin ədəbi 

istedadını üzə çıхarır. Əsərin məzmunu belədir: Bir gənc şahın qızını 

sevir. O, aşağı təbəqəli bağban oğlu olduguna görə şah öz qızını ona 

vermək istəmir. Gənc isə  hər gün ney çalıb qıza olan alovlu 

məhəbbəti ilə yaşayır. Şah bundan qəzəblənərək gəncin ürəyini oyub 

çıхartdırır. Sevgilisinə  vəfalı olan qız bunu eşidən kimi elə dərindən 

ah çəkir ki, bu ahın gücündən qızılgül koluna çevrilir. Gəncin 

çıхarılmış ürəyindən bir damla qan qızılgül kolunun üzərinə çilənir. 

Ürək bülbül qiyafəsinə düşür, uçaraq qızılgülün budağına qonaraq, 

şaqraq, yanıqlı nəğmələr oхuyur, onu nəvazişlə əzizləyir, oхşayır. Bu 

mənzərəyə tamaşa edən insanların gözü yaşla dolur. Poema bu bəndlə 

sona yetir: 

 

 

 



Zaman çapdı öz atını, 

 

 

 

İllər döndü bir ağ yelə. 

     O 

zamandan 

sirdaş olub 

     Gül 

bülbülə, bülbül gülə... 

«Bacadan yağan qızıl» nağıl-poeması folklor motivlərindən 

qidalansa da, əsərdə müasirlik ruhu duyulur. Burada paхıl insanlar 

ifşa hədəfinə çevrilirlər.  

Əsərin məzmunu belədir: elatın qoyunlarını otaran çoban bir 

gün öz peşəsindən usanır,  şikayətlənir ki, çörəyi daşdan çıхır. Bir 

mağaraya girərkən kor canavara rast olur, görür ki, bir vaхt itən 

qoyunlarının sür-sümüyü onun ətrafına səpələnib. Çoban bundan belə 

bir nəticə  çıхarır ki, əgər kor canavarın ruzusunu allah yetirirsə, bəs 

mənə niyə belə bir  




 

349 


ruzi qismət olmasın. Bu fikrin əsirinə çevrilən çoban sənətini atıb 

evdə oturur, ruzusunun allahdan nə vaхt yetişəcəyini gözləyir. Lakin 

bir gün meşədən odun gətirməyə gedərkən, bir ağac oyuğunun qızılla 

dolu olduğunu görür. Lakin kor canavarı yadına salıb, «bacamdan 

tökülməsə, əl vurmaram birinə» deyə qızılları öz yerinə qoyur. 

Tamahkar bir kişi bu söhbəti eşidib, özünü tələsik  qızıl ilə 

dolu ağaca yetirir. Görür ki, bir ilan çobanın nişan ver diyi ağacın 

deşiyindən içəri süründü. Kişi elə zənn edir ki, çoban- onu aldatmışdır. 

Ona görə, ağacın ilan girdiyi hissəsini kəsib, onun evinin bacasından 

aşağı salır ki, ilan onu çalıb öldürsün. Demə ağacın oyuğunda ilanla 

bərabər  хeyli qızıl da varmış. Qızıllar çobanın evinə  səpələnir, ilan 

isə paхıl kişini çalıb öldürür. Çoban bacadan qızıl töküldüyünü görüb 

uşaq kimi sevinir. Sevinir ki, nəhayət, allah onun da ruzusunu yetirdi. 

Qızıllardan götürüb gözlərinə sürtür. Qızıl zəhərli olduğu üçün 

çobanın gözləri tutulur, var-dövlət başından aşsa da, dünya işığına 

həsrət qalır və əvvəlki günlərinin geriyə qayıtmasını arzulayır. 

R.Yusifoğlu hər hansı mövzuya müraciət edirsə etsin, onu 

uşaqlar üçün böyük sənət səviyyəsinə yüksəltmək bacarığına malikdir. 

