20
•
Almaniya
Bu prosesi ən yavaş aparan Almaniya olmuşdur. Bu da tarixi səbəblərdən
doğur. Onlar Baş Qərargahı yenidən canlandırmamaq üçün ən yüksək hərbi
zabiti Baş Müfəttiş adlandirdılar. Faktiki olaraq o müfəttişlik yox nazirliyin baş
planlaşdırma zabiti kimi hərəkət edirdi. Onun əməiyyat aparmaq səlahiyyəti
yox idi və ierarxik olaraq qüvvət qollarının komandanlarından yuxarıda dur-
murdu( onlar da müfəttiş adlanırdı). Lakin silahlı qüvvələrin təşkilatı strukturu
ilə bağlı göstərişlər verə bilirdi. Onun nüfuzu Kollegiyumda iştirak etməsindən
doğurdu və Kollegiyum müdafiə naziri, parlamentin iki dövlət katibindən, döv-
lət katibi rütbəsində olan iki mülki məmurdan, planlaşdırma idarəsinin direkto-
ru və informasiya direktorundan ibarət idi.
2000-ci ildə onun vəzifəsi gücləndirilərək Einzatzrat –ın sədri vəzifəsinə
yüksəldi. Einzatzrat-a qüvvət qolları müfəttişləri,nazirlik nəzdindəki beş mülki
idarənin rəhbərləri daxil idi və sədrin səlahiyyətinə Bundesver –in əməliyyat
tədbirlərini planlaşdırmaq tapşırığı verildi. İcra, xüsusi öhdəliklə, sülh məramlı
əməliyyatlar aparmaq üçün birbaşa müdafiə nazirli qarşısında məsul olan Pot-
sdamda qurulmuş yeni Einzatsfurrungskommando adlı birgə qərargah tərəfin-
dən həyata keçiriləcəkdir. Onun tərkibində üç yüzdən artıq zabit və mülki
məmur vardır və General-leytenant tərəfindən komandanlıq edilir. Bu qərargah
üç qüvvət qolunun hərbi qüvvələrinə komandanlıq edir. Qüvvət qollarının mü-
fəttişləri artıq əməliyyat aparmaq məsuliyyəti daşımırlar,lakin öz qüvvələrinin
hazırlığına, təliminə və hərbi avadanlıqla təmin olunmasına məsuldurlar. Qüv-
vət qolarının planlaşdırma idarələrinin üzvlərinin dəyişdirilməsi müddəti də
azalmışdır.
Alman hərbi büdcəsi Haushalt direktorluğu tərəfindən bütöv planlaşdırma
dövrü üçün hazırlanır və o sonra Baş Müfəttiş tərəfindən hərbi təşkilatın bütün
qolları üçün maliyyə ayrılması təklifləri ilə tamamlanan Bundeswehrplan üçün
əsas sənədə çevrilir.
•
Fransa
Ənənəvi olaraq dövlətin daha çox mərkəzi rol oynamasını dəstəkləyən ölkədə
gözlənildiyi kimi, Fransa ordusunun Baş Qərargah Rəisi prezident ( ali baş koman-
dan)üçün təkcə ən mühüm məsləhətci yox, həmçinin, bütün hərbi əməliyyatların
komandanıdır. Buraya böhranlı bölgələrə göndərilən qüvvələr,sülhməramlı və hu-
manitar məqsədli əməliyyatlar da daxildir. Bindan əlavə, o mulki hakimiyyətə yar-
dım məqsədi ilə güc işlətmək səlahiyyətinə də malikdir. Onun vəzifələri prezident
fərmanı ilə formalaşdırılır və ona müdafiə planlaşdirması ilə bağlı mərkəzi rol veri-
21
lir. Qüvvət komandanları öz qüvvələrinin əməliyyatlarda istifadəsi ilə bağlı hərbi
planlaşdırma zamanı Baş Qərargah Rəisinə məsləhət verirlər. Lakin onların məsu-
liyyətləri məhduddur və onlar ancaq öz qüvvələrinin davamlılığına və şəxsi heyət
və avadanlıq baxımından hazırlıqlarına məsuldurlar. Qüvvət qolları komandanları
“üzvi” məsuliyyət daşıyır, BQR isə operativ komandanlığa məsuldur.
Onun güclü operativ hakimiyyətindən fərqli olaraq, BQR –nin büdcəsi ayrı olur
və qüvvət qollarının büdcəsinin bir hissəsi olur. Onun özünün ayrıca büdcəsi ol-
mur. Eynilə, onun planlama funksiyası qüvvət qolları ilə əldə edilmiş konsensusdan
asılı olur və təbii ki, onun hakimiyyətini gücləndirmir.
Baş Qərargahın 500 civarinda işçisi vardır və o BQR-nin müavini və baş müdafiə
planlaşdırması( 170 nəfər), əməliyyatlar və beynəlxalq munasibətləri əhatə edən BQR
–nin üç köməkçisi tərəfindən istiqamətlənir. Bir neçə məsləhətçi (Conceillers) dilplo-
matik, texniki, sağlıq və jandarma məsələləri ilə məşğul olur. Əməliyyat planlaşdırması
Paris ətrafında birləşmiş qərargahda həyata keçirilir və öz işini aşağıdakı kimi bölür:
-“a froid” planlaşdırması, mümkün tiplər və bölgələr üzrə ssenarilərın müəyyən
edilməsi;
-“a chaud” planlaşdırması,BQR-nin təlimatı üzrə gərgin böhranlı hadisələr üçün
operativ planların qurulması;
-müdafiə nazirliyi nəzdində şəxsi heyətin böhran-qrupuna bağlanması;
-birgə təlimlərin planlaşdırılması və keçirilməsi və vahid doktrinanın müəyyən edil-
məsi üçün nəticələr çıxarılması.
Fransız sistemi nazirin əsas müşaviri olan baş katibin simasında mülki tərəf ilə ta-
razlıq yaratmır. Tarazlıq nazirlə baş nazir və prezident arasında yaranır və hər ikisinin
ofisində kicik də olsa hərbi komponent vardır. Çoxlu sayda siyasi məsələlər kabinet tə-
rəfindən, bürokratiyanı dəf etmək üçün naziriin kiçik sayda şəxsi işçiləri( onlar həm də,
pərdə arxası işləri ilə şəffaflığı mürəkkəbləşdirirlər) tərəfindən idarə olunur,
Büdcələmə a loi de programme vasitəsilə həyata keçirilir və bu proqram qarşıdakı
beş il üçün xərclər və strateji istiqamət üzrə çərçivə müəyyən edir. Geniş icraat proq-
ramları ayrı-ayrı qanunlarla həyata keçirilir, məsələn,1997- ci ildə çağırış ləğv edildi və
on səkkiz yaşlılar üçün silahlı qüvvələrlə sosial tanışlıq öhdəliyi qəbul edildi.
• Birləşmiş Krallıq
Britaniya sistem bir çox təkmilləşmələrdən keçmişdir.Əsas dəyişiklliklər 1982-
ci ildəki Falklend müharibəsindın sonra baş verdi. Əvvələr ayrı- ayrı qüvvət qolları
geniş muxtariyyətə malik idilər və BQR-i onların işini koordinə edirdi və Müdafiə
üzrə Dövlət Katibi (Müdafiə Naziri) üçün baş hərbi məsləhətçi kimi xidmət edir-
di.1982- ci ildən sonra nazirlik modernləşdirildi və Baş Qərərgah Rəisinin müavini
tabelyində birləşmiş Baş Qərargah yaradıldı və BQR və Daimi Dövlət Katibinin