1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə7/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   2   3   4   5   6   7   8   9   10   ...   256

 

20

• 



Almaniya 

 

Bu prosesi ən yavaş aparan Almaniya olmuşdur. Bu da tarixi səbəblərdən 



doğur. Onlar Baş  Qərargahı yenidən canlandırmamaq üçün ən yüksək hərbi 

zabiti Baş Müfəttiş adlandirdılar. Faktiki olaraq o müfəttişlik yox nazirliyin baş 

planlaşdırma zabiti kimi hərəkət edirdi. Onun əməiyyat aparmaq səlahiyyəti 

yox idi və ierarxik olaraq qüvvət qollarının komandanlarından yuxarıda dur-

murdu( onlar da müfəttiş adlanırdı). Lakin silahlı qüvvələrin təşkilatı strukturu 

ilə bağlı göstərişlər verə bilirdi. Onun nüfuzu Kollegiyumda iştirak etməsindən 

doğurdu  və Kollegiyum müdafiə naziri, parlamentin iki dövlət katibindən, döv-

lət katibi rütbəsində olan iki mülki məmurdan, planlaşdırma idarəsinin direkto-

ru və informasiya direktorundan ibarət idi. 

2000-ci ildə onun vəzifəsi gücləndirilərək Einzatzrat –ın sədri vəzifəsinə 

yüksəldi. Einzatzrat-a qüvvət qolları müfəttişləri,nazirlik nəzdindəki beş mülki 

idarənin rəhbərləri daxil idi və  sədrin səlahiyyətinə Bundesver –in əməliyyat 

tədbirlərini planlaşdırmaq tapşırığı verildi. İcra, xüsusi öhdəliklə, sülh məramlı 

əməliyyatlar aparmaq üçün birbaşa müdafiə nazirli qarşısında məsul olan Pot-

sdamda qurulmuş yeni Einzatsfurrungskommando  adlı birgə  qərargah tərəfin-

dən həyata keçiriləcəkdir. Onun tərkibində üç yüzdən artıq zabit və mülki 

məmur vardır və General-leytenant tərəfindən komandanlıq edilir. Bu qərargah 

üç qüvvət qolunun hərbi qüvvələrinə komandanlıq edir. Qüvvət qollarının mü-

fəttişləri artıq  əməliyyat aparmaq məsuliyyəti daşımırlar,lakin öz qüvvələrinin 

hazırlığına, təliminə və hərbi avadanlıqla təmin olunmasına məsuldurlar.  Qüv-

vət qolarının planlaşdırma idarələrinin üzvlərinin dəyişdirilməsi müddəti də 

azalmışdır.  

Alman hərbi büdcəsi  Haushalt  direktorluğu tərəfindən bütöv planlaşdırma 

dövrü üçün hazırlanır və o sonra Baş Müfəttiş tərəfindən hərbi təşkilatın bütün 

qolları üçün maliyyə ayrılması təklifləri ilə tamamlanan Bundeswehrplan üçün 

əsas sənədə çevrilir. 

 

• 

Fransa  



 

Ənənəvi olaraq dövlətin daha çox mərkəzi rol oynamasını  dəstəkləyən ölkədə 

gözlənildiyi kimi, Fransa ordusunun Baş Qərargah Rəisi prezident ( ali baş koman-

dan)üçün təkcə  ən mühüm məsləhətci yox, həmçinin, bütün hərbi  əməliyyatların 

komandanıdır. Buraya böhranlı bölgələrə göndərilən qüvvələr,sülhməramlı və hu-

manitar məqsədli əməliyyatlar da daxildir. Bindan əlavə, o mulki hakimiyyətə yar-

dım məqsədi ilə güc işlətmək səlahiyyətinə də malikdir. Onun vəzifələri prezident 

fərmanı ilə formalaşdırılır və ona müdafiə planlaşdirması ilə bağlı mərkəzi rol veri-




 

21

lir. Qüvvət komandanları öz qüvvələrinin  əməliyyatlarda istifadəsi ilə bağlı  hərbi 



planlaşdırma zamanı Baş Qərargah Rəisinə məsləhət verirlər. Lakin onların məsu-

liyyətləri məhduddur və onlar ancaq öz qüvvələrinin davamlılığına və şəxsi heyət 

və avadanlıq baxımından hazırlıqlarına məsuldurlar. Qüvvət qolları komandanları 

“üzvi” məsuliyyət  daşıyır, BQR isə operativ komandanlığa məsuldur. 