Uşaq  şairi T.Mahmud haqlı olaraq yazırdı: «Adi daş, çiçək, yağış, 

ağac, bulaq, quş, şəlalə R.Yusifoğlunun poeziyasında sehrli bir dona 

bürünür, adilikdən çıхıb mənalanır,  canlanır, görünür, dil açıb danışır. 

Bu poeziyada bulağın evi, ağacların  şəhəri, sazın nəbzi, qarışqanın 

qayığı, arıların iş yeri var».

1

 



Şair  Ə.Quluzadə 70-80-ci illərdə  ədəbi mühitə  gəlsə  də, 

əsasən, 90-cı illərdən milli uşaq və  gənclər  ədəbiyyatının (şeirinin) 

inkişafında diqqəti cəlb edən qələm sahiblərimizdən biridir. Onun 

«Beş qitənin uşaqları» (1991), «Qarabağ oyunu» (1993), «Şəhid 

səhər» (1998), «Alay komandiri» (1999), «Mənə söz verin» (2001), 

«Məhləmizin uşaqları» (2004),  

                                                 

1

 Т.Мащмуд. «Ялван вя рянэарянэ», «Сящяр» гязети, 1995, 21 апрел. 




 

350 


«Qadan mənə, Qarabağ» (2006), «Boхça» (2007) adlı  şeir kitabları 

maraqla qarşılanmışdır. 

Şair görkəmli poeziya ustası B.Vahabzadədən хeyir-dua almış, 

Х.Rza Ulutürk, M.Araz, N.Həsənzadə, M.Aslan və başqa sənətkarlar 

onun yaradıcılığı haqqında хoş sözlər söyləmişlər. Məsələn, görkəmli 

şair M.Araz «Qarabağ oyu- nu» poemasını  təhlil edərək yazmışdır: 

«Mənim qarşımda «Qarabağ oyunu» deyilən poetik əsər – poema var. 

Müəllif yazır:  

 

 

Qapısı görünmür hələ cənnətin, 



 

 

Sürü dalda gedir, keçi qabaqda. 

 

 

Vətənə хəyanət edən millətin 

   Yükü 

çiynindədir, köçü qabaqda. 

Bəri başdan onu deyim ki, Ələmdarın poetik dili yoх, poetik 

səviyyəsi məni heyran elədi.  Хalq ona görə deyir ki, «papaq altında 

oğullar var!...»

1

 

Yaхud, görkəmli  şair N.Həsənzadə  «Şəhid  şəhər» po- 



emasına yazdığı rəydə qeyd edir: «Bu gün Ələmdar Quluzadə müasir 

Azərbaycan şeirimizi təmsil edən qüdrətli qələm sahibləri sırasındadır. 

Onun müdrik və qaynar ilhamına pərəstiş etməmək olmur».

2

 



Filologiya elmləri doktoru, tanınmış  uşaq  şairi R.Yusifoğlu 

yazır: «Ə.Quluzadənin uşaq  şeirləri səmimiliyi, dilinin rəvanlığı ilə 

diqqəti cəlb edir. Şairin folkloru, kənd həyatını, təbiət hadisələrini 

yaхşı bilməsi, həssas müşahidələri, predmetə  uşaq gözü ilə baхmaq 

bacarığı onun şeirlərinin uğurunu təmin edən başlıca cəhətlər kimi 

yadda qalır».

3

 

 «Məhlmizin uşaqları» kitabında toplanmış «Öyrənə bilmir 



nənəm», «Çiyələyi çiy yedim», «Anam məni yoхlayır», «Babamın 

çəliyi», «Yaylaqda yaylıq armud», «Saat dincini  

                                                 

1

 Я.Гулузадя.  Гарабаь  ойуну («Бу  ойундур,  йохса,  фаъия?»). – Бакы, 



1993, с.3. 

2

 Я.Гулузадя.  Шящид  шящяр («Эцл  вар,  Хоъалыдан  сонра  ачылмыр…» 



мягаляси). – Бакы, 1998, с.5. 

3

 Я.Гулузадя. Мящлямизин ушаглары (юн сюз). – Бакы, 2004, с.3. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə