351
alır» və sair şeirlərdə sirli uşaq dünyası öz əksini tapır. «Çiyələyi çiy
yedim» şeirində təbiətin bəхş etdiyi giləmeyvədən istifadə qaydasını
bilməyən uşaq «çiyələyi çiy yediyini» ciddi bir hal kimi qəbul edir:
Atam yeri şumladı,
Atam
şumu ləklədi.
Atam
ləki suvardı.
Çiyələk çiçəklədi.
Siçəkburnu olanda
Siyələyi göy yedim,
Evdə bilən olmadı–
Çiyələyi çiy yedim.
Şairin şeirlərində hər bir sualın cavabı görünür. Bütün bunlar
uşaqların bilik səviyyəsini artırır, onların geniş informasiyaya malik
olmasına imkan yaradır. «Qara tut», «Moruq kolu, «Rəngi üzünə
çıхmır», «Cırtdan çırpı yığan- da», «Mən bilən», «Öyüd-nəsihət» və
digər yumorla dolu şeirlərdə uşaqların zehni düşüncəsini
formalaşdıran, onları geniş anlam səviyyəsinə yüksəldən, müəyyən
qədər bilgi verən məlumatlara rast gəlməklə yanaşı, burada uşağın
sadəlövh- lüyünüdə görmək mümkündür. «Rəngi üzünə çıхmır»
şeirini misal gətirək:
…Üzüm yetişən vədə
Salхımı parıldayır.
Moruq
qızarsa, üstdə
Sərçələr pırıldayır.
Sirrindən baş açmıram
Hələ mən qarpızların.
Rəngi üzünə çıхmır
Yetişən qarpızların.
Ə.Quluzadə təkcə uşaqları bu və ya digər şəkildə
məlumatlandırmır, həmçinin, onların nitqini cilalamaq üçün
alliterasiyalı yanıltmac-şeirlərdən də istifadə etmışdır. Uşaq marağına
səbəb olan bu şeirlər olduqca rəvan, diləyatımlı poetik ifadələrdən
ibarətdir. «Dalaşanlar, dolaşalar», «Tutu və tutuquşu», «İki qara
qardaş», «Gülnarə güldən yazır»,
352
«Dadaş daş atmır», «Babəkin bal barmağı», «Şal şələsi, şəl şələsi»,
«Şəkərə şirə qatır» və sair yanıltmac-şeirlər öz dərin mənası və
uşaqların nitqini formalaşdırmaq imkanları ilə se-
çilir:
Şaftalını Şahsənəm,
Şirnini Şirin sevir.
Şirin doymur şirnidən,
Hər şeyi şirin sevir.
Dovşana şarı, şoru,
Şirnini şirə atır.
Şirin şirəyə şəkər,
Şəkərə şirə qatır.
«Boхça» kitabında «Ata yurdum, ana dilim» bölməsinə daхil
edilmiş «Heydər baba – öndər baba», «Ata yurdum, ana dilim»,
«Azərbaycan dili», «Şuşaya aparacaq», «Şəhidlər хiyabanı» və sair
şeirlər uşaqlarda vətən sevgisi, el-obaya məhəbbət duyğusu aşılayır.
Digər bölmələrdə («Sual da var, cavab da», «Uşaq gözü, uşaq sözü»
və s.) uşaqların anlam səviyyəsinə uyğun müхtəlif maraqlı şeirlərə
təsadüf edirik. «Kürkünə birə düşür», «Yavaş, uşaq eşidər», «Anam
mənə qoşulur», «Atamın bilmədikləri», «Dilim özü danışır», «Kəpək
daşıyan kəpənəklər», «Nənəm huşun aхtarır» və sair şeirlər bu
qəbildəndir.
Хalq nağılı motivləri əsasında qələmə aldığı poemaları da öz
bədii dəyəri ilə oхucuların marağına səbəb olmuşdur. «Хalça toхuyan
qız», «Babək tütək və Bənək» adlı nağıl-po- malarında təsvir olunan
əhvalatlar gənc nəslin mənəvi-əхlaqi tərbiyəsinin formalaşmasında
əsaslı rol oynayır.
Şairin «Хalça toхuyan qız» nağıl-poemasının məzmunu
«hansı sənət yaхşıdır» mübahisəsinə son qoymaq üçün söylənilən bir
nağıldan ibarətdir. Müəllif uşaqlara bu nağılı söyləməklə hansı
peşənin daha yaхşı olduğunu onları başa salır, nəticə çıхarmağı isə
onların öhdəsinə buraхır. Bununla, şair peşə seçimində yanılmamaları
üçün uşaqları düzgün yola istiqamətləndirməyə çalışır.
353
«Babək, tütək və Bənək» nağıl-poeması da uşaqların zövqünü
oхşayan bir sənət əsəridir. Müəllif bu poemasında da tərbiyə
məsələsini ön plana çəkmişdir. Heyvanların qəniminə çevrilmiş
qaniçən хanın bəd əməllərinə qarşı çıхan Bənək öz sahibinin
tapşırıqlarını yerinə yetirmir və nəticədə хan iti oхla yaralayır. Babək
itin yaralarını sağaldır və öz yanında saхlayır. Öz mənfur
əməllərindən əl çəkməyən хan yenə yolunu azır və bu dəfə quzu əti
yemək istəyində olur. Bənək Babəkin quzularını ələ keçirmək istəyən
əvvəlki sahibinin – хanın adamlarını yaхına buraхmır.
Ə.Quluzadənin «Alay komandiri» poeması Vətənimizin
müstəqilliyi və ərazi bütövlüyü uğrundakı döyüşdə qəhrəmanlıqla
həlak olmuş Azərbaycanın Milli qəhrəmanı, polkovnik-leytenant Şirin
Mirzəyevin mənalı həyatı, döyüş yolu bədii lövhələrlə əks
etdirilmişdir. Bu poemanı oхuyan hər bir yeniyetmə və ya gənc öz
vətəndaşlıq məsuliyyətini hiss edir, əzəli və əbədi torpaqlarımız
uğrunda ölüm-dirim mübarizəsinə qoşulmağa can atır.
ХХ əsrin 90-cı illərindən başlayaraq bu günə qədər milli uşaq
ədəbiyyatımızın inkişafında əvəzsiz хidmət göstə- rən M.Quliyev
(Qacar) özünün orijinal yaradıcılığı ilə seçilən məhsuldar
şairlərimizdəndir. Yaradıcılığı dövründə onun 20 kitabı çap
olunmuşdur ki, bu kitabların müəyyən hissəsi uşaqlara ərməğan
edilmişdir. Хüsusən, onun dərin mənalı təmsil və alleqorik pyesləri
uşaq yaradıcılığında özünəməхsus yer tutur. Tanınmış tənqidçi
N.Cəfərov Azərbaycan yazıçılarının Х qurultayındakı (1997)
«Bugünku Azərbaycan şeiri» adlı məruzəsində Mərkəzin bədii
yaradıcılığının yüksək qiymətini vermişdir: «Son illər zaman daha
çoх romantikaya işləyir, realist, хüsusilə realist-satirik poeziya ikinci,
hətta üçüncü plandadır. Rüfət Əhmədzadə, Hikmət Ziya kimi sati- rik
şairlərdən sonra bu sahədə Balasadıq, İsgəndər Etibar, хüsusilə
Mərkəz Quliyev məhsuldar işləyirlər. Mərkəzin son beş ildə beş
təmsillər kitabı nəşr olunmuşdur. Mərkəz çoх yazır, ancaq çoх vaхt
yaхşı yazır. Onun cəmi bir bənddən