Onun güclü operativ hakimiyyətindən fərqli olaraq, BQR –nin büdcəsi ayrı olur 

və qüvvət qollarının büdcəsinin bir hissəsi  olur. Onun özünün ayrıca büdcəsi ol-

mur. Eynilə, onun planlama funksiyası qüvvət qolları ilə əldə edilmiş konsensusdan 

asılı olur və təbii ki, onun hakimiyyətini gücləndirmir. 

Baş Qərargahın 500 civarinda işçisi vardır və o BQR-nin müavini və baş müdafiə 

planlaşdırması( 170 nəfər), əməliyyatlar və beynəlxalq munasibətləri əhatə edən BQR 

–nin üç köməkçisi tərəfindən istiqamətlənir. Bir neçə məsləhətçi (Conceillers) dilplo-

matik, texniki, sağlıq və jandarma məsələləri ilə məşğul olur. Əməliyyat planlaşdırması 

Paris ətrafında birləşmiş qərargahda həyata keçirilir və öz işini aşağıdakı kimi bölür: 

-“a froid” planlaşdırması, mümkün tiplər və bölgələr üzrə ssenarilərın müəyyən 

edilməsi; 

-“a chaud” planlaşdırması,BQR-nin təlimatı üzrə  gərgin böhranlı hadisələr üçün 

operativ planların qurulması; 

-müdafiə nazirliyi nəzdində şəxsi heyətin böhran-qrupuna bağlanması; 

-birgə təlimlərin planlaşdırılması və keçirilməsi və vahid doktrinanın müəyyən edil-

məsi  üçün nəticələr çıxarılması. 

Fransız sistemi nazirin əsas müşaviri olan baş katibin simasında mülki tərəf ilə ta-

razlıq yaratmır. Tarazlıq nazirlə baş nazir və prezident arasında yaranır və hər ikisinin 

ofisində kicik də olsa hərbi komponent vardır. Çoxlu sayda siyasi məsələlər kabinet tə-

rəfindən, bürokratiyanı dəf etmək üçün naziriin kiçik sayda şəxsi işçiləri( onlar həm də, 

pərdə arxası işləri ilə şəffaflığı mürəkkəbləşdirirlər) tərəfindən idarə olunur, 

Büdcələmə a loi de programme vasitəsilə həyata keçirilir və bu proqram qarşıdakı 

beş il üçün xərclər və strateji istiqamət üzrə çərçivə müəyyən edir. Geniş icraat proq-

ramları ayrı-ayrı qanunlarla həyata keçirilir, məsələn,1997- ci ildə çağırış ləğv edildi və 

on səkkiz yaşlılar üçün silahlı qüvvələrlə sosial tanışlıq öhdəliyi qəbul edildi.  

 

•  Birləşmiş Krallıq  



 

Britaniya sistem bir çox təkmilləşmələrdən keçmişdir.Əsas dəyişiklliklər 1982- 

ci ildəki Falklend müharibəsindın sonra baş verdi. Əvvələr ayrı- ayrı qüvvət qolları 

geniş muxtariyyətə malik idilər və BQR-i onların işini koordinə edirdi və Müdafiə 

üzrə Dövlət Katibi (Müdafiə Naziri)  üçün baş hərbi məsləhətçi kimi xidmət edir-

di.1982- ci ildən sonra nazirlik modernləşdirildi və Baş Qərərgah Rəisinin müavini 

tabelyində   birləşmiş Baş  Qərargah yaradıldı və BQR və Daimi Dövlət Katibinin 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